adalet.az header logo
  • Bakı 12°C
30 Iyun 2015 21:20
1748
GÜNDƏM
A- A+

Prezident Kanadanın milli bayramını təbrik edib

Prezident İlham Əliyev Kanadanın general-qubernatoru Devid Constona milli bayramları ilə əlaqədar olaraq təbrik məktubu göndərib.


Adalet.az-ın AzərTAc-a istindən məlumatına görə, təbrik məktubunda deyilir:

 

"Hörmətli cənab General-Qubernator,

Ölkənizin milli bayramı – Kanada günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Ümidvaram ki, Azərbaycan-Kanada münasibətlərinin genişlənməsi, qarşılıqlı maraq doğuran bir sıra sahələrdə əməkdaşlığımızın dərinləşməsi istiqamətində bundan sonra da səylər göstərəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Kanada xalqına daim sülh və rifah diləyirəm”.