adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
30 Iyun 2015 21:08
965
HADİSƏ
A- A+

Mingəçevir su anbarında batan 4 şəxs xilas edildi

Mingəçevir su anbarında (sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi yaşayan 3 nəfər xilas edilib. 


Adalet.az-ın Fövqəladə Halar Nazirliyinin saytına istinadən xəbərinə görə, FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Mingəçevir su anbarında batmaq təhlükəsi ilə üzləşmiş 3 nəfər sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən sudan çıxarılaraq xilas olunub.

Əməliyyat saat 17:00-da başa çatıb. 

 

Mingəçevir su anbarında (sularda xilasetmə məntəqəsinin ərazisində) daha bir nəfər də batmaq təhlükəsi ilə üzləşib. Həmin şəxs də sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən sudan çıxarılıb.

Əməliyyat saat 18:25-də başa çatıb.