adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
30 Iyun 2015 16:32
1378
MƏMLƏKƏT
A- A+

Oqtay Şirəliyev vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Səhiyyə Naziri Oqtay Şirəliyev 02.07.2015-ci il tarixində saat 17:00-da Gədəbəy Mərkəzi rayon xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək.

 Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, nazir Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa, Qazax rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.

Qəbulda habelə sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar Gədəbəy Mərkəzi rayon xəstəxanasında qeydiyyatdan keçə bilərlər.