adalet.az header logo
  • Bakı 13°C
30 Iyun 2015 15:56
3295
SİYASƏT
A- A+

“Bu birliyi sarsıtmağa heç bir qüvvənin gücü yetməz”

Bu gün Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı mətbuat konfransı keçirib. Azadinform xəbər verir ki, I Avropa Oyunlarına Dəstək Dostluq Qrupunun gördüyü işlərin yekununa həsr edilən konfransda partiya sədri oyunların yüksək peşəkarlıqla hazırlandığını və ev sahibliyinin öhdəsindən layiqincə gəlindiyini diqqətə çatdırıb.

F.Ağamalı qeyd edib ki, Prezident İlham Əliyev dövlətin və xalqın adına daha bir uğur yazdı: "Bütün Avropa, dünya ölkələri Azərbaycanı yaxından gördü, onun beynəlxalq arenada hansı işlər görə biləcəyinin bir daha şahidi oldu. Avropa Oyunlarının təşkilat komitəsi ilə yanaşı minlərlə könüllü vətəndaşımız, xüsusilə gənclərimiz oyunların keçirildiyi ərəfədə müstəsna xidmətləri ilə yadda qaldılar. O cümlədən də bizim oyunlara dəstək qrupumuz bu istiqamətdə bir sıra müsbət işlər gördü. Sevindirici haldır ki, məhz Azərbaycan belə bir ilkə imza atdı, məhz Azərbaycan Avropa Oyunlarında bir yenilik, müasirlik, zəfər salnaməsi yazdı. Düzdür, bəzi xarici və daxili qüvvələr var ki, ölkəmizin əleyhinə fikirlər səsləndirib bəyanatlar verməkdən utanc duymadılar. Azərbaycanın uğurlarını, inkişafını görməzlikdən gəlmək ikili yanaşmadan başqa bir şey deyil. Nəticədə bir daha sübut olundu ki, belə dırnaqarası qüvvələr göstərdikləri hər cəhdlərində öz istəklərini reallaşdıra bilmədilər. Çünki cənab Prezidentimiz də idmançılarımızla görüşündəki çıxışında vurğuladı ki, bu, Azərbaycan xalqının birliyinin vəhdətinin göstəricisidir. Bu vəhdəti, bu birliyi isə sarsıtmağa heç bir qüvvənin gücü yetməz”.

Daha sonra partiya sədri jurnalistləri maraqlandıran sualları cavablandırıb.

Tədbirin sonunda I Avropa Oyunlarına həsr olunmuş video-çarx nümayiş olunub.