adalet.az header logo
  • Bakı 11°C
30 Iyun 2015 15:42
8341
TEXNOLOGİYA
A- A+

Azərbaycanlı ixtiraçı dünyanın diqqət mərkəzində

Elnur Babayev adlı istedadlı azərbaycanlı ixtiraçının Cyclee icadı dünyanın diqqət mərkəzindədir.

 

Technet.az-ın xəbərinə görə, unikal ixtira sayəsində gecələr velosiped sürmək indi nisbətən daha təhlükəsiz olacaq.

 

Oturacağın dirəyinə bərkidiləcək xüsusi lazer qurğudan hərəkətdə olan velosipedçinin kürəyində sürmə hərəkətlərinə uyğun işarələr əks olunacaq və beləliklə, arxadan gələn nəqliyyat vasitələrinin sürücüləri velosipedçinin dönmək, durmaq istəyini görə biləcəklər. Cihaza yerləşdiriləcək xüsusi çipsetin hesabına məsafədən xüsusi mobil proqramla işarələr dəyişdirilə və cihaza ötürülə bilinəcək.