adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
30 Iyun 2015 14:25
2416
MƏMLƏKƏT
A- A+

“Yeni Üfüq” 3 yaşını qeyd etdi

"Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi 3 yaşını qeyd edib. 

Birlikdən verilən məlumata görə, tədbir müqəddəs Ramazan ayına təsadüf etdiyi üçün təşkilat öz ad günündə həm də iftar süfrəsi açıb. Tədbirdə çıxış edən Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli qeyd edib ki, bu günlərdə Azərbaycanda möhtəşəm şəkildə keçirilən I Avropa Oyunları başa çatdı: "Oyunlar ərəfəsində təklənmiş Azərbaycanın Avropa qarşısında qürurla dayanmasının şahidi oldum. Bu mənada ölkəmiz böyük qeyrət nümayiş etdirdi. Biz xalq olaraq, bundan sonra da elə addımlar atmalıyıq ki, parçalamaq, sabitliyi pozmaq niyyəti güdən qüvvələr ölkəmizə ayaq aça bilməsinlər. 

 "Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi də fəaliyyət göstərdiyi ötən müddət ərzində hə zaman dövlətə, millətə sadiqliyini nümayiş etdirərək, ölkədə milli mənəvi dəyərlərin qorunmasında əlindən gələni edib. Hesab edirəm ki, 3 il ərzində görülən işlər bundan sonra da layiqincə həyata keçiriləcək”. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Ruslan Əsgərov qeyd edib ki, son illər ərzində Azərbaycanda kütləvi dindarlaşma gedir: "Amma təəssüflər olsun ki, bunların içərisində zərərli qüvvələr də var. Bu o qüvvələrdir ki, onlar bizim mənəvi dəyərlərimizə ziyan vurmağa çalşırlar. Lakin buna nail ola bilməyəcəklər”. İlahiyyatçı Ağa Hacıbəyli müqəddəs Ramazan ayının faydaları barədə danışıb. O qeyd edib ki, belə bir vaxtda həm də "Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin 3 yaşı tamam olur: "Bu təşkilat ötən müddət ərzində milli mənəvi dəyərlərin mühafizəsi istiqamətində, xeyriyyəçilik yolunda əlindən gələni edib. Bu yolda onlara uğurlar arzulayıram”. Tədbirdə Azərbaycanın Xalq artisti Mənsum İbrahimov, tarixçi Dilavər Əzimli, ilahiyyatçı Elşad Mahmudov və digərləri çıxış ediblər.