adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
30 Iyun 2015 12:35
13137
TEXNOLOGİYA
A- A+

“Elektron hökumət” portalından istifadə artıb

"Yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin qəbuluna "Elektron hökumət” portalı tam şəkildə elektronlaşdırılaraq istifadəyə verilib. Hazırda 22 e-xidmət elektronlaşdırılıb, tezliklə portal üzərindən vətəndaşların istifadəsinə veriləcək. Bu sözləri "Elektron Xidmətlər və Elektron Hökumət sahəsində görülən işlər və problemlər” ilə bağlı son 6 ayı əhatə edən tərəqqi hesabatının təqdimatında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin Dövlət reyestri şöbəsinin müdiri İlqar Abdullayev deyib. O həmçinin qeyd edib ki, hazırda data.gov.az portalı vasitəsilə müxtəlif dövlət qurumları üzrə 21 adda məlumat bazaları açıq edilib. 

Şöbə müdiri portaldakı e-xidmətlərdən istifadə sayının artdığını da vurğulayıb: "1 iyun 2015-ci il tarixə portalın istifadəçilərinin sayı 1,9 milyon nəfərə çatıb və onlar 11,6 milyon dəfə e-xidmətlərdən istifadə ediblər”.