adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

SAXTAKARLIQLA SƏNƏTİN KƏSİŞƏN YOLU

BABƏK YUSİFOĞLU
281061 | 2015-06-29 17:53

İnsanlar nə qədər təcrübə qazanırlarsaqazansınlar, nə qədər çox informasiyaya malik olurlarsa olsunlar, elmin hansı dərəcəsinəyüksəlirlərsə yüksəlsinlər… yenə də zaman-zaman təəccüb içərisində qalmağa,yaşadıqları mühitdə təkrar–təkrar heyrətlənməyə məhkumdurlar.

Əslində bütün bunlar insan oğlununbacarığının, istedadının nə qədər tükənməz, nəhayətsiz olmasına sübutudur. Vəbu, elə bir nəhayətsizlikdi ki, şedevr əsərlərin, dahiliyə çatmış yaradıcı şəxslərinvarlığı belə müəyyən məqamlarda aciz görünür. İndi hər kəsin təəccüb qalacağıbir şəxsin haqqında söz açacağam. Yaradıcılığı ilə qeyri-adiliklərə imza atanbir rəssamdan. O rəssamdan ki, çəkdiyi qiymətli əsərlərə görə onu həbs edibtürməyə salmışlar. Elə qəribəliyinə görə də insanlar bu sənətkarı sevib-cevməyəcəklərinəbir qərar verə bilməyiblər. Hətta sözün əsl mənasında onu rəssam hesab etməyənlərdə az deyil…

Yəqin bilmədiniz söhbət kimdən gedir.Çünki həmin yaradıcı adam bir çoxlarını heyrət içərisində buraxsa da rəssamkimi çox da məşhurluq qazanmayıb.

Mən Volfqanq Beltrakkidən bəhs edirəm...

*****

(Əvvəli qəzetin 23 iyun sayında)

                                                 

                                                           İŞƏ BAŞLANILDI

O əvvəlcə yaradıcılıq koloritinə daha yaxından bələd olduğu rəssamlardanbaşladı. Əslində ilkin mərhələ üçün onların sayı o qədər də az deyildi. Orijinalların eynilərini yaratmaqdan başqaonların silsilə əsərləri sırasına yenilərinidə əlavə etmək mümkün idi.

Düşündükləri iş gzlənildiyindəndə yaxşı alındı. Rəsm azarkeşləri,kolleksionerlər tanınmış rəssamların –Jorj Brakın, Maks Ernestin, Henrix Kampendoxun, Fernan Lejenin... ötən əsrin ekspressionist "iş”lərinə çox böyük maraqgöstərdilər.

Bioqraflar yazırlar ki, 1985-1988-ci illər arasında Beltrakki Tamara Lempitski və ErnestVilhelm Nayın təxminən 15 əsərininsaxtasını yaradaraq yaxındantanıdığı qalereyaçıya satış üçün təqdim etmişdi ki, bunun da nəticəsində kifayətqədər ciddi pullar qazanmışdı. Əlbəttə, yaradıcılıqlarıyla ötən əsrin əvvələrindəböyük şöhrət qazanmış bu sənətkarların "əsərləri” laqeyd qarşılana bilməzdi.

İlk uğurlardan sonra cütlük işlərindaha çevik və inandırıcı olması üçün onlara əlavə dəstəyin gərək olduğunun da fərqinə vardılar.Özü də onlar elə adamlarolmalıydı ki, həm bu cür işlərdən çoxyaxşı anlasın, həm də sirrinaçılmamasıı üçün son dərəcə etibarlıolsunlar.

Çox çətin və ciddilik tələb edən buməsələnin də öhdəsindənn müvəffəqiyyətləgəldilər. Volfqanq yaxından tanıdığı Otto Şulte- Kellunqxausu,arvadı Helena isə öz bacısıJannetta Suzannanı bu işə qoşdular.Otto əsasən şəkillərin yerdən-yerədaşınmasını, qazanılmışmilyonların İcveçərədə, Andorrada açılmış bank hesablarına köçürülməsini həyata keçirirdi və onun bu sahədəki ustalığına söz ola bilməzdi.


                                      DAHA KİMLƏRHƏDƏFƏ ÇEVRİLDİ?..

Artıq hər şey daha yaxşıydı. Əsərlər son dərəcə peşəkarlıqla çəkildiyindən,orjinaldan heç nəyilə fərqlənmədiyinndənAvropanın rəsm bazarı heç nədən şübhələnmədən artıq "falsifikator”u səmimiyyətləqəbul etmişdi. Və pullar dadurmadan gəlirdi. Yeganə çətinlik yalnız Volfqanq Beltrakkinin əsərlərihazırlaması idi.

Rəsm bazarında "at oynadan” qrupsa getdikcə işlərini böyütməkdəydi. Qurbana çevrilən müəlliflərin sayı dadurmadan artırdı. Fernan Leje, RaulDüfi, Maks Pexşteyn, Avqust Make, Andre Deren, Kes van Donqen, OtonFriez, Andre Lot, Albert Qlez, Jan Metsenje, Moisey Kislinq... kimi tanınmışekspressionistlərin, sürrealistlərin, kubistlərin… əsərləri Beltrakkininfırçasıyla təkrar işlənərək ciddi qiymətlərlə müştərilərin önünəçıxırdı. Gəlirin böyüklüyünü təsəvvüretmək üçün onu demək kifayətdir ki, Henrix Kampendonkun adından təqdim edilən"Atlarla qırmızı şəkil” əsəri 2006-cı ildə 2,8 milyon avroya satılmışdı...

Hətta Kölnün, Berlinin, Nyu-Yorkun,Londonun, Parisin və Cenevrənin elit auksion mərkəzləri, rəsmqalereyaları Beltrakkinin "əsərləri”nin nümayiş edildiyi yerə çevirilmişdilər. Bu inanılmaz bir işidi. Əsərlər elə ustalıqla çəkilirdi ki,bu yerlərdə çalışanlarıınn hamısı peşəkarlardanibarət olsa da kimsə bu əsərlərin orijinal olmadığnın, başqa birisi tərəfindən işləndiyinin fərqinə belə varmamışdı.

Beltrakkilər isə bu illər ərzində artıq bank hesablarında ciddimiqdarda pulu, müxtəlif şəhərlərdə villaları, yaxtaları, bahalı maşınları...olan bir ailəyə çevirilmişdilər. Amma...


                                                     AH, BU TƏSADÜFLƏR…

Amma hər şey adi bir prosedürlə alt-üst oldu. Birqədər əvvəl bəhs etdiyim Henrix Kampendokun "Göy atlı"seriyasından olan "Atlarla qırmızı şəkil” adıyla satılan əsərialan müştəri tablonun hərtərəfliekspertizasını tələb etdi. Artıqbu, Beltrakkilər üçün əməllərininsonunun çatdığı demək idi.

Sənətşünaslar heç bir qənaət hasil edə bilməslər də kətan üzərindəki rənglərdən götürülən nümunələrdənekspertiza aydınlaşdırdı ki,tablonun boyasının 1914-cü iləaid olduğu göstərilsə də əslində onunistehsalına 1930-cu illərdən sonra başlanılmışdır. Artıq kələfin ucu ortalıqdaydı. Və bu faktdansonra gedən analizlər saxtalaşdırmanıdaha detallı şəkildə ortaya qoydu. Və məhkəməaraşdırılması başlandı…

Çox qısa zaman içərisində Avropada Beltrakkinin "işi” inanılmaz şəkildəməşhurlaşdı. İndi hər kəs həmin şəkillərdən danışır, orjinalın, yoxsaBeltrakkinin yaratdıqlarının daha yaxşı olduğunun müzakirəsini aparırdı. Ən qəribəsidə bu idi ki, bir çoxları rəssamın istedadı qarşısındaşlyapalarını çıxarmağa hazır idi. Çünkiuzun müddət sənətşünaslardan, kolleksionerlərdən kimsə şəkillərin əsl müəllifinəaid olmadığını təyin edə bilməmişdi. Hətta mütəxəssilər belə. Çünki onlar eləustalıqla, elə peşəkarlıqla çəkilmişdi ki, şübhələnməyə cüzi bir yer dəqalmamışdı. Beləcə incəsənət bazarındauzun illər – nə az, nə çox 35 ildən artıqbir zaman ərzində Beltrakkinin əlişləri – başqalarının adına olsa belə əl-əlgəzmişdi. Bu fakt idi və bunu danmaq mümkün deyildi.

Təsəvvür edin, ilk olaraq 1.8 milyon avroya, sonra 2.3 miyon dollara,2006-cı illdə isə Paris qalereyasından 7milyon dollara satılan Maks Ernestin"The Forest” ("Meşə”) əsərini Volfqanq Beltrakki elə ustalıqla yaratmışdı ki, məşhur rəssamın dul arvadı xanım Ernest həminşəkli görərkən demişdi ki, "bu, onun ərininçəkdiyi bütün şəkillərin ən gözəlidir”. Deyilənlər Beltrakkinin istedadınınqiyməti deyildimi?.. Onu dahiadlandıranlar doğru düşünmürdülərmi?..


                                                          MƏHKƏMƏ… TÜRMƏ…

Amma buna baxmayaraq məhkəmə araşdırmalarıuzun müddət – iki aydan çox sürdü vəonlar haqqında həbs qərarı verildi. Volfqanq Beltrakki 6, Otto Şulte-Kellinqhauz 5, rəssamın həyatyoldaşı Helena Beltrakki 4 il həbsə məhkum oldular. Rəssamın baldızı da cəzadankənarda qalmadı, bu məsələdə ən az əliolduğu üçün ona 1 il 9 ay icbari iş kəsildi.

Lakin məhkəmədə ən diqqət çəkən məqamlar da oldu ki, bunlar daictimaiyyət arasında müzakirə mövzularına çevrildi. Və əslində onları da tam əsassız,məntiqsiz saymaq olmazdı. Volfqanq Beltrakkinin məhkəmə prosesindəki çıxışı həqiqətəndə çoxlarını düşünnməyə məcbur buraxdı. O bir çox məsələlərə toxunmuşdu.

"Razılaşın ki, bütün tablolar heç də pis deyil... Burada pul tamamiləvacib olmayıb. Bütün bunlar dəhşətli dərəcədə xoşuma gəlirdi, çünki mənim üçünhər şey incəsənət idi.

...Öz süjetlərimi çəkmək mənimxoşuma gəlirdi və onlar elə də pis satılmırdı.Lakin başqa rəssamların çəkmədikləri əsərləri yaratmaq dahamaraqlıydı... İstənilən filarmoniya orkestri yalnız hansısa bəstəkarın əsərini ifa edir. Lakin mən qarşıma məqsədqoymuşdum ki, həmin bəstəkarın yeni bir əsərini yaradım...

…Heç vaxt kimsə mənə nəsə sifariş verməyib. Mən özüm çəkmişəm, ona görəki, bunu çox istəmişəm.. Bilərəkdən qarşıma məqsəd qoymamışam ki, saxtaşəkillər yaradıım. Əslində buistedadımı mən çox-çox əvvəllərhiss etmişdim, amma etiraf edim ki, mənondan yüngülcəsinə yararlandım. Və uzun illər ərzində bu, belə alındı.

...Bəziləri üçün sən cinayətkarsan, başqaları üçünsə rəssam. Bu məni təəccübləndirmir.Bəli, hüquqi nöqteyi-nəzərindən cinayət törətmişəm. Və verilən cəza hardasa ədalətlidir. Çünki həqiqətəndə mən əsərləri saxtalaşdırmışam. Özü dəo qədər uzun müddət ərzində ki, hətta düşünməək belə qorxuncdur... Amma mən qəlbənözümü cinayətkar hesab etmirəm. Məhkəmə istintaqı zamanı – ötən bu 14 ay ərzində mən həqiqi cinayətkarları orada gördüm: qatilləri, azyaşlı uşaqlara təcavüzedənləri, resedevistləri. Lakin mən heç vaxt kimsəyə hücum etməmişəm, heç kimiqarət etməmişəm, oğurluq etməmişəm...”


                                                                 AZADLIQDA

Türmədə yatdığı müddətdə də Beltrakki yaradıcılığından əl çəkmədi,amma bu dəfə yalnız öz orijinal əsərlərni yaradırdı. Özü də bu işlə məşğulolmasına icazəni ona türmə həyatındakı nümunəvi davranaşılarına görə vermişdilər. Və məhz belə cəhətinə görə də onuvaxtıından bir il tez azadlığa buraxdılar.

Əslində səs-küylü məhkəmə prosesi, bufonda rəssamın üzə çıxanistedadı Beltrakkiyə inanlmazpopulyarlıq qazandırmışdı. İnsanlarvaxtıyla laqeyd münasibət bəslədiklərii, hətta görməzdən gəldikləri bir sənətkarın əsl qabiliyyətindən xəbər tutmuşdular.Azadlığa çıxdıqdan sonra rəssamın əsərləri, xüsusən də türmədə çəkdiyitabloları ictimaiyyətin inanılmazmarağına səbəb olmuşdu. Jurnalistlər buqəribə rəssamın fəaliyyətinin gündəmdəndüşməsinə imkan vermirdilər. Onun məşhurluğunun üzərinə məşhurluq gəlmişdi. Hətta bir qədər sonra haqqında filmlər də çəkildi.

Və 65 yaşını ötmüş VolfqanqFişer-Beltrakki indi də fəal şəkildəyaradıcılığını sürdürür. Həyatını sənətdən kənarda təsəvvür belə edəbilmir. Çünki o özünü saxtakardeyil, əsl sənət adamı kimi görür…

[email protected]

babekyusifoglu.blogspot.com




TƏQVİM / ARXİV