adalet.az header logo
  • Bakı 18°C
29 Iyun 2015 14:58
4342
ƏDƏBİYYAT
A- A+

Gənc yazar ədəbi müsabiqədən kənarlaşdırıldı

Azadlıq saytının təsis etdiyi "Ədəbi Azadlıq-2015" müsabiqəsində dəyişiklik olub. "Ümid arısı" hekayəsinin müəllifi İkinci Mahmud müsabiqədən kənarlaşdırılıb. Belə ki gənc yazar "Ədəbi Azadlığın" qaydalarına zidd olaraq müsabiqəyə əvvəllər çap etdirmiş hekayəsini təqdim edibmiş Hekayə ötən il kulis.az saytında "Cüzam xəstəsi" adıyla dərc edilib.

Bu barədə oxucular məlumat veriblər.

Hekayə ilk iki turda münsiflərdən yetərincə yüksək ballar alsa da və müsabiqənin mükafatını qazanmağa şanslılar sırasında olsa da, kənarlaşdırılmalı olub. 

Hekayə müsabiqəsinin qalibi yaxın zamanlarda on-line səsvermədən sonra bilinəcək.