adalet.az header logo
  • Bakı 20°C

XALQIN, YOXSA OLiQARXLARIN HƏRƏKATI...

BABƏK YUSİFOĞLU
25089 | 2012-01-19 08:53
Son illər dövlətlər arasında qarşıdurmaların səviyyəsi artmaqla yanaşı konfliktə girən ölkələrin də sayı çoxalmaqdadır. Əgər biz onların sırasına sadəcə nəzər salsaq belə, görərik ki, dünya doğrudan da çox nəhəng təlatüm içərisindədir: ABŞ-İran, Ermənistan-Azərbaycan, Rusiya-Gürcüstan, Fələstin-İsrail, Hindistan-Pakistan, ABŞ-Əfqanıstan, Türkiyə-İsrail, İran-İsrail... Və bu gərgiliklər azalmaq əvəzinə mütəmadi şəkildə yüksəlir. Lakin yaşadığımız dünyanın bu gərginliyi yalnız bü qarşıdurmalarla bitmir. Hazırda əksər ölkələrin daxili sabitliyi, ictimai-siyasi mizanı pozulub, inqilablar Şimaldan Cənuba doğru hər tərəfi bürüməkdədir. İş o həddə gəlib çatıb ki, Birləşmiş Ştatların özündə də inqilabi proseslər başlayıb, etirazlar kütləviləşib. Və ən qəribəsi isə burada mitinqlərə çıxanlar ölkədə sosializm tələb edirlər.
   
   Belə kütləvi narazılıqlar indi də yavaş-yavaş bəzi MDB dövlətlərində də yayılmağa başlayıb. Və növbənin önündə narazılıqların daha çox tüğyan etdiyi ölkələr - Rusiya, Qazaxıstan, Ermənistan... gəlir. Beynəlxalq münasibətlərin tarazlığında önəmli rol oynayan və ən çox da inqilabların beşiyi adlandırılan Rusiyadakı hadisələr daha çox diqqət mərkəzindədir. Özü də ekspertlər belə hesab edir ki, Rusiyadakı proseslərin MDB məkanına böyük təsiri olduğu üçün oradakı situasiyaya münasibət xeyli fərqlidir. Yeri gəlmişkən, onu da qeyd edim ki, bu fərqliliyin digər özəllikləri də var. Və fərqlilik digər ölkələrdəki prosesləridə nəzərə çarpmır. Yəni bu, prezidentliyə yenidən qayıtmağa hazırlaşan Vladimir Putin əleyhinə Rusiyanın ən nəhəng oliqarxların da hərəkata dəstək verməsidir.
   
   Ölkənin bir sıra iri şəhərlərində başlayan və getdikcə böyüyən etiraz aksiyaları hakimiyyət üçün artıq ciddi problemlər yaradıb. Əsas hədəflərdən biri keçmiş prezident və gələcək prezidentlik postuna namizəd Vladimir Putin hələlik səbr nümayiş etdirsə də hiss olunur ki, proseslər belə davam etməyəcək. Hadisələrin gedişi də onu deməyə imkan verir ki, bu situasiya böyük qarşıdurmalaradək gələcək. Çünki artıq tərəflər "vo bank" gedirlər. Özlərinin maraqları naminə vəziyyətdən sui-istifadə etməyə çalışan Rusiyanın nəhəng oliqarxlarından biri Boris Berezoviskinin son günlərdə ki fəaliyyəti isə daha çox müzakirə mövzusuna çerilib.
   
   İndiki hakimiyyətlə yola getməyən, hazırda isə Böyük Britaniyada mühacir həyatı yaşayan, ölkəsində isə qiyabi həbsə məhkum edilən Boris Berezovski bu günlərdə Rusiyadakı hakimiyyətin devirilməsindən ötrü real fəaliyyətə başlayıb. Belə ki, o, bu günlərdə iqtidarın dəyişməsinə kömək göstərməsi üçün patriarx Kirillə xahişlə müraciət etmişdi. Və bu müraciət xeyli vaxt idı ki, günün mövzusuna çevrilmişdi.
   
   Lakin məsələ heç də bunula bitməyib. Dünən mətbuatda Berezovskinin prezidentliyə namizəd Vladimir Putinə açıq məktubu dıərc edilib. Qaçqın düşmüş biznesmen hökumətin başçısını yenidən Kremlə gəlmək iddiasından geri durmağa və onu vaxtında xalq üsyanından canını qurtarıb sakitliyə çəkilməyə çağırıb.
   
   Berezovski müraciətində deyir: "Voldya, hələ ki, qanlı inqilabdan qaçmaq sənin əlindədir. Rus dövlətinin dağılmasının, xalqla hakimiyyət arasında əlaqələrin tamamilə sıradan çıxmasının qaşısını ala bilərsən". Boris Berezovckiyə görə, nəyin bahasına olursa-olsun hakimiyyətdə qalmaq istəyi Putinin özünü tələyə salmışdır. Müraciətində hazırkı baş naziri "tipik diktator" adlandıran oliqarx onun seçkilər yolu ilə hakimiyyəti verməyə hazır olmadığını bəyan edib. "İndi sən hər cür şərtlərlə gedə bilərsən: götür apara bildiyin qədər, get. Rusiya üçün nə qədər şöhrət gətirmisənsə onu da götür, öz zəhmətini dəyərləndirdiyin, istədiyin qədər pulu da götür, bəs hesab etyin qədər zəmanət də götür, amma get. ... Volodya sən indi iki od arasındasan: bir tərəfdə üsyan, digərində öz dərinin xilası. Cavabı isə səndədir".
   
   Maraqlıdır ki, bu cür sərt sözlərə görə, Vladimir Putin özünün ənənəvi reaksiyasını göstərməmiş, susmağa üstünlük vermişdir. Lakin onun əvəzinə nazir müavini Dmitri Roqozin Berezovskiyə cavab verərək onu bərk hədələyib. Amma görünən odur ki, başlayan etiraz aksiyaları fonunda Berezovski kimi bəzi oliqarxların meydana çıxması da Rusiyadakı vəziyyətin ciddiliyindən xəbər verir. Çünki ekspertlərə görə, həmin şəxslər "bir şey" hiss etməsəydilər Putinə belə meydan oxumazdılar. Qeyri-rəsmi məlumatlara görə, Putinin əleyhinə olan bir sıra oliqarxlar Londonda gizli görüş keçiriblər. Və Rusiyada başlayan etiraz aksiyalarına necə dəstək verilməsi, hadisələrin inqilabi səviyyəyə çatdırılması planlarını müzakirə ediblər.
   
   Hələlik Rusiya əməlli-başlı çalxalanmaqdadır. Özünə və güc strukturlarına arxayın görünən baş nazir hadisələrin gedişinə indiyədək nəzarət etməyi bacarsa da unudur ki, bu cür çalxalanmaların "cızığından" çıxmayacağına əmin olmaq absurd bir haldır. Özü də nəzərə alsaq ki, söhbət inqilablar beşiyi Rusiyadan və ruslardan gedirsə heç nəyə arxayın olmaq düzgün deyil. Əgər artıq seçiki etirazlarına və Putin əleyhinə bir sıra şəhərlərdə kütləvi hərakatlara start verilibsə, artıq bu o deməkdir ki, Putin çox şeyə nəzarət etsə də, hər şeyə nəzarət edə bilmir. Demək MDB-nin lider ölkəsində vəziyyət daha da qarışacaq. Və bundan sonra nələrin baş verəcəyini heç öncəgörənlər, telepatlar da söyləyə bilməz.

TƏQVİM / ARXİV