adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

UZLAŞMAYAN MARAQLAR

BABƏK YUSİFOĞLU
56592 | 2012-01-18 08:22
Xeyli müddət idi ki, NATO-nin Türkiyə ərazisində çox geniş radiusu əhatə edə biləcək gücdə olan "RLS"- qurulacağı haqqında söhbətlər dolaşırdı. Və çoxlarının yadındadır ki, həmin dövrlərdə bu məsələ ölkədəki iqtidar-maxalifət tərəfləri arasında kəskin siyasi polemikalara da səbəb olurdu. Müxalifət narahatlığını bildirirdi ki, NATO olmursa kim olur, olsun, Türkiyə kimsənin diqtəsi ilə hərəkət etməməli, hansısa hərbi qurumun ölkə ərazisində bazası yerləşdirilməməlidir. Rəsmlər isə bəyan edirdilər ki, bu hərbi qurğu Türkiyənin də təhlükəsizliyi üçün vacibdir. Həm də bu hərbi obyekti - "RLS"-i türk generalları idarə edəcək.
   
   Düzdür, bu məsələ ətrafında cəryan edən gərginlik səngisə də sakitlik çox da uzun sürmədi. Belə ki, qonşu İran stansiya ilə bağlı Ankaraya çox sərt şəkildə etirazlarını bildirmişdi. Türkiyə beynəlxalq qanunlara uyğun şəkildə hərəkət etsə də Tehran Ankaranı İran əleyhinə bu tip addımlar atmaqdan çəkinməsini istədi. Çünki Tehran bu hərbi bazanın qurulmasını Vaşinqtonun İran əleyhinə yürütdüyü siyasətin tərkib hissəsi kimi görürdü. İran parlamentinin spikeri Əli Laricani bununla bağlı bəyan etmişdi ki, Türkiyədə yerləşdirilən Amerikanını radar sistemləri hər hansı bir müsəlman dövlətinə xeyir gətirməyəcək. "Amma biz türk dostlarımıza inanırıq". Əslində qarşılıqlı psixoloji təzyiqlər uzun müddət idi ki davam etməkdəydi. Yeri gəlmişkən, Rusiya da bu məsələdə İranla eyni sənaəti bölüşürdü.
   
   Lakin bu günlərdə demək olar ki, həmin məsələ - radar sistemlərinin Türkiyə ərazisində qurulması öz həllini tapmışdır və bütün əlavə söz-söhbətə, versiyalara son qoyulmuşdur. Bununla bağlı dünyanın nüfuzlu mətbu orqanları bildirir ki, NATO-nun Malatya ərazisində qurulması nəzərdə tutulan hərbi bazası - Radio-Lokatsiya Stansiyası artıq istifadəyə tam hazır vəziyyətə gətirilib. Hətta bəzi mənbələrin informasiyalarına istinad etsək, "RLS" artıq "işə" də başlamışdır.
   
   Məlumatlarda deyilir ki, ABŞ və NATO bu qurğunun vasitəsi ilə geniş bir zonanın İran raketlərindən qorumaq üçün imkanlarının yaranacağını düşünür. Bəzi xəbərlərə görə, hələlik türk mütəxəssislər olmadığı üçün müasir AN/TPY-2 radar sistemini ABŞ hərbçiləri idarə edəcək. Məlumat üçün bildirim ki, Malatiyada Türkiyə silahlı qüvvələrinin 2-ci səhra ordusu və operativ-taktiki HHQ bazası yerləşir. "RLS" isə Almaniyadakı mərkəzdən idarə olunacaq. Həmin operativ idarəetmə mərkəzini isə türk generalının rəhbərliyi ilə Türkiyə hərbçiləri təmsil edəcək. Və stansiya tərəfindən əldə edilən məlumatlar Türkiyə rəhbərliyinə məruzə olunacaq.
   
   Türkiyə öz qonşusu ilə münasibətləri gərginlik həddinə çatdırmamaq üçün ciddi addımlar atdı. Belə ki, ölkənin xarici işlər naziri Əhməd Davudoğlu ötən həftə Ankarada səfərdə olan yüksək səviyyəli qonaqla məsələnin müzakirəsini apardı. Və Davudoğlunun sözlərindən anlaşılır ki, Türkiyənin bu radar sisteminə ehtiyac duyduğu və bununla qonşularına heç bir təhlükə yaratmadığı Tehrana aydın şəkildə anladılıb. "Biz çox aydınb şəkildə bəyan etdik ki, bu, sadəcə olaraq hər hansı ballestik təhlükədən qorunmaq üçün qurulmuş sistemdir".
   
   Bundan başqa, məsələnin müzakirəsini digər bir qonşusu ilə də aparmaq üçün Əhməd Davudoğlunun yanvarın sonunda Moskvaya gedəcəyi planlaşdırılır. Xatırladaq ki, Rusiya ilə NATO arasında bir il öncə Lissabonda "EvroRƏM" layihəsi üzrə razılıq əldə edilmişdi. Amma informasiyaların Rusiyaya ötürülməsi məsləsindən ABŞ-ın imtina etməsi razılaşmanı dalana dirədi. Və indi Türkiyənin özü üçün bəzi məsələlərin müzakirəsinə zərurət yaranıb.
   
   Hazırda dünyanı yeni müharibə təhlükəsi hədələməkdədir. İran-ABŞ qarşıdurması bir sıra dövlətlərdə də gərgiliyə rəvac verib. Rusiyanın bir sıra qoşun növlərində, hətta Ermənistanda yerləşən 102-ci hərbi bazasında yüksək döyüş hazırlığı vəziyyəti elan edilib. Əlbəttə, hadisələrin bu şəkildə inkişafı Azərbaycanı daha ehtiyatlı siyasət yürütməsini, istənilən situasiyalara tam şəkildə hazır olmasını tələb edir. Çünki bir tərəfdən Azərbaycanın inkişafını qəti istəməyən İran, digər tərəfdən ölkəmizdə itirdiyi rıçaqları yeniudən bərpa etməyə çalışan Rusiya, üçüncü tərəfdə isə ölkəmizlə müharibə aparan Ermənistan çalışır ki, situasiyadan istifadə edərək Azərbaycana qarşı hər hansı bir təxribatı həyata keçirsin.
   
   Bəzi ekspertlərin qənaətinə görə, Rusiyanın ABŞ-İran müharibəsinə madaxilə etmək planlarının arxasında gizli məqsədləri var. Və Azərbaycanla sərhəddi yaxınlığında yeni, geniş hərbi təlimlərə başlaması, Xəzərdəki hərbi dəniuz qüvvələrinin sayını və keyfiyyətini artırması, NATO-nun RƏM sistemlərinə qarşı ən sərt şəkildə etirazları... hazırki situasiyanın ciddiliyindən xəbər verir. Onu da nəzərə alsaq ki, son dövrlər yüksək vəzifəli ermənilərin gizli Moskva səyahətləri çox intensivləşib hesab etmək olar ki, militarist Ermənistan Azərbaycan əleyhinə növbəti təxribatlar törətmək üçün böyük qardaşları ilə planlar çızır. Amma çox yəqin ki, hadisələr onların istəkləri, cızdıqları planlarla başlamadığı kimi, onların istəklərinə uyğun olmadan da sonuclanacaq.
   
   
   
   

TƏQVİM / ARXİV