adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
28 Iyun 2015 14:18
3189
GÜNDƏM
A- A+

Cüdo üzrə Avropa çempionatının bayrağı Kazan şəhərinə təqdim edildi

I Avropa Oyunları tarixin yaddaşına qovuşur.

Adalet.az-ın "Bakı - 2015"-ə ezam olunan müxbirinin məlumatına görə, bu gümn Heydər Əliyev adına İdman Arenasında cüdo üzrə komanda yarışlarının qalibləri müəyyən olunacaq.

 Artıq final görüşlərinə start verilən mübarizədən bir qədər əvvəl gələn il cüdo üzrə Avropa çempionatını qəbul edəcək Kazan şəhərinə simvolik bayrağın təqdimetmə mərasimi keçirilib. 

Mərasimdə Azərbaycan Cüdo Federasiyasının prezidenti Füzuli Ələkbərov və onun tatarıstanlı həmkarı Fayaz Şabayev iştirak edib. 

Qeyd edək ki, Avropa Oyunlarının cüdo yarışları paralel olaraq Avropa çempionatı statusunu da daşıyır.


Sahib ƏSƏDBƏYLİ