adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
27 Iyun 2015 18:18
4290
GÜNDƏM
A- A+

Yığmamız Avropa Oyunlarını dördüncü pillədə başa vurur - YENİLƏNİB

"Tay - brek"də daha üstün olan serbiyalı qızlar Avropa Oyunlarını üçüncü pillədə tamamlayıb.


***


Serblər dördüncü setdə böyük üstünlüklə qalib gəlib - 25-14.


***


Üçüncü set qızlarımızın qələbəsi ilə başa çatıb - 25-17


***


İkinci setdə təşəbbüsü əldən verən qızlarımız 19-25 hesabı ilə yenilib.


***


İlk set Azərbaycan yığmasının 25-21 hesablı üstünlüyü ilə başa çatıb.


***


Bu gün I Avropa Oyunlarında qadın voleybolçuların mübarizəsinə yekun vurulacaq. 


Adalet.az-ın  "Bakı - 2015"-ə ezam olunan müxbirinin məlumatına görə, yarımfinalda gərgin mübarizə sonrası Türkiyəyə məğlub olan Azərbaycan yığması bürünc uğrunda meydana çıxacaq. Yığmamızın rəqibi digər 1/2 final görüşündə Polşa millisinə yenilən Serbiya voleybolçularıdır.

  


16:00. Azərbaycan – Serbiya

 


Sahib ƏSƏDBƏYLİ