Kim nə deyir-desin, hərənin öz alın yazısı və bəxt taleyi var. Və bu bəxt-taleyi nə vaxtsa insanın üzünə gülür. Adam da var ki, ömrü-boyu bu bəxt taleyini gözləyir, ancaq o gəlib çıxmır. Təbii ki, o da gəlib çıxmayanda insan fikirləşir ki, mənim işlərim niyə alınmır və düz gətirmir. Ancaq biz bir şeyi bilmirik ki, heç də hər şey bizim iradəmizdən, istəyimizdən və arzumuzdan asılı deyil. Əgər bizdən asılı olsaydı, onda insan övladı həyatda çox şey qazanardı. Belə baxanda Allah bu dünyanı yaradanda ən böyük neməti, varlığı və gözəlliyi insanlara bəxş edib. Əfsuslar olsun ki, insanlar bu gözəllikdən tam yararlanmayıb, istifadə etməyib və ondan bəhrələnməyib. Əksinə, bəzən Allahın yaratdığı gözəllikləri, qeyri-adi varlıqları dağıtmaqla məşğul olub...g
İndi hərə bir tikə çörək üçün ora-bura qaçır. Tapan sevinir, tapmayanın qanı itin qanına dönür. Sirr deyil ki, indiki zəmanədə mürəkkəb vəziyyətdən baş çıxarmaq, özünə normal həyat qurmaq və iş şəraiti yaratmaq o qədər də asan deyil. Ona görə asan deyil ki, artıq bir çox məsələlər insanların istedadına, savadına və bacarığına görə deyil, müəyyən meyarlara görə hesablanır. Əgər sən kiməsə yaxınsansa və kiminsə yerlisisənsə, qonşususansa, bax onda sənə "yaşıl işıq" yandırılır. "Yaşıl işıq" yananda da o adamın işləri yağ kimi gedir. Vay onda ki, səni vəzifəyə aparan adamın yerlisi olmayasan, səni yaxşı tanımaya və bir az da kəmsavad olasan. Bax onda, işlərin kəllə-mayallaq olacaq. Ancaq elə ki, müəyyən şeylər və tələblər düz gəldi, sənin qabağında duran olmayacaq. İstədiyin işi aşıra bilərsən və istədiyin məqsədə qovuşmaq üçün addımlar atarsan. Hətta əgər yuxarıda oturanlara yaxınsansa, kəsdiyin başın sorğu-sualı olmaz.
Bəxt məsələsi burda da önəmli rol oynayır. Yaxın tanışlarımdan biri deyir ki, yaxşı bir yerə vəzifəyə düzəlirdim, son anda hər şey darmadağın dağıldı. Hansı ki, rahat oturub bu gün, sabah işə çıxmağımla bağlı əmr verilməyini gözləyirdim. Mən gözləməkdə olum, əmr verənlər də məni təftiş etməkdə. Son anda məlum olub ki, mənim yaşadığım rayon kimlərinsə xoşuna gəlməyib və deyiblər ki, bundan bizə yaxın adam olmaz. Düzdür, bu kadr istedadlı, savadlı və bacarıqlı adamdır, ancaq bizimkilərdən deyil. Bax burda da həmin adamın işləri alt-üst olur və qanı qaralır. Bəxt onun üzünə gülmür...
Deyəsən, bəxt heç uzun müddət Bakının müxtəlif yerlərində taksi xidməti ilə məşğul olan sürücülərin də üzünə gülməyəcək. Ən azından ona görə ki, axır vaxtlar Nəqliyyat Nazirliyi və eləcə də Yol Polisi bu cür sürücülərin təftiş edilməsinə başlayıb. Aldığımız məlumatlara görə, lisenziyası olmayan və eləcə də Rusiya istehsalı olan maşınlardan istifadə edən sürücüləri bu xidmət növündən məhrum edəcəklər. Səbəb də onu gətirirlər ki, ölkəyə daha müasir və daha komfortlu London taksiləri gətirilib. Ona görə də köhnə və istismar müddəti başa çatmış maşınlardan istifadə edilməməlidir. Bu xəbəri eşidən köhnə taksi sürücüləri bərk əsəbləşiblər. Onlar o qədər əsəbləşiblər, hətta bildiriblər ki, bu addım atılsa biz gedib maşınlarımızı Nəqliyyat Nazirliyinin qarşısında saxlayaraq bu işi görənlərə qarşı öz etirazımızı bildirəcəyik. Etirazımızı bildirəcəyik ki, bir tikə əzab-əziyyətlə balalarımıza çörəkpulu qazanırıq, onu da bizə çox görürsünüz. Axı bizim kimi yüz minlərlə insanlar işsizliyə görə takisi sürməklə məşğuldurlar. Əgər bunu da bizə çox görürsünüzsə, tay sizə sözümüz yoxdur.
Görünür, bəzi vəzifəli şəxslər o qədər insaflarını itiriblər ki, zülümlə, əzab-əziyyətlə çörək qazanan insanların başına oyun açmaqdan əl çəkmək istəmirlər. O da qəribədir ki, əgər bu insanlar müxtəlif maşınlarla taksilik etməkdən uzaqlaşdırılsalar, onda görün nə qədər adam və onun ailəsi çörəksiz qalacaq. Bir tikə çörəyə möhtac olan insanların başına olmazın əzab-əziyyətini gətirmək istəyən vəzifəli şəxslər gərək Allahdan qorxsunlar. Allahdan qorxmurlarsa, heç olmasa qanundan çəkinsinlər. Bir də on minlərlə sürücünü narazı salıb çörəyini əlindən almaq ilk növbədə ölkə prezidentinə və dövlətə qarşı elə təxribat yaratmaqdır. Əgər doğrudan da aidiyyəti qurumlar qayda-qanun yaratmaq istəyirlərsə, birincisi həmin taksi xidməti ilə məşğul olan insanlara başqa yerlərdə iş şəraiti yaratsınlar, sonra bu addımı atsınlar. Bu addımı atmırlarsa, onda zəhmət çəkib bir tikə çörək qazanan insanların gününü göy əskiyə bükərək o bir tikə çörəyi onların əlindən almasınlar.
Allahlarından və balalarının taleyindən qorxsunlar. Çünki hər hansı haqsız iş üçün gec-tez Allah-Təalanın ağır cəzaları var. O cəza nə vaxtsa ya insanlara zülm edən vəzifəli şəxsləri tutacaq, ya da onların balalarının qabağına çıxacaq. Kasıbın bəxti onda gətirməyib ki, elə kasıb olub. Ancaq kasıbın bəxti bir şeydə gətirib. O da Allahın ona olan böyük sevgisidir. Hər hansı vəzifəli, pullu adam unutmamalıdır ki, kasıbları Allah daha çox istəyir və onları yeri düşəndə sevindirməyi bacarır.
İnsanın zamanından və məkanından asılı olmayaraq üzü gülən, bəxti gətirən və eləcə də sevincli anları olur. Sadəcə olaraq əgər insan bir balaca səbrli olursa, əsəblərini qoruya bilirsə və eləcə də sabaha ümidlə baxırsa, bu adam gec-tez Allah-Təala tərəfindən öz mükafatını almalıdır. Amma biz o dəqiqə istəyirik ki, Allah-Təala hansısa haqsız iş görənin cəzasını versin və nəsə arzulayan adamın da bəxtini açsın. Bütün bunlar bizim iradəmizdən və istəyimizdən asılı deyil.
Belə bir rəvayət var ki, bir kişinin üç oğlu birdən rəhmətə gedir və həmin kişi də üzünü tutub Allah-Təalaya dua eləyir ki, ilahi, buna da şükür. Dörd oğlum vardı üçünü aldın, birini salamat saxladın. Allah da görür ki, onun verdiyi bəndəni aldığına görə ata naşükürlük eləmir və ona öz payını göndərir. Vaxt keçir, zaman ötür dördüncü oğul məmləkətdə çox güclü və çox varlı bir insana çevrilir. O qədər varlı insana çevrilir ki, axırda bir gün həmin insan məmləkətin şahı olur. Qəribə olsa da onu şah kimi qəbul eləməyən insanlar da ortaya çıxır. Deyirlər ki, bizim öz şahımız var və biz də onun quluyuq. Ancaq Allahdan soraq gəlir ki, mən bu məmləkətə həmin oğlanı şah göndərmişəm. Çünki o daha ədalətli, daha səxavətli və daha güclü insandır. İllər ötür, məmləkətin insanları görür ki, həqiqətən də yeni şah çox ədalətlidir. Varlıya, kasıba fərq qoymur, məmləkətdə bir dənə də olsun dilənçi qalmır və bütün insanlar firəvan, xoşbəxt yaşayırlar. Şahın da atası oğlunun xoş gününü görüb, hər gün Allaha dua eləyir. Allaha dua eləyir ki, sən nə eləmisənsə düz eləmisən. Bu günümə min şükür. Yenə Allahdan vəh gəlir ki, mən sənin üç oğlunu birdən əlindən alanda, səbrini yoxladım, görüm ki, Allahından üz çevirməyəcəksən ki?! Səbirli oldun, Allahına şükür elədin, mən də səni sevindirdim. İndi məndən başqa nə diləyirsənsə, dilə. Kişi yenə dizini yerə atıb Allahına yalvarır və deyir ki, mən sənin qulunam və həmişə də duaçınam. Bu günü, bu həyatı, bu xoşbəxtliyi bizə bəxş elədiyinə görə Ulu Yaradan sənə şükürlər olsun. Şükürlər olsun ki, mənim kimi bəndənin ürəyini partlamağa qoymadın və yaşatdın.
Yenə başqa bir rəvayət yadıma düşür. Günlərin bir günündə bir aşıq gözəl saz çalır. Amma hara gedir saz çalanda ona qəpik-quruş verirlər. Təbii ki, bu qəpik-quruşla da yaşamaq və dolanmaq çox çətin olur. Aşıq yaşa dolur, qocalır və yenə məclislərə gedib saz çalanda tay ona pul verən olmur. O da görür ki, camaat aşıqdan və sazdan bezir, axırda özünə ölüm diləyir və qəbiristanlığa gəlib çıxır ki, orda canını tapşırsın. Əlini göyə açır və yalvarır ki, İlahi, səndən heç nə istəmirəm, mənə bir ucuz ölüm ver, elə bu qəbiristanlıqda ölüm qutarım. Aşıq birdən fikirləşir ki, Allah ona ölüm verməmişdən qabaq qoy bir dəfə Ulu Yaradan üçün saz çalım. Bəlkə Allah- Təalanın qəlbi sevindi. Aşıq sazı sinəsinə basır və barmaqları sarı simin üstündə gəzir. Elə bir musiqi səsləndirir ki, Allahın bundan xoşu gəlir. Deyir ki, belə gözəl saz çalan adamı heç vaxt öldürə bilmərəm. Filan məmləkətin padşahına Allah-Təala tərəfindən xəbər çatdırılır ki, mənim sevdiyim bir bəndə var, qəbiristanlıqdadır. Get, onu gətir sarayına, qızıl-gümüşə tut və onu qoru. Şahın da adamları qəbiristanlığa gəlib görürlər ki, əlində saz bir aşıq huşsuz vəziyyətdə bir qəbrin üstünə yıxılıb qalıb. Əvvəl onu qaldırmaq istəmirlər, sonradan içəridəkilərdən bir ağğılı adam deyir ki, elə Allahın sevdiyi insan, bu aşıq olacaq, qaldırın, mindirin ata aparaq padşahın hüzuruna. Aşığı padşahın hüzuruna aparmamışdan əvvəl onu hamamda çimizdirir, geyindirir-kecindirir, sonra da onun hüzuruna aparırlar.
Padşah deyir ki, səni mənə Allahım tapşırıb. Nə istəyirsən məndən dilə. Aşıq isə ondan heç bir şey istəmir. Padşah deyir ki, bu gündən sən mənim sarayımda olacaqsan, öz yanımda saxlayacağam, mənim yediyimdən yeyəcəksən, içdiyimdən içəcəksən, geyindiyimdən də geyinəcəksən. Mən səni yağ içində böyrək kimi saxlayacağam. Aşıq da bir gün qalır, iki gün qalır, görür ki, sanki cənnətin içindədir və hər gün Allaha dua eləyir. Dua eləyir ki, ilahi, 60 il bu sazı millət, xalq yolunda çaldım, mənə bir dəyər, qiymət vermədilər. Amma bir dəfə Ulu Yaradan üçün çaldım, məni əbədi xoşbəxt elədi. İlahi, bu günü mənə bəxş elədiyinə görə ömrü-boyu sənə minnətdaram...
İndi dünyanın işini bilmək olmur. Bu gün var-dövlətin, qızıl-gümüşün içində itib-batanlar, sabah türməyə düşərək bir udum havaya, bir tikə çörəyə həsrət qalırlar. Bir də görürsən ki, bir tikə çörəyi halal zəhmətlə qazanan insanın bəxti açıldı, sabah varlı-dövlətli bir adama çevrildi. Çünki dünyanın işini bilmək olmaz. Ona görə də heç kim deməsin ki, mənim bəxtim gətirmir və heç kim də bir tikə çörəyi kiminsə ağzından və balalarından almağa cəsarət etməməlidir. Çünki bu bir tikə çörəyi kiminsə balasının ağzından çıxarmağın cəzası çox ağır olur. Cənab məmurlar, cənab nazirlər kasıbların balasının ağzından bu bir tikə çörəyi çıxarmaqdan qorxun. Ən azından ona görə qorxun ki, onun cəzası çox ağır olur. Çünki sizin kimi Allahın yolunu azan, kasıbların haqqını pozan adamların gec-tez yolu türməyə düşəcək. Heç olmasa pis gününüzü yada salın və ziyanın yarısından olsa da qayıdın, bu kasıb-kusub, imkansız adamlara zülm eləməyin...