adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
26 Iyun 2015 17:43
4202
ƏDƏBİYYAT
A- A+

Türkiyənin məşhur tarixçisi ölkəsini Füzuliyə etinasızlıqda qınadı

"İraqda Səddam Hüseyn dövründə  Azərbaycan şairi  Məhəmməd  Füzulinin məzarı dağıdıldığı halda Türkiyənin o vaxtki  hökuməti buna heç bir reaksiya verməmişdi. Məzar Azərbaycanın intensiv təzyiqlərindən sonra, başqa bir yerə köçürülüb".

Avropa.info xəbər verir ki, bu barədə Türkiyənin məşhur tarixçisi Murad Bardakçı ölkəsinin mətbuatına verdiyi açıqlamada deyib.
 
Bardakçı bildirib ki, bütövlükdə  türk dünyasının şairi sayılan Füzulinin  məzarının yol tikintisi bəhanəsi ilə dağıdılmasına Türkiyənin o zamankı hakimiyyəti heç bir reaksiya verməyib.

"Füzulinin aylarla ortada qalan sümükləri Azərbaycanın  səyi nəticəsində 10 il sonra 1994-cü ildə yeni bir ərazidə basdırıldı. Füzuli  uzun müddət  Səddam Hüseyn hakimiyyəti ilə  SSRİ arasında qalmaqala səbəb olmuşdu. Azərbaycanın tərkibində olduğu SSRİ rəhbərliyi tərəfindən Bağdada verilən notada Azərbaycanın milli şairinin qəbrinin dağıdılması pislənilmişdi.  Notada Füzuliyə aid sümüklərin Azərbaycana göndərilməsi də tələb olunurdu. Ancaq, bu tələb İraqda narazılıqla qarşılandı.. Füzulinin İraq  mədəni  irsi olduğu qeyd edilərək, buna qarşı çıxılıb. Füzuli ilə bağlı qalmaqal Azərbaycan SSRİ-dən  ayrıldıqdan sonra da davam etdi. Bundan sonra, 1994-cü ilin  17 sentyabrında Bağdadda bir "Füzuli Konqresi"  keçrildi. Azərbaycan konqresə 128 nəfərlə qatılmışdı. Nümayəndə heyətinə  məşhur roman yazarı Elçin Əfəndiyev rəhbərlik edirdi.  Nümayəndə heyəti  "Məzar işi həll edilmədən, Bağdaddan addımımızı da atmırıq" deyib İraq Mədəniyyət Nazirliyini  belə desək  işğal etdilər. Mübarizələri tam üç gün, üç gecə davam etdi və 19 sentyabr axşamı İraq hökuməti onu yeni yerdə dəfn etdi."