adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
26 Iyun 2015 19:31
5592
GÜNDƏM
A- A+

Elvin Məmişzadə və Lorenzo Sotomayor Avropa Oyunlarının qalibi oldu - YENİLƏNİB

Sotomayor qələbə seriyasını finalda da davam etdirib. İtaliyalə rəqibi ilə görüşdə açıq-aşkar üstün olan təmsilçimiz Azərbaycan yığmasına sayca 17-ci qızıl medalı qazandırıb. 

***

Rəqibinə heç bir seçim yeri qoymayan təmsilçimiz Avropa Oyunlarının qalibi olub.

***

E. Məmişzadə hazırda italiyalı rəqibi ilə Avropa Oyunlarının qalibini müəyyənləşdirir.

***

Xaybula Musalov yarımfinalda Macarıstan təmsilçisi Zoltan Harksanı 2-1 hesabı ilə məğlub edərək, finala vəsiqə qazanıb.

***

Pərviz Bağırov yarımfinalda Böyük Britaniya təmsilçisi ilə görüşdən qalib ayrılaraq adını finala yazdıran beşinci boksçumuz olub.

***

Albert Səlimov rəqibini məğlunb edərək adını finala yazdırıb.


***

Bu gün I Avropa Oyunlarında boks yarışlarının daha 10 çəki dərəcəsində döyüşlər keçiriləcək.

Adalet.az-ın "Bakı - 2015"-ə ezam olunan müxbirinin məlumatına görə, kişi boksçular 7, qadın idmançılar 3 çəkidə mübarizəni davam etdirəcək.

 

10 çəki dərəcəsinin 5-də yarımfinal, 5-də final qarşılaşmaları keçiriləcək. Yığmamızın bu gün daha 7 boksçusu rinqə çıxacaq. Onlardan 5-i yarımfinal, 2-si isə final görüşünə çıxacaq.

 

 

Kişilər

52 kq

Yığmamıza ikinci qızıl medalı Elvin Məmişzadə qazandıra bilər.O, həlledici döyüşdə taliyalı Vinçenzo Pikkardi ilə qarşılaşacaq. 


60 kq

Təcrübəli boksçumuz Albert Səlimov yarımfinalda Sin Makkomb ilə qarşılaşacaq. 1

 

64 kq

Finala qədər rəqib tanımayan Lorenzo Sotomayoru həlledici görüşdə güclü rəqib gözləyir. O, London-2012-nin bürünc medalçısı, italiyalı Vinçenzo Manqiakapre ilə qüvvəsini sınayacaq. 

 

69 kq

Pərviz Bağırov da finala vəsiqə üçün döyüşəcək. Onun yarımfinaldakı rəqibi böyük britaniyalı idmançı olacaq.

 

75 kq

Xaybula Musalov yarımfinalda Macarıstan təmsilçisi Zoltan Harksa ilə güclünü müyyən edəcək.

 

91 kq

Abdulqadir Abdullayev də yarımfinal görüşünə çıxacaq. "Baku fires"dan tanıdığımız boksçu final uğrunda rusiyalı Sadam Maqomedovlə mübarizə aparacaq.

 

Qadınlar

60 kq

 Yana Alekseyevna yarımfinalda olduqca çətin rəqiblə qarşılaşacaq. Təmsilçimiz London Olimpiadasının qalibi, irlandiyalı Keti Teylorla döyüşəcək.



Sahib ƏSƏDBƏYLİ