adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
26 Iyun 2015 20:48
11388
GÜNDƏM
A- A+

İlham Zəkiyev Avropa Oyunlarının qalibi oldu - YENİLƏNİB

Zəkiyev final görüşündə rəqibini "ippon"la məğlub edərək Avropa Oyunlarının qalibi olub.


***


Bir neçə dəqiqə sonra Azərbaycan cüdoçusu İlham Zəkiyev Ukrayna təmsilçisi ilə final görüşünə çıxacaq.


***


Zakir Müslümov üçüncülük uğrunda görüşdə yunanıstanlı rəqibini məğlub edərək Avropa Oyunlarının bürünc medalını qazanıb.

***


Abdullayeva görüşün əvvəlində hesabda önə keçsə də, sonradan "ippon"la məğlub olub.


***


Hazırda Səbinə Abdullayeva ukraynalı idmançı ilə final görüşünü keçirir.


***


Zəkiyev rəqibinə yalnız bir neçə saniyə turnirin həyəcanını yaşamağa imkan verib. İlk dəqiqədə Yunanıstan təmsilçisini"osae kome" vəziyyətinə salan ikiqat paralimpiya çempionumuz adını finala yazdırıb.


***İlham Zəkiyev bir neçə dəqiqə sonra Yunanıstan təmsilçisi ilə yarımfinal görüşünə çıxacaq.


***


Səbinə Abdullayeva yarımfinalda Ukrayna təmsilçisini  bir "vazari" və "yuko" xalı ilə məğlub edərək, Avropa Oyunlarının finalına vəsiqə qazanıb.


***


Mislimov 1/4 finalda ukraynalı rəqibinə "ippon"la uduzub.


***


Səbinə Abdullayeva 1/4 finalda İspaniya cüdoçusu üzərində cəmi 10 saniyə ərzində təmiz qələbə qazanıb.


***


Bu gün Avropa Oyunlarında paralimpiyaçı cüdoçular mübarizəyə qoşulacaq.


 Adalet.az-ın "Bakı - 2015"-ezam olunan müxbirinin məlumatına görə, 2 çəki dərəcəsi üzrə təşkil olunacaq yarışda ölkəmiz 3 idmançı ilə təmsil olunacaq.

 

İlham Zəkiyev, Zakir Mislimov və Səbinə Abdullayeva tatami üzərinə çıxacaq.

 

 

Kişilər

+90 kq

İlham Zəkiyev Avropa Oyunlarına yarımfinaldan start verəcək. İkiqat paralimpiya çempionu final uğrunda türkiyəli Dursun Hayran və yunanıstanlı Klimis Papaçristos cütünün qalibi ilə mübarizə aparacaq.

 

Bu çəkidəki digər təmsilçimiz Zakir Mislimov ukraynalı Aleksandr Pominovla üz-üzə gələcək.

 

Qadınlar

57 kq

 Səbinə Abdullayeva 1/4 finalda Maria Merensiano ilə görüşəcək. 



Sahib ƏSƏDBƏYLİ