adalet.az header logo
  • Bakı 18°C

DOLLARI SEVƏNLƏRiN XƏBƏRi VARMI?..

BABƏK YUSİFOĞLU
37940 | 2012-01-10 08:29
Daha sonra Salvador, Ekvador, Timor-Leşti, Mikroneziya, və Marşall adaları da milli valyutalarından imtina edərək, yenidən öz pullarını buraxmaq əziyyətindən vaz keçərək Birləşmiş Ştatların dollarından istifadəyə başladılar. Əlbəttə, dolların yalnız bu ölkələrdə aktiv işləndiyini söyləmək doğru deyil. Ona görə ki, dollar bu gün əksər ölkələrdə sərbəst valyuta rolunda çıxış edir. Və bu da dollar kütləsinin heyrətamiz böyüklüyünə səbəb olub. 2008-ci il, dekabrın 28-ə olan məlumatlara əsasən Birləşmiş Ştatların Federal Ehtiyat Sistemində 7,7 trilyon valyutası dövriyyədədir. Bu kifayət qədər nəhəng rəqəmdir. Amma onu da bildirim ki, dövriyyədə olduğu bildirilən məbləğin böyük bir hissəsi yalnız elektron şəklindədir. Pulların nəqd dövriyyəsini təxminən 700 milyard dollar təmin edir.
   
   (əvvəli qəzetin 2011-ci il
   
   27 dekabr sayında)
   
   
   
   NECƏ, HARADA?
   
   
   
   Sadalanan dövlətlərin sırasına nəzər saldıqda heç də elə təsəvvür yaranmasın ki, yalnız nisbətən az, zəif inkişaf etmiş ölkələr dollar adlı valyutadan istifadə edirlər. Bu sıraya Kanada, Avstraliya, Sinqapur... kimi dövlətlər də daxildir. Onu da qeyd edək ki, bir qədər sonra bu dövlətlərin özlərinin də dolları yarandı ki, sonradan "Kanada dolları", "Avstraliya dolları", "Sinqapur dolları"... adını aldı. Ümumilikdə isə Birləşmiş Ştatların özünü də nəzərə alsaq dünyanın 27 ölkəsi dollar işlədir. Və maraqlıdır ki, bu dollarlar hər yerdə dollar -"$" işarəsi ilə göstərilir.
   
   Əlbəttə, uzun illərdən bəri dünyanı fəth edən bu pulların nədən, necə, harada hazırlandığı da insanları çox maraqlandırıb. Bəs nədən hazırlanır bu əskinaslar? Əvvəla onu qeyd edim ki, pulun hazırlandığı material çox dözümlüdür. Əks təqdirdə dünyanın dörd bir tərəfini "yorulmadan" dolaşan bu pullar çox "dözməzdi". Dolların kağızı kətandan və pambıqdan alınmışdır. Belə ki, materialın 25 faizini kətan, 75 faizini isə pambıq təşkil etdiyindən bir qədər kobud və məxməri bir kağız ortaya çıxmışdır. Bunlardan başqa, banknotların materialının elastikliyini, dözümlülüyün təmin etmək üçün çoz nazik, amma kifayət qədər möhkəm, rəngsiz, sintetik saplardan istifadə edilir. Hətta deyilənə görə, etibarlılığa artırmaq naminə bu kağızın istehsalında sadalananlardan əlavə çətənə lifləri də istifadə edilir, amma hökumət bu haqda məlumat vermyi lazım bilmir.
   
   Əlbəttə, elə materialın bu cür nadir üsulla hazırlanması onun nə dərəcədə qiymətli pul olduğundan xəbər verir. Və məhz dəyərliliyi də dolların özü üçün daim təhlükə mənbəyi rolunda çıxış edir. Belə ki, dünyanın ən profesional, ən təcrübəli möhtəkirləri, fırıldaqçıları heç şübhəsiz ki, saxta dollar hazırlamaq üçün ən müxtəlif səviyyələrdə təşəbbüsdə bulunurlar. Təhlükəsizlik Xidmətinin verdiyi məlumatlarda görə, son illər dövriyyədə saxta pullların həcmi artıb. 2007-2008-ci illərin məlumatlarında göstərilir ki, bütün dünyada 103 milyon saxta dollar ələ keçirilmişdir. Bu cinayət faktı ilə bağlı 3 minə yaxın şəxs cinayət məsuliyyətinə cəlb olunmuşdur.
   
   SAXTA PULLARA QARŞI TƏDBİRLƏR
   
   
   
   Amma dövlət dolların saxta yollarla hazırlanmasının qarşısını almaq üçün yuxarıda sadaladığım elementlərdən, özəl qoruyucu funksiyalardan, müxtəlif qoruyucu işarələrdən... başqa digər tədbirlər də düşünmüşdür. Belə ki, dolların yaşıla çalan və digər rəng çalarları xüsusi formada hazırlanır ki, bunlar da federal hökumət tərəfindən dövlət sirri kimi qorunur. Lakin bütün bu tədbirlərə baxmayaraq saxta dollar fırıldaqçılar da müasir texnologiyaların gücündən istifadə edərək dollar "kəsməyə" girişirlər. Məhz bu cür "hücumlara" görə də 1996-cı ildə Federal hakimiyyət dolların qorunmasını daha da artırdı. Belə ki, həmin məqsədlər naminə 2003-cü ildə 20 $, 2004-cü ildə 50 $, 2005-ci ildə - 100 $, 2006-cı ildə 10 $, 2008-ci ildə isə - 5 $ banknotların yeni versiyalarını dövriyəyə buraxdı.
   
   Bütün bunlarla bərabər hamı təsdiq edər ki, istifadə üçün dollar dünyada olduqca rahat pul hesab edilir. Çünki dəyərindən asılı olmayaraq bütün əskinaslar eyni - 157x66 millimetr olçülü olduğu üçün asanca pul qablarına, cibə yerləşir. Və bu zaman qəti narahat olmaq lazım deyil ki, dollar cırıla, sürtünmə nəticəsində rəngi sola, qarşıa bilər. ABŞ dollarları bu sarıdan da çox etibarlıdır. İstifadə edilən rənglərin keyfiyyəti, dözümlülüyü ən üst səviyyədə olduğu üçün kənar təsirlərdən sığortalıdır. Hansı məbləğdə olmasına baxmayaraq bir əskinasın çəkisi təqribən 1 qramdır. Yəqin ki, çoxlarının xəbəri var: Amerikan dollarının üzərində məşhur "Biz Allaha inanırıq" devizi 1864-cü ildə görünməyə başlayıb. Üstündən uzun illər keçdikdən sonra ABŞ konqresi bu devizi milli şüar kimi tanıdı. Sonra isə onu bütün ABŞ pul işarələrinin tərkibinə salınması üçün qanun qəbul edildi. Yeri gəlmişkən, məhz həmin şüara görə, hakimiyyətin heç də başı az ağrımayıb. Belə ki, ateist amerikalılar bu devizin onların hüquqlarını pozduğuna görə, hökuməti dafələrlə məhkəməyə veriblər. Ancaq çox maraqlı və təqdirəlayiq haldır ki, ABŞ-ın Ali Məhkəməsi dövlətin qanunlarını ali tutaraq "In God We Trust" yazısının həmişəlik olaraq pullarının üzərində qalacağını təsdiq etmişdir.
   
   Bir dollarlığın üzərində olan işarələr haqqında deyilənlər isə digərlərindən çox fərqlənir. Bu dolların üzərindəki pramidanın üstündə mistik bir gözün təsviridir ki, bu da masonların sirli işarəsi hesab edilir. Və onu da məşhur Bencamen Franklinin masonluğu, hətta masonlar lojasında ən mötəbər mövqeli yerə sahib olması ilə əlaqələndirirlər. Məhz masonlar Birləşmiş Ştatların dövlət quruluşunun təşəkkül tapmasında iştirak etmişlər. Pramidanın üstündəki göz - Hər şeyi görən Göz, pramida isə əzəmətli zirvə anlamını verir. Pramidanın üzərində 13 pillə, qartalın üstündə 13 ulduz... və bütövlükdə bütün işarələri ilə birlikdə şəklin mənası Kainatın Möhtəşəm Yaradıcısı deməkdir.
   
   Bir dollarlıqla bağlı daha bir maraqlı məqam da var. Belə ki, bu banknotun 1935-ci ildəki dizaynını səhvən rus rəssamı Nikolay Rerixə aid edirlər. Əslində isə həqiqət başqa cürdür. Yəni 1935-ci ildə pulun dizyanının dəyişməsinin təşəbbüskarı Henri Uelles və Franklin Ruzvelt, dizayneri isə Maliyyə Nazirliyi pul və qiymətli kağızlar Bürosunun qravyura şöbəsinin müdiri Edvard M. Uiksi olmuşdur.
   
   
   
   YÜZDƏN BÖYÜKLƏR
   
   
   
   ABŞ dollarlarının üzərində ölkə prezidentlərinin əksi olduğu heç kim üçün sirr deyil. Ona görə də 100 dollarlıq əskinaslaradək bonknotların üzərindəki şəkillərdən söz açmaq lüzumsuzdur. Amma dəyəri daha böyük dollarlarda kimlərin şəkillərinin çəkildiyini çox az adam bilir.
   
   500-lüyün üzərində 25-ci prezidebt Uilyam Mak-Kinlinin, 1.000-likdə 22-ci və 24-cü prezident Qrover Klivlendin, 5.000-likdə 4-cü prezident Ceyms Medisonun, 10.000-lıkdə Selmon Çeyzin, 100.000-likdə 28-ci prezident Vudro Vilsonun rəsmi həkk edilib. Təxminən ötən əsrin ortalarında hakimiyyət özünün hökmran pulunun daha etibarlı, daha müasir xəzinəsini yaratmağa qərar verdi. Və 1965-69-cu illərdə dövlət bunun üçün Filadelfiyada dünyanın ən böyük pul və xəzinədarlıq "həyəti" yaratdı. Bu obyekt 4,65 hektarlıq bir ərazini əhatə edir. 2010-cu ilin aprelində isə buraxılacaq 100 dollarlığın fərqli forması barədə məlumat yaydı. 10 aydan sonra isə yenilənmiş pullar dövriyəyyə daxil oldu.
   
   Qeyd edim ki, bu zaman köhnə pulların da işlənməsinə icazə verildi. Və hakimiyyət saxta pul istehsalçılarla effektli mübarizə üçün hər 7-10 ildən bir dollarların dizaynında dəyişiklik etməyə qərar verdi. Qəribə də səslənsə demək lazımdı ki, ABŞ-da dövlətin mərkəzi bankı yoxdur. Lakin pul emissiyasını həyata keçirmək səlahiyyətinə malik və əsası 1913-cü ildə qoyulmuş Federal Ehtiyat Sisteminin üzvü olan 12 özəl bank var. Dolların çapı isə yalnız iki fabrikada həyata keçirilir. Onlardan biri Texasda, digəri isə ölkənin paytaxtında - Vaşinqtonda yerləşir.
   
   Statistik məlumat həvəskarları üçün bildirim ki, itən, sırada çıxan və istifadəyə yaramayan banknotlaın əvəzlənməsi üçün hər gün ABŞ-da müxtəlif nominallarardan olan 35 milyon dollar buraxılır. Dünyada ən böyük kütləyə malik banknotlar 100 dollarlıqlardır. Onların ümumi məbləği 625 milyard göstərilir. Daha çox yayılan digər əskinaslar isə 20 dollarlıq (125 milyon) və 10 dollarlıqlardır (16,3 milyon). Ən nadir banknotlar isə 5 $ hesab olunur ki, onların sayı 1.78 min ədəddir. Dolların üçdən ikisi ABŞ xaricində dövr edir.
   
   Yazının əvvəlində qeyd etmişdim ki, dolların mövcud olduğu dövrdən bəri bu beynəlxalq valyuta bir neçı dəfə ağır böhran keçirib, amma hər dəfə də bu, özünün pik həddinə çatmamış qarşısı alınıb. Məhz bu üzdəndir ki, dolların etibarı digərl beynəlxalq valyutalarla müqayisədə daha üstündür. Lakin sonda onu bildirim ki, son iki ildə dolların vəziyyəti yenidən pisləşməyə başlayıb. Əslində mütəxəssilərin əksəriyyəti bu pisləşməni dolların deyil Birləşmiş Ştatların iqtisadi vəziyyətinə aid edirlər. Lakin buna baxmayaraq dünyanın ticariət dövriyyəsi, beynəlxalq iqtisadi əlaqələrin böyük faizi yenə də dollarla aparılır. Çoxlarının dollara rəqib kimi, hətta güclü rəqib kimi dəyərləndirdiyi avronun özü də dərin böhran yaşamaqdadır və obrazlı desək hətta ölüm yatağındadır. Belə vəziyyət Avropanın iqtisadi məkanı üçün fəlakətli vəziyyət hesab edilsə də dolların nüfuzunun daha da yüksəlməsnə təkan verdi. Baxmayaraq ki, hazırda ABŞ-da defolt 15 miyard dolları haqlamaqdadır. Deyilənlərə inansaq, bu ilin sonunadək mövcud vəziyyət normallaşmağa başlayacaq. Əslində bu yəqin ki, belə də olacaq. Çünki dollar dollardı...

TƏQVİM / ARXİV