İLAHİ GÜC SEVGİDİ

ƏBÜLFƏT MƏDƏTOĞLU
60492 | 2015-06-25 18:57

O da qalib gələcək

Deyəsən bu xoşbir təsadüfdü. Çünki bu yazını oxuduğumuz gün, yəni mətbuatda işıq üzü gördüyütarix Silahlı Qüvvələr günüdü. Sovet dönəminin ifadəsi ilə desək, kişilərinbayramıdı. Doğrudu, indi çox məsələlər bir-birinə qarışıb. Ona görə də belətarixi məqamlara, tarixi günlərə o qədər də çox önəm verilmir. Lakin mənQarabağ savaşının şahidi və iştirakçısı kimi, ordu quruculuğundan az-çox xəbərdarolan vətəndaş kimi yazımın özü də şənbəyazımın məhz bu günə təsadüf etməsini xoş bir ovqatla qarşılayıram. Düşünürəmki, bu yazım həm də hərbi geyimli bütün kişilərə, onların arasındakı dostlarımavə bir də qazilərə bir növü bayram hədiyyəsidi...

Bəli, müharibənin"daş dövrü"ndə mənim vədostlarımın oturub-duruduğu məclisdə ilk badələr həmişə səngərdə olan oğullarınşərəfinə qaldırılardı. Bizi tanıyanlar bu adətimizi bəyənir və bizəqoşulurdular. Çünki onda səngərə daha çox könüllülər, ürəyinin təpəri olanlar gəlirdilər.Belə ki, ordu quruculuğu başladı, ordu formalaşdı, ondan sonra nizam-intizam daöz yerini aldı, orduya münasibət də cilalandı və hətta əsgərin davranışı,geyimi artıq bizdə bir daxili fəxarət hissi yaratdı. Gördük ki, bizim dəordumuz var. İnandıq ki, bizim də əsgərimiz hər kəs qarşısında öz sözünü deməyəqadirdi. Amma biz, yəni sovet dönəmnin adamları, sovet ordusunda xidmət keçənlərMilli Ordumuzun da formalaşmasını, onun da oturuşmuş bir orduya çevrilməsinizaman-zaman arzulamışıq. Şükür ki, arzumuz yerdə qalmadı...

İndi arxadaqalan illərə tərəf boylanıram və atəşkəsə qədər olan zaman kəsiyinin içərisindəyaşadığım, şahidi olduğum döyüş səhnələrini, şəhid dostlarımı, qaziqardaşlarımı xatırlayıram. İnanın ki, bütün bunlar bir kino lentinə bənzəyir.Özü də tarixi və sənədli kino lentinə. Çünki bu kinonun, yəni bu filminrejissoru da, operatoru da, aktyorları da elə o səngərdəkilərin hamısı idi. Sadəcə, onlar ortada olan və müəllifi bilinən gerçəkssenarini çəkmirdilər. Amma bunun əvəzinə həqiqətən ortada olan və həqiqətən dəuğrunda döyüşməyin zərurət olduğu, ssenarisinin isə xalqın min illikyaddaşından süzülüb gəldiyi bir Qarabağ filminin qəhrəmanları kimi döyüşürdülər.Bu döyüşdə filmlərdə olduğu kimi səhnələridəyişmək, fraqmentləri əvəzləmək, aktyorları təzələmək mümkün deyildi. Lakin bufilmdə döyüş səngərinin istiqamətini, o səngərdəki əsgərləri və nəhayət, o səngərin konkretadını dəyişmək olurdu. Yəni döyüş Şuşauğrunda, Laçın uğrunda, Kəlbəcər, Zəngilan, Qubadlı, Laçın, Cəbrayıl, Füzuli,Ağdam, Xocalı, Xocavənd uğrunda gedirdi. Səngər məhz bu bölgələr idi... Döyüşənlərdə bu xalqın pələng ürəkli, qeyrətli və geri dönməyin yolunu unutmuş, özü dəbilərəkdən unutmuş şəhid oğullarımız idi... qazilərimiz idi... "Vətənuğrunda" deyən oğullarımız idi...

Hər dəfə həmin obarəsində yazdığım anları düşünəndə neçə-neçə adı, soyadı ürəyimdə təkrarlayıram.Hətta onların hansı kənddən, hansı ailədən olduğunu bilməsəm belə, onlar mənimüçün son dərəcə əziz idilər. İndi də ruhları əzizdi mənim üçün. Və onların sondöyüşlərini, səngərdə qəlpələrin parçaladığı bədənlərini unutmaq və o andayaşadıqlarımı yaddaşımdan silmək gücündə deyiləm. Heç cür mən onu silə bilmərəmyaddaşımdan. İnanın ki, hərdən yuxularımda o anları anbaan yaşayıram. Heyf,heyf o oğullardan! Doğurudu, oğul Vətən üçüdü və Vətən üçün doğulan oğul da həmişə"Təki Vətən yaşasın!" deyib səngərəatılıb, döyüşə tələsib və qazilik haqqını qazanıb, şəhidlik zirvəsinə yüksəlib...

Bir neçə aybundan öncə qəribə bir hadisənin şahidi oldum. Bir neçə gün unuda bilmədim o hadisəni. Sonra gördümki, o hadisə mənim içimdə misralaraçevrilib.

Solqolunu

düyülmüş

yumruğuyla

bədəninəsıxıb

sağayağını

sürüyübaparır

arxasınca...

əslindəo,

təkayağıyla

yeriyir

soləliylə də

salamverir...

sanki

bununla

yaralarının

yarımçıqsaxladığı

savaşın

gözlərindəntökülən

alovunişığında

hamıyavə

hərkəsə

hələbitmədiyini

deyir!-

Qarabağqazisi!..

***

Bubayram günündə xatirələrdən ayrılıb reallığa, içində olduğumi zamana qayıtmaqistəyirəm. Elə bir zamana ki, o zamanın çərçivəsi və bu çərçivənin müxtəlifölçülü qapı-pəncərəsi səhərə, günəşə açılır. Təbii ki, böyük Səməd Vurğunundediyi kimi, günəşdən ancaq yarasalar qorxur. Bu mənada içimdəki qorxunuboğmağı bacaran, günəşi sevən hər bir insan kimi mənim Dan üzünə, elə Günəşinözün də oxunası dualarım, deyiləsi sözlərim var. Həmin o duaların da, sözlərin də arasında Allahın izniylə həmişə alqış və sevgi-məhəbbətşah damarı təşkil edir...

Bax elə bu yerdə,yəni sevgini, məhəbbəti vurğuladığım anda bilgisayar yazarımıza diqqət yetirirəm.Yenə xanım yazarın çöhrəsinə təbəssüm qondu. Bu təbəssüm öz-özünə onun həmişədilə gətirdiyi sözü mənə xatırladır. O sözü sizə də çatdırıram. Gülər xanım vurğulayır ki, Əbülfət müəllim şənbəgünləri nədən yazır yazsın, axırı məhəbbətlə qurtarır.

Mən onunlatamamilə razıyam və elə burdaca vurğulamaq istəyirəm ki, bütün şirinli-acılıgöz yaşlarının damarında məhəbbət var. Çünki ağlayanda da sevgidən ağlayırsan.İtirdiyin üçün, bir daha görə bilməyəcəyin üçün ağlayırsan, tapanda da sevgidənağlayırsan... Çünki sevinirsən, sevincini ifadə edirsən. Bu yerdə yadıma rəhmətlikTofiq Bayram düşür. Onun çox kövrək şeirlərinin birində belə deyiliridi:

Dünyada hər anaöz anam kimi,

Bircə toy günündəağlayaydı kaş!..

Bəli, indi gördünüz və inandınız ki, sevincdəndə ağlamaq olur. Elə mən də bu bayram günündə şəhid dostlarımı xatırlayıbonların ruhu önündə baş əyməklə həm də ordumuzun bugünkü durumu qarşısında birfəxarət hissi keçirirəm. Çünki tez-tez baş çəkdiyim və dostlarımın xidmətkeçdiyi, hərbi hissələrdə gördüklərim məni həmişə qürurlandırıbdı! O ki, qaldısevgiyə...

Hə, bütünzamanlarda, bütün məkanlarda və mənə elə gəlir ki, hətta məzarda da insanın,onun cəsədinin ehtiyac duyduğu bir şey varsa, o da diqqət və məhəbbətdi. Bunlar ruhu da yaşadır, cismi də... Bunlarruhu da qanadlandırır, cismi də güvəncli edir... Bunlar Günəşin də hərarətiniartırır, ona üz tutanın gözünün nurunu da. Təbii ki, içdən gələn sevgi və içdənqaynaqlanan diqqət, yəni təmənnasız sevgi və diqqət burda baş qəhrəmandı - şəriksizvə müzakirəsiz. Elə mən də rəhmətlik şair dostum Eldar Baxışı xatırlayıb onunruhuna ehtiram əlaməti olaraq sənə üz tuturam və yazıram:


Məni"ah"ına tapşır

Son günahınatapşır...

Uzaq uzaqtutacaq

Sən lap yaxınatapşır-

Üzünü görəbilim...


Məni qəzəbindəboğ

Sevgi əzabındaboğ

Küsmərəm, incimərəm

Təki mən hamıdançox -

Gözünü görəbilim...


Sən ağrıt, mən dədözüm

Közün yandırsınközüm...

İmkan veraxşam-səhər

Gözünə baxsıngözüm -

Özümü görəbilim!..


***

Hər kəs özüyləbir dünya gətirir və hər kəs də özüylə bir dünya aparır. Necə deyərlər, gələn gəldiyikimi, gedən də getdiyi kimi öz dünyasına çəkilir. Və o dünyaya yaxın düşmək,onun sakini olmaq həm böyük ürək tələb edir, həm böyük düşüncə və duyğu sahibiolmaq qabiliyyətini...

Düzdü, deyirlərelə yaşadığımız, içərisində olduğumuz bir coğrafi məkan var, o da Yer kürəsidi- yəni bu dünyadı. Amma indi son vaxtlar müxtəlif ünvanlarda, Ayda, Marsda,daha nə bilim haralarda həyat əlamətləri tapırlar. Bu ailmlərin işidi, mən onaqarışmıram. Mənim bildiyim və inandığım təkcə budur ki, hər bir insan özü fərdolaraq bir dünyadı. Gələndə özü ilə gətirir, gedəndə özü ilə aparır. ÇünkiTanrının yaratdığı və yer üzündə mövcud olan milyardlarla insanın heç biri digərinineyni deyil. Müəyyən oxşarlıqlar var, bunu danmıram. Amma inanmıram ki, bu dünyada ikinci bir Əbülfət dəhardasa yaşayır və elə lap mənim kimi də oturub bilgisayara yazı diqtə edir. Əgərbelə bir hal mümkün olsaydı, biz çoxdan axtarıb bir-birimizi tapmışdıq.Dostların birinin replikasına ipucu olaraq deyim ki, biz bir-birimizi tapmasaqda, - telekanallardakılar axtarıb taparlar. Mən sadəcə reklamdan qaçaraq burdaad çəkmirəm...

Amma etiraf edimki, axtarıb tapdığım da var. Sadəcə, o mənim öz dünyamda mövcud olan Sənsən və bu dünyamın da açarı-kilidi də, dəftəri-qələmidə sənin əlindədi... yazdıqlarım da sənin diqtələrin, sənin dediklərindi. Neyləyimki, sən hərdən öz gücündən öz Tanrıdan gələn sevgindən qaynaqlanıb, ilhamlanıbməni diz çökməyə və təkrar-təkrarsevgimi etiraf etməyə məcbur edirsən. Eləo etiraflar da hər dəfə misralara çevrilir. Bəzən bayram ovqtalı, bəzən kədərnotlu. Axı öncə dedim, insan sevincdən də, kədərdən də ağlayır. Elə bumisralarda olduğu kimi.

Könüllü

təslim oldum

qarşında

diz çökdüm

əllərimi

qaldırdım...

necə deyərlər

kimliyimianladım

nə vardısa

ətəyimdən tökdüm

bildim ki,

ürəyim

həm də sevgim

istəklərinə

uyğun deyil

ona görə də

özüm özümədedim-

əyil!

hətta

keç geyiminin

bir dəstindən

qoy ötüb getsin

lap elə üstündən

axı ona

belə xoşdu...

Hə, istənilənbir sözün, istənilən bir yazının başlanğıcı olduğu kimi, sonu da var. Elə yolkimi - başlayır və bitir. Təbii ki, hər kəsin fərdi yolu. Amma bütövlükdəyollar da, sözlər də, fikirlər də bir-birinə calanır. Mən də bir-birinə calanansözlərin və fikirlərin səni yorduğunu artıq hiss etməyə başlayıram. Anlayıramki, temperatur göstəricisinin 40 dərəcəni haqladığı belə bir məqamda artıq mənioxumaq, məni dinləmək həvəsin azalır. Yazının son cümləsinə tərəf boylanırsan.Bunu anladığım üçün mən də sənə yardımçı olmaq istəyirəm. Sadəcə, kiçik bir haşiyəilə...

... Hə, bu günSilahlı Qüvvələrimizin adı ilə bağlıdı. Necə deyərlər, kişilərin bayramıdı,mübarək olsun! O ki, qaldı sənə, deməli, sənin də öz duan var, öz alqışın var.Onu da yəqin ürəyində səsləndirəcəksən. Mən isə sənə demək istəyirəm ki, bütünhallarda yerlərdə və zamanlarda diqqət və sevgini qoru. Çünki səni də, məni də,elə bizim hamımızı yaşadan odur. Necə deyərlər, yaşamağımız mübarək!


TƏQVİM / ARXİV