adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
25 Iyun 2015 20:07
19272
GÜNDƏM
A- A+

Orxan Səfərov Avropa Oyunlarının gümüş medalını qazandı - YENİLƏNİR

Səfərov həlledici görüşdə Beslan Mudranova "ippon"la məğlub olub.


***


Orxan Səfərov finalda rusiyalı Beslan Mudranovla qarşılaşacaq. Nicat Şıxəlizadə isə bürünc uğrunda digər Rusiya cüdoçusu Mixael Pulyayevlə mübarizə aparacaq.


***


Nicat Şıxəlizadə təsəlliverici görüşdə Ukrayna təmsilçisi Zantarayanı məğlub edərək, bürünc medal uğrunda həlledici görüşə vəsiqə qazanıb.


***


Səfərov rəqibini xəbərdarlıqlar sayəsində məğlub etməyi bacarıb. O, bununla da həm də Müşkiyevin revanşını almış olub.


***


Bir neçə dəqiqə sonra təmsilçimiz Orxan Səfərov ispaniyalı Qarriosla final yolunda həlledici görüşə çıxacaq.


***


 Orxan Səfərov qalib gələrək yarımfinala adlayıb. Təəssüf ki, digər təmsilçimiz uğurun ardını gətirə bilməyib. Şıxəlizadə rəqibinə "ippon"lə məğlub olaraq ümidini bürünc medala bağlamalı olub.


***


Bir neçə dəqiqə  mübarizəni davam etdirən təmsilçilərimiz Orxan Səfərov və Nicat Şıxəlizadə 1/4 final görüşünə çıxacaqlar. Onların rəqibləri müvafiq olaraq, Isveçrə və Portuqaliya cüdoçularıdır.


***


Şıxəlizadə italiyalı rəqibini də "ippon"la yenərək 1/4 finala vəsiqə qazanıb.



***


Bir neçə dəqiqə sonra Nicat Şıxəlizadə İtaliya rəqibi ilə 1/8 final görüşünə çıxacaq. Onun rəqibi İtalya cüdoçusudur.


***


Səfərov rəqibini 1 "vazari" və 2 "yuko" xalı ilə məğlub edərək, 1/4 finala vəsiqə qazanıb. 

Qeyd edək ki, Arif tanınmış azərbaycanlı cüdoçu, hazırda Belarus yığmasının baş məşqçisi postunu tutan Natiq Bağırovun oğludur.


***


Səfərov Hazırda 60 kiloqram çəkidəki təmsilçimiz Orxan Səfərov 1/8 final görüşünə çıxıb. Onun rəqibi Belarusu təmsil edən həmvətənimiz Arif Bağırovdur.



***


Ilqar Müşkiyev ilk görüşdə ispaniyalı rəqibini "Golden score"də məğlub olub.


***


Təmsilçilərimiz Kifayət Qasımova və Aişə Qurbanlı müvafiq olaraq, Serbiya və İtaliya təmsilçilərinə məğlub olub.


***


Hazırda Kifayət Qasımova tatamidədir.


***


Leyla Əliyeva ikinci mərhələdə Belçika cüdoçusuna "ippon"la yenilib.


***


Kərimov rusiyalı rəqibinə vazari balı ilə məğlub olub.



***


Bu dəqiqələrdə 66 kiloqram çəkidəki digər təmsilçimiz Tərlan Kərimov tatamidə rus cüdoçusu ilə mübarizə aparır.


***


Nicat Şıxəlizadə ilk görüşündə Türkiyə cüdoçusu ipponla məğlub edərək 1/8 finala vəsiqə qazanıb.



***


Aişə Qurbanlı ilk görüşdə rumıniyalı rəqibi üzərində təmiz qələbə qazanıb. 


***


Leyla Əliyeva ilk görüşdə sloveniyalı rəqibini məğlub edib. Görüş ərzində xal qazanılmasa da, rəqibə verilən xəbərdarlıq sayəsində Azərbaycan cüdoçusu 1/8 finala yüksəlib.


***


Bu gün I Avropa Oyunlarında cüdo yarışları start götürür.


Adalet.az-ın "Bakı - 2015"-ə ezam olunan müxbirinin məlumatına görə, 3-ü qadınlar, ikisi kişilər olmaqla, 5 çəki dərəcəsində qaliblərin müəyyənləşəcəyi ilk gündə Azərbaycanın 8 cüdoçusu tatami üzərinə çıxacaq.

 

Onlardan 4-ü kişilərin, 4-ü qadınların yarışında qüvvəsini sınayacaq. 

 

Kişilər

 

60 kq

Bu çəki dərəcəsindəki hər iki təmsilçimiz təsnifat mərhələsindən azaddır.

Dünya çempionatının bürünc mükafatçısı Orxan Səfərov 1/8 finalda monteneqrolu Yan Siçardi ilə belaruslu Arif Bağırov arasında görüşün qalibi ilə qarşılaşacaq. Mundialın digər mükafatçısı İlqar Müşkiyev isə ispaniyalı Franssiko Qarriqosla israilli Alon Rəhim arasında duelin qalibi ilə üz-üzə gələcək.

 

66 kq

 Təcrübəli Nicat Şıxəlizadə mübarizəyə 1/16 finaldan start verəcək. O, türkiyəli Sinan Sandalla üz-üzə gələcək. Qitə çempionatının gümüş mükafatçısı Tərlan Kərimov isə təsnifat mərhələsində çəkinin reytinq favoriti, rusiyalı Mixail Pulyayev ilə qarşılacaq.

 

Qadınlar


48 kq

 Leyla Əliyeva mübarizəyə 1/16 finaldan başlayacaq. Onun rəqibi sloveniyalı Kristina Vrsiç olacaq.

Digər təmsilçimiz Aişə Qurbanlı isə rusiyalı Kristina Rumyantseva ilə qarşılaşacaq.



52 kq

 Səkinə Zairova 1/16 finalda israilli Roni Şvartsla görüşəcək.


57 kq

Dünya və Avropa çempionatlarının mükafatçısı, təcrübəli Kifayət Qasımova da yarışa 1/16 finaldan başlayacaq. O, serbiyalı Yovana Roqiçlə mübarizə aparacaq. Bu cütün qalibi növbəti mərhələdə portuqaliyalı məşhur portuqaliyalı cüdoçu Telma Montero ilə qarşılaşacaq.



Sahib ƏSƏDBƏYLİ