HƏR GÜN GÖRÜŞDÜYÜM ADAM

ƏBÜLFƏT MƏDƏTOĞLU
64616 | 2015-06-24 19:02

Onun təbəssümü dədanışır

Onunla həyatdaüz-üzə gəldiyimiz günü çox dəqiq xatırlayıram. Çünki bu elə bir tarixi an idi,elə bir zaman kəsiyi idi ki, onu unutmaq mümkün deyil. Və bu an, bu zaman həm dətəkcə mənim üçün yox, həm də Azərbaycan üçün də önəmli idi. Mən də bu Azərbaycanınbir sıra nəfəri kimi öz içində coşub-daşan, dalğalanan Azərbaycan adlı dəryanınnecə sakitləşəcəyini, necə durulacağını gözləyirdim. Amma tam səmimiyyətimləetiraf edim ki, həmin o zamanda mənim suların nə vaxtsa durulacağına o qədər dəböyük ümidim, inamım yox idi. Təbii ki, bunun da əsas səbəbi yurd-yuvamdan didərgindüşməyim, necə deyərlər, günün günorta çağı evimin-eşiyimin əlimdən alınıbözümün zorən qaçqın həyatının qoynuna atılmağım idi. Bax, belə bir məqamda, beləbir gərgin durumda onunla qarşılaşdıq, onunla üz-üzə gəldim. Amma ona qədər…

Az-çox ədəbiyyata,sözə bağlı olduğumdan sovet dönəminin barmaqla sayılan və hər kəsin də sevimlisi olan bir neçə ədəbi məcmuəsi varidi -«Ulduz», «Azərbaycan», «Qobustan» jurnalları və bir də daha çox ədəbiyyatayer ayıran «Azərbaycan gəncləri» qəzeti. Təbii ki, bir də «Ədəbiyyat və incəsənət»qəzeti… Bax, bu söz yüklü ədəbiyyatdaşıyıcısı olan qəzetlərin, jurnalların səhifələrinə düşmək, ordan Azərbaycanoxucusuna üz tutmaq hər adama nəsib olan iş deyildi. Hətta aylarla, illərlənövbə gözləyən, yazıları redaksiyaların arxivində az qala kiflənən imza sahibləriolub ki, onların vaxtında araya-ərsəyə çıxmağa imkan verilmədiyindən elə öz içlərindəsönüblər. Bəziləri də «bir atımlıq barıtla» çəkilib gediblər. Məhz busadaladığım söz dünyasında ədəbi camiyədə qarşılaşdığım imzalardan biri də SəyyadAranın imzası olub. Yenə bir oxucu olaraq etiraf edim ki, eyni dörvdə yaşayıb,eyni dövrdə sözə könül versək də, mən Səyyad Aranın 80-ci illər ədəbiyaradıcılığını özüm üçün maraqlı birtapıntı hesab edirəm. Çünki onun yazı üslubunda, xüsusilə dilində mənə şirin gələn,məni özünə çəkən çalarlar var idi. Ona görə də bu imza ilə qarşılaşanda heçvaxt vərəqi çevirməmişəm. Həmişə oxumaq və nəyin necə yazıldığını öyrənmək istəmişəm.Həmin o oxuduğum Səyyad Aranla nə vaxtsa, özü də burulğanlı bir gündə, zamandaqarşılaşacağımı nə düşünmüşdüm, nə ağlıma gətirmişdim. Görünür, bizimgörüşümüzün tale yazısı qaçqınçılıqla,didərginliklə bağlı imiş. Yəni qoynuna atıldığım bu ağır həyatın bir işığı da SəyyadAran olmalı imiş…

Bəli, Qarabağındağlıq hissəsi demək olar ki, bütünlüklə işğal olunmuşdu. Biz bu bölgəninköklü-köməcli sakinləri Xocavənd rayonunun qışlaq sahəsi olan Haramı düzündə məskunlaşmaqməcburiyyətində qalmışdıq. Onda 1992-ci il idi… 92-ci ilin bir payız günü məkunlaşdığımuşaq bağçasındakı hücrəmə bir ismarıc gəlibçatdı. Dostlar xəbər göndərmişdi. O vaxtlar Xocavənd rayon polis şöbəsinin rəisiişləyən Sahib Həsənov işçilərindən birini arxamca göndərmişdi. Gələn polis nəfəribircə kəlmə dedi:

- Rəis dedi ki,qonaqlarımız var, buyurub gəlsin…

Təbii ki,müdriklərin bir deyimi var, indi onu xatırlatmağın yeridi. Müdriklər söyləyibki, «çağrılan yerə ar etmə, çağrılmayan yeri dar etmə». Mən də bu kəlama söykənərəkdəvət olunduğum yerə üz tutdum. Açığını deyim ki, gözlərimə inanmadım. Çünki həyatdadəfələrlə qarşılaşdığım, bir yazı adamı kimi həmsöhbət olduğum mərhum akademikimizFərəməz Maqsudov məclisin yuxarı başında əyləşmişdi. Otaqda bir xeyli adam varidi. Onlardan biri də şəkildən tanıdığım Səyyad Aran idi. Məclis xeyli davametdi. Sonra başqa bir ünvanda açılmış süfrə arxasına toplaşdıq. Demək olar ki,burda da əvvəlki söhbət nöqtə vergülünə kimi davam etdirildi. Yəqin bu yazınıoxuyanda düşünəcəksiniz ki, Fərəməz Maqsudovun, eləcə də Səyyad Aranın həmin92-ci ildə Beyləqan səfəri nə ilə bağlı idi və burada söhbət nədən, kimdəngedirdi. Mən də marağınızı nəzərə alıb deyə bilərəm ki, bəli, mərhumakademikimiz Səyyad Aranla birlikdə bu bölgədə Yeni Azərbaycan Partiyasınınyaradılması üçün, Ulu Öndərimizlə bağlıfikirləri ictimaiyyətə çatdırmaq üçün gəlmişdilər və onları daxalqımızın böyük oğluna inamları, sədaqətləri ilə seçilən insanlarqarşılamışdılar…

Bəli, həmin məclisdəmən həmkarım Səyyad Aranla xeyli söhbət etdim, onun maraqlı fikirlərini dinlədimvə anladım ki, ixtisasca filoloq olan Səyyad müəllim daxilən həm də bir siyasətçidi.Özü də torpağa, millətə, onun ümid yerinə bağlı olan siyasətçi. Bu insanqarşısına qoyduğu məqsəd üçün gərəkli olan addımların hamısını atmağa daxilənhazırdı. İndi kimsə deyə bilər ki, başqaları da bu proseslərdə özünü müxtəlifprizmalardan göstərib. Ancaq mən bir şeyi anlayıram, başa düşürəm ki, SəyyadAran həmin hərəkata içinin tələbiylə, ürəyinin səsiylə qoşulmuşdu. Onun məqsədiözünü reklam etmək, özünü Heydər Əliyevin əsgərləri sırasında göstərməkdeyildi. Sadəcə, bu insan bu torpaq üçün, bu dövlət üçün və bu xalqın xilaskarıüçün gərəkli olan yerdə dayanıb çiyninə düşən yükü daşımağa hazır olduğunu ifadəedirdi. Nümayiş etdirmirdi yox, sadəcə ifadə edirdi. Onu dinləyəndə, onun söylədikləriyləSəyyad Aranın özünün həyatını paralelləşdirəndə aydın olurdu ki, daxili tələbatlacan atılan məqsəd həmahəngdi, bir-birini tamamlayır…

Beləcə tanışolduq Səyyad Aranla. Yeri gəlmişkən, həyatımda ilk dəfə özümü də tərifləmək istəyirəm.Həmin görüşdə məni gələn qonaqlara təqdim edəndə Səyyad müəllim dedi ki,«tanıyıram Əbülfəti, oxuyuram yazılarını». İndi özünüz fikirləşin, həyatdamaddi olan nə varsa hamısını itirmiş, uşaq bağçasına sığınmış bir yazı adamıhaqqında söylənilən bu sözlərin nə boyda çəkisi var, nə qədər əhəmiyyəti var… Mənəolan bu münasibət mənim Səyyad Arana olan oxucu münasibətimi təzələdi, onun rəngini,onun durumunu, onun miqyasını dəyişdi. Hiss etdim ki, sözüylə, yazısıylatanıdığım bir qələm adamı hamının yanında, hər kəsin eşidəcəyi tonda, özü dətam səmimiyyətlə söylədiyi bircə kəlmə ilə ürəyimin qapısını açdı. Hansı ki, oqapıdan içəridə mənim iç dünyamın adamları yaşayırlar…

İllər ötdükcəartıq Səyyad Aranla təmasım genişlənməyə, şaxələnməyə başladı. Onu ictimai həyatınüst qətanda görmək, onunla məclislərdə iştirak etmək, onunla həmsöhbət olmaq təkcəbir jurnalist kimi yox, həm də bir dövrün şinelindən çıxmış iki söz adamı kimidərdləşmək mənim alın yazımın ən yadda qalan sətirlərindən oldu. Və mən həmin otəmaslardan, o söhbətlərdən bir daha anladım ki, Səyyad Aran ilk görüşdətanıdığım, qəbul etdiyim durumundan geri çəkilməyib, dəyişməyib. Doğrudur, illərona da öz təsirini göstərib, onun da yaşının üstünə yaş gəlib. Amma onun əqidəsində,onun inamında, onun həyata baxışına vəbir də silahı olan qələmə sədaqətində o, olduğu kimi qalır. Tutduğu vəzifələrdən,göz önündə olmasından asılı olmayaraq, Səyyad Aran Azərbaycan oxucusu üçün özyazıçı çalarlarını, yazıçı imkanlarını həmişə bülövlü saxlayıb, onu solmağaqoymayıbdı. Hər yeni kitabında bunu rahatca görmək, duymaq mümkündü…

Mən Səyyad Aranıöz həmkarlarına, yəni söz, qələm adamlarına olan münasibətlərində də dəyişməzgördüm. Həyat təxcrübəmədən, şahidi olduğum məqamlardan çıxış edərək deyə bilərəmki, Səyyad müəllimin söz adamlarının necə ürəklə getdiyini dəfələrlə müşahidəetmişəm. Jurnalistlərə, mətbuata qarşı göstərdiyi sayğını, diqqəti də bura əlavəetsəm, heç də yanılmaram. Hətta olub ki, bunu müxtəlif zamanlarımda hansısa birməsələyə münasibət öyrənmək, hansısa problemin çözümünə əl uzatması üçün onatelefon açmışam. Sonra da onun özüm onun səmimiyyətinə, onun göstərdiyi diqqətəheyranlığımı gizlədə bilməmişəm. Bir dost, bir iç adamı kimi necə həvəslə, necəmaraqla, zövq ala-ala, nəticəyə sevinə-sevinə onun önə düşdüyünü, problemi çözməküçün əlindən tutduğu adamla birlikdə qapılar döydüyünü ən azı kənardan seyr etməkşəxsən mənə həm könül rahatlığı verir, həm də bir ümid işığınınalovlanmasına şərait yaradır. Baxıbgörürsən ki, doğurdan da dünya yaxşılardan, diqqətlilərdən, qayğıkeşlərdən fanideyil. Sadəcə, həyatın yükünün, problemlərinin çoxluğu zamanın məhdudluğu bəzənbir çox məsələlərin vaxtında həll olunmasına imkan vermir. Amma bunabaxmayaraq, Səyyad Aran dostlar üçün, xüsusilə söz adamları üçün zamandan zamankəsməyə həmişə imkan tapır, həmişə buna maraq göstərir…

Günlərin birindəSəyyad müəllimə telefon açdım. Ondan bir məsələni çözməkdə yardımçı olmasınıistədim və bildirdim ki, imkanı, vaxtı olanda bu məsələyə bir diqqət, nəzəryetirsin. Həmin günün axşamı mobil telefonuma zəng gəldi. Səyyad müəllim idi.O, problemin çözüm yollarıyla bağlıfikirlərini mənimlə bölüşdü, məsləhətlərini, tövsiyyələrini verdi. Onunbu operativliyi həqiqətən məni kövrəltdi. Təşəkkürümü bildirəndə Səyyad müəllimvurğuladı ki, mən bir dəfə demişəm, yəqin ki, yadında qalıb:

- Əbülfət Mədətoğlununyazılarını oxuyuram və ona böyük hörmətim var…

Hə, həmin1992-ci ilin payızı təkrar yadıma düşdü. Onda yenidən anladım ki, əqidə adamıolmaq, məslək daşıyıcısı kimi bütün erroziyalardan qorunmaq hər insana nəsibolmur. Çünki o nəsiblik Səyyad müəllimdən yan keçməyib…

Bugünlərdə Səyyadmüəllimlə söhbət edəndə vurğladı ki, mən səninlə hər gün görüşürəm. «Ədalət»stolüstü qəzetlərimdən biridi. Sən məni az-az görürsən, mən hər gün «Ədalət»dəsəni görürəm...

Doğurdan da hərgün bir-birini öz içində görmək, bir-birini öz içində salamlamaq çox müsbət birkeyfiyyətdi, gözəl bir haldı. Kaş ki, biz öz çevrəmizdə olanları, özdostlarımızı, ən vacibi isə iç dünyamızın adamlarını hər gün görə bilək, hərgün onların səsini, sözünü eşidə bilək. Zənnimcə bu, təkcə həmin o iki tərəfinyox, həm də bütün cəmiyyətin xeyrinə atılmış addım olar. Axı qarşılıqlıanlayış, qarşılıqlı səmimiyyət inamdan, ümiddən, etibardan, ən vacibi isəadamların bir-birinə diqqətindən xəbər verir. Deməli, bunlar olan yerdə hörmətvə sevgi də hamıya öz qollarını açır…

Mən bu yazını bilgisayara diqtə edərkən ürəyiminpıçıltılarının necə qəbul olunacağını heç ağılımın ucundan da keçirmirəm. Çünkiyazını diqtə edən elə ürəyin özü idi!..


TƏQVİM / ARXİV