adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
24 Iyun 2015 17:42
19092
ŞOU-BİZNES
A- A+

Məşhur seks-simvol qrafinya oldu

Məşhur amerikalı aktrisa Pamela Anderson qrafinya rütbəsi alıb. Adalet.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 47 yaşlı seks-simvola bu rütbəni Çernoqoriya şahzadəsi Stefan verib. Bundan sonra Anderson qrafinya Cilyo adını daşıyacaq (Cilyo İtaliyanın Toskana vilayətinə daxil olan adadır).  

Amma şahzadənin özünün əsli şübhəlidir. İtaliyada yaşayan Stefan özünü Çernoqoriya şahzadəsi adlandırsa da onun ümumiyyətlə, xanədan nümayəndəsi olması sual altındadır.

Lakin bu şübhə Pamela Andersonu heç də narahat etmir. Bu günlərdə Genuyada keçirilən tacqoyma mərasiminə oğulları Brendon və Dilanla qatılaraq rəsmən qrafinya rütbəsinə sahiblənib. 

Памела Андерсон