adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Tı rab, tı vor, tı armyanin!

FƏRHAD ŞABANOV
20958 | 2011-12-31 07:06
Puşkin vaxtında düz demişdi. Sən qulsan, sən oğrusan, sən ermənisən. Yaxşı və ya pis nə görsə, oğruyur bu millət. Özləri də qorxağın yekəsidi. Ümumiyyətlə ermənilər çox bədbəxt millətdir. Bu qədər yazıq, bu qədər döyülmüş, söyülmüş, "padoş" başqa millət tanımıram. Ermənistanda 2 milyon adam qalıb, hamısı qaçıb Fransaya, Amerikaya, Türkiyəyə, nə bilim hara. Getdikləri hər yerdə ağlayırlar. Bir dənə kart var əllərində hər yerdə onu göstərib yardım dilənirlər. Guya Osmanlı dövründə bunları qırıblar, sürgün eləyiblər. Sizin silahlı dəstələr günahsız türk ailələrini qıranda bəs nə gözləyirdiniz qarşılığında? Türklər sizi öpüb bağrına basacaqdı bəyəm? Bunlar bədbəxtdi. Türkü tanımırlar. Bunların qanında var yazıqlıq, alçaqlıq. Əgər qanlarında olmasaydı 1915-ci ildə etdiklərini Xocalıda illər sonra təkrarlamazdılar. Təəssüf ki, türklər bu ermənilərin cavabını verdi, ancaq biz verə bilmədik. Nə isə.
   
   Amerikadakı ən məşhur erməni Kim Kardaşyandı. Orasını - burasını göstərib məşhur olanlardandı. Keçən həftə bir tolk - şou proqramına qatılmışdı aparıcı sual verdi ki, sənin nə səsin var, nə aktrisasan. Necə oldu ki, məşhur oldun? Pərt oldu bilmədi nə desin. Nə deyəcək axı, deyəcək ki, nə bilim haramsa yekədi ona görə məşhur olmuşam? Ya soyunub, lütdənib olmuşam? Amerikada gənclər yeni boykot başlatdı. Artıq Kardaşyan ailəsinin şousunu izləmək istəmirik. Yavaş - yavaş ağılları başlarına gəlir, gec də olsa.
   
   Türkiyədə də ən məşhur erməni Qrant Dink idi. Aqos qəzeti yazarı idi. Öləndə ən çox ayaqqabısının altındakı cırığı reklam elədilər. Guya bunlar acından ölür. Dünyada bunlar qədər yazıq millət yoxdu deyəndə boşuna demirəm. Bu Qrant bizim bir müəllimin də dostuydu. Bir gün dərsdə dedi ki, Fransaya getmişdim ordakı ermənilər məni bağrına basdı, öz oğulları kimi qarşıladı. Sonra anladım ki, bu müəllim həmin o ermənilərdən üzr istəyənlər siyahısında ilk sıralardadı.
   
   Orxan Pamuku yəqin tanıyırsınız. Ermənipərəst "türk" yazar. Nobel mükafatı aldı, ya da verdilər, hər nə isə. Türkiyənin prezidenti onu qəbul etdi, təşəkkür etdi. Türkiyə tarixini ləkələyib, erməniçiliy eləyən bu adamı qaldırdılar, qoydular başlarına. Nəticədə nə olmalı idi ki, Fransadan nə gözləyirdiniz? Belə də olmalıydı. Erməni soyqırımını inkar etmək belə artıq cinayətdir yüksək mədəniyyətin beşiyi Fransada. İndi fransız mallarını boykot eləmirsiz, istəyirsiniz cırıb tökün xeyri yoxdu. Fransanın bu qərarı qəbul etməsi, Türkiyəni yox sayması deməkdir. Tüpürdülər də Türkiyənin üzünə, başqa cür necə olur ki?
   
   Bu Orxanın pambıq kimi bir erməni sevgilisi var. Deyib ki, mən inanmıram bu torpaqlarda türklər ermənilərə qarşı soyqırım törətsin. Bu bədbəxt də canının dərdindədi. Bilir ki, əksini iddia etsə, onu da göndərəcəklər Dinkin yanına.
   
   Ermənistandan Türkiyəyə gəlib işləyənlər var. Ərdoğan da bu yaxınlarda demişdi ki, göz yumuruq bu qanunsuz iş gücünə. Çünki yazıqdı Ermənistan, acından ölür. Çünki imkanı olan qaçıb Fransaya, Amerikaya ancaq Ermənistandakı bədbəxt erməni acından ölür və sərhəddən keçir Türkiyəyə. Fəhləlik eləyib ailəsinə ayda 200 dollar pul göndərir. Ermənistan üçün 200 dollar böyük məbləğdir. Ərdoğan insanlığı ön planda tutduqlarını dedi. İnsanlığı anlamayana nə insanlıq edəcəksən axı?!
   
   Mən milliyyətçi deyiləm. Ancaq bununla tamamilə razılaşıram ki, bu bölgədə Azərbaycanın tək dostu Türkiyədir. Fransa qərarı qəbul edən kimi İran Ermənistanı otuzdurdu qucağına, başladı sığallamağa. Türklər artıq ağıllarını başlarına yığmalı, konkret politika izləməlidirlər. Azərbaycan əlində olan təbii qaynaqlardan, Türkiyə strateji gücündən istifadə etməlidir. Ermənistanda qalan 2 milyon erməninin də qaçması üçün bütün imkanlar səfərbər edilməlidir. Rusiyası, İranı, Amerikası bunlar hamısı mənfəət dalınca qaçan ölkələrdir. Bu ölkələri ermənilərə qarşı satın almaq mümkündür. Artıq Azərbaycanın və Türkiyənin bölgə siyasəti bunun üzərinə qurulmalıdır, birlikdə hərəkət edilməlidir. Bezdik bu ermənilərin fantaziyalarından, xürafalarından.
   
   Mən şəxsən bu yazıq millətin mənim düşmənim olduğunu özümə sığışdırmıram. Siz düşmən kimi qəbul edirsinizsə, özünüz bilərsiniz.

TƏQVİM / ARXİV