adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
24 Iyun 2015 20:41
6058
GÜNDƏM
A- A+

Teymur Məmmədov Avropa Oyunlarının finalında - YENİLƏNİB

Teymur Məmmədov dördüncü görüşünü də qələbə ilə başa vuraraq Avropa Oyunlarının finalına vəsiqə qazanıb. O, hər 3 raundda rəqibindən üstün olub.

***

Tayfur Əliyev Rusiya boksçusu ilə bacarmayıb. 1-2 hesabı ilə uduzan gənc boksçumuz bürünc medalla kifayətlənməli olub.

***

 Hər 3 raundda rəqibindən üstün olan Musalov adını yarımfinala yazdıran on birinci boksçumuz olub.

***

Alekseyevna rəqibi hər üç raundda üstələyərək, yarımfinala adlayıb. O, bununla da Avropa Oyunlarında medalı təmin edən onuncu boksçumuz olub.

***

 Avropa Oyunlarında boks yarışları da sona yaxınlaşır. 

Adalet.az-ın məlumatına görə, bu gün 5-i kişi, 3-ü qadınlar arasında olmaqla daha 8 çəki dərəcəsində görüşlər baş tutacaq. Onlardan 3-də 1/4 final, 5-də yarımfinal qarşılaşmaları keçiriləcək.

 

Azərbaycan yığmasının 4 boksçusu da bu gün rinqə çıxacaq. Tayfur Əliyev (56 kq) və Teymur Məmmədov (81) yarımfinal, Xaybula Musalovla (75) Yana Alekseyevna (60) isə 1/4 final görüşünü keçirəcək.

 

Bürünc medalı özü üçün təmin edən gənc Tayfur Əliyev həlledici görüş uğrunda rusiyalı boksçu Bəxtovar Nazirovla qarşılaşacaq.


Xaybula Musalovun 1/4 finaldakı rəqibi Vitali Bandarenka olacaq.

 

Teymur Məmmədov yarışda 4-cü görüşünə çıxacaq. O, yarımfinalda rusiyalı Pavel Silyagini mübarizədən kənarlaşdırmağa çalışacaq. 

 

Yana Alekseyevnanın 1/4 finaldakı rəqibi rusiyalı idmançı olacaq. Yana yarımfinal yolunda Zinayda Dobrinina ilə qarşılaşacaq.

 

Qeyd edək ki, Azərbaycan millisinin ümumilikdə 9 boksçusu yarımfinala vəsiqə qazanıb.


Sahib ƏSƏDBƏYLİ