adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
23 Iyun 2015 17:43
4000
ƏDƏBİYYAT
A- A+

Tərcümə Mərkəzinin “Açıq kitab” elektron kitabxanası fəaliyyətə başlayıb

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin "Açıq kitab” elektron kitabxanası fəaliyyətə başlayıb. 

Mərkəzdən verilən məlumata görə, kitabxana bu günə qədər ölkə üzrə Azərbaycan dilinə tərcümə olunan əsərləri arxivləşdirməklə yanaşı, yüzlərlə elmi, bədii, texniki, hüquq, tibb və digər sahələr üzrə ədəbiyyatların, mətn və materialların, lüğətlərin, habelə, tədris və dərs vəsaitlərinin, eləcə də müasir və klassik bədii ədəbiyyat nümunələrinin kataloqunu və əsərləri özündə cəmləyir.
Dünyanın aparıcı nəşriyyatları ilə mütəmadi əməkdaşlıq edən "Açıq kitab” Azərbaycan ədəbiyyatının, elmi-mədəni irsinin dünya dillərində, dünya ədəbiyyatlarının Azərbaycan dilində nəşrlərinə də öz səhifələrində yer ayırır.
www.achiqkitab.az ünvanlı kitabxanaya daxil olanlar burada Tərcümə Mərkəzinin nəşrləri ilə də tanış ola, "Xəzər” dünya ədəbiyyatı jurnalının, "Aydın Yol” ədəbi-ictimai qəzetinin onlayn versiyalarını izləyə bilər.