adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

SAXTAKARLIQLA SƏNƏTİN KƏSİŞƏN YOLU

BABƏK YUSİFOĞLU
60780 | 2015-06-23 14:23

İnsanlar nə qədər təcrübəqazanırlarsa qazansınlar, nə qədər çox informasiyaya malik olurlarsa olsunlar,elmin hansı dərəcəsinə yüksəlirlərsə yüksəlsinlər… yenə də zaman-zaman təəccübiçərisində qalmağa, yaşadıqları mühitdətəkrar–təkrar heyrətlənməyə məhkumdurlar.

Əslində bütünbunlar insan oğlunun bacarığının, istedadının nə qədər tükənməz, nəhayətsizolmasına sübutudur. Və bu, elə bir nəhayətsizlikdi ki, şedevr əsərlərin,dahiliyə çatmış yaradıcı şəxslərin varlığı belə müəyyən məqamlarda acizgörünür. İndi hər kəsin təəccüb qalacağıbir şəxsin haqqında söz açacağam.Yaradıcılığı ilə qeyri-adiliklərə imzaatan bir rəssamdan. O rəssamdan ki, çəkdiyi qiymətli əsərlərə görə onu həbsedib türməyə salmışlar. Elə qəribəliyinəgörə də insanlar bu sənətkarı sevib-cevməyəcəklərinə bir qərar verə bilməyiblər.Hətta sözün əsl mənasında onu rəssam hesab etməyənlər də az deyil…

Yəqin bilmədinizsöhbət kimdən gedir. Çünki həmin yaradıcı adam bir çoxlarını heyrət içərisindəburaxsa da rəssam kimi çox da məşhurluqqazanmayıb.

Mən VolfqanqBeltrakkidən bəhs edirəm...


                                                                       *****

                   

                              BÖYÜK SƏNƏTKAR, YOXSA BÖYÜKSAXTAKAR?

Əslində Volfqanaq Fişer-Beltrakkinin böyük rəssam deyil, əksinə möhtəşəmbir saxtakar olduğunu düşünənlər daha çoxdur. Onlar belə hesab edirlər ki, bu fenomen istedad sahibibaşaqalarının ideyasını özününküləşdirərək, həm də onlardan böyük məbləğdə pul qazanın peşəkar bir fırıldaqçıdır. Çünkiməşhur rəssamların əsərlərini yenidən olduğu kimi çəkib satmaqlainsanları da aldatmışdır. Əsərlərinorijinal müəlliflərnin məşhurluğundan yararlanmaqla onların adına olan hörmətidə zədələmişdir.

Lakin bütün bunlara baxmayaraqBeltrakkinin inanılmaz istedadını qəbul edənlər, bir yaradıcı insan kimi böyükzəhmət müqabilində, təkrar olsa belə, onun qüsursuz əsərlər yarada bildiyini deyirlər. Bəli, bu qisminsanlara görə həmin əsərlərin ərsəyə gəlməsində inanılmaz zəhmət, böyük istedadın gücü və kifayət qədər uzun zaman sərf edilmişdir. Və elə bu faktlar üzündən də Beltrakkini saxtakaradalnadırmaq haqsızlıqdır, onunistedadını görməzdən gəlməkdir. Böyük istedaddan doğan yaradıcılıqsa saxtakarlıq ola bilməz...

                                                                  

                                                                    VOLFQANQ

Bəlkə də elə belə fərqliiddialara görə idi ki, bu qəribə sənət sahibi haqda birmənalı münasibətformalaşa bilmədi... Bəs kim idi, hansı yollardan keçib gəlmişdi bu adam?..

Əslində milliyyətcə alman olan Volfqanqın əsl familyası Fişeridi. Və o, 1990-cı illərdə həyat yoldaşı Helena Beltrakkininsoyadını götürərək Volfqanq Beltrakkiyə çevrildi.

Ata Fişer dini obyektlərdə, məbədlərdəqiymətli əşyaların, naxışların, şəkillərin bərpasıyla məşğul olan yüksək səviyyəlibir sənətkar idi. Öz işinə bütün varlığıilə bağlı Fişer haqqında deyilənlərdən məlumolur ki, o həm də XVII əsrdəki məşhurHollandiya rəssamlarının əsərlərininüzünü çıxarmaqdan böyük zövq alırmış. Vəbu, onda kifayət qədər uğurlu alınırmış. Yeniyetmə yaşlarından atasına köməketməyə başlayan Volfqanqda bu sənətə,xüsusiylə rəssamlığa beləcə böyük həvəsoyanmışdı.

Sonralar Beltrakki özü də xatirələrində yazırdı ki, rəssamlığa, təsviri sənətə böyük marağın, sevginin oyanmasında atasının inanılmaz təsiri olub.Maraqlıdır, 15 yaşına çatan Vofqanq atasının köməyi sayəsində artıq bir çox "köhnə rəssamlar”ın yaradıcılıq maneralarını, üslubunu mənimsəyə bilmişdi ki, bu da istənilən əsərin bənzəriniçəkməkdə ona çox yardımçı olurdu. Əlbəttə,bir yeniyetmənin belə işlərin öhdəsindəngəlməsi sıradan bir şey deyildi.

                                                              

                                                                 







                                                       SƏNƏTƏ DOĞRU…

Ata Fişer də oğlunun fövqaladəqabiliyyətə malik olduğunu çoxdan hiss etmişdi.Və övladının bu sənətin ardınca getməsini çox təbii qarşılamışdı.Volfqanaq 17 yaşında Aaxenadakı incəsənət məktəbinə daxil olaraq orada heykəltəraşlığı,illüstrasiyanı və şəkil çəkməyi öyrənməyəbaşladı. Və istedadı, bacarığı sayəsində həmyaşıdlarını arxada qoydu.

Təhsilini tamamladıqdan sonra özünü bir sıra qədim ideyalar üzrəkompozisiyalarda sınayan Volfqanq hissedirdi ki, bu sahədə onun istədikləridaha yaxşı alınır. Lakinçoxlu çalışmaları, yeni-yeni ideyalaraxtarışları, klassik sənətkarların fantaziyalarını mənimsəməsi gənc rəssamındaha çox inkişafına səbəb olsa da təəssüf ki, o, yaşadığı cəmiyyətdə diqqət çəkəbilmirdi.

Günlər, həftələr sərf edərəkböyük zəhmətlər hesabına ərsəyə gətirdiyi əsərləri və bu əsərlərdə insanlara çatdırmaq istədiyi ideyaları,fikirləri tamaşaçılar çox vaxtlaqeyd qarşılayırdılar. Belə baxanda hər şey əslində yaxşı, yeli-yerində görünürdü, çəkdiyi şəkillər nə daxili enerjidən,nə sənətkarlıqdan, nə də optimalideyalardan əskik deyildi. Hətta belə demək mümkünsə, daha yaxşıydı. Amma...

Amma Volfqanq Fişer bütün bu nəticələrə görə ruhdan düşmədi, rəssamlığın ona görəolmadığını ağlına belə gətirmədi. Əksinə gənc rəssam inanılmaz bir həvəs vəenerjiylə işləyir, içərisində olduğu kölgədən qurtulmağın yollarını arayırdı...

                                                     

                                                    AİLƏ QURDUQDANSONRA…

Rəssamın həyat və yaradıcılığındanxəbərdar olanlardan bəziləri deyir ki,Volfqanqın həyatı məhz evləndikdən sonra istiqamətini dəyişmişdir. Vəbunun da nəticəsində cəmiyyət onun böyük saxtakar və ya böyük rəssam olması delemması qarşısındaqalmışdır. Yoxsa hər şey çox fərqli olacaqdı. Bu adamlara görə, VolfanqFişer Helen Beltrakki ilə ailə həyatı qurmasaydı nə vaxtsa orijinal rəssam kimi ad qazanacaqdı. Bəlkədə bunu düşünənlər haqlıydılar, kimbilir...

Belə ki, firəvan, rahatyaşamağı sevən Helen ərinin istedadınınboş yerə sərf olunduğunun fərqindəydi. Gənc rəssamın özünə aid işləri, həmçinin başqa bir əsərin üzünü köçürə bilmə bacarığını görən Helen bu labrintdənçıxmağın yollarının mümkünlüyünə inandı. Vəcütlük həyatlarını dəyişmək, yaşamlarını daha yüksək səviyyəyə çıxarmaq,cəmiyyətdəki mövqelərini sanballı həddə gətirmək üçün bütün tərəddüdlərə sonqoyub mövcud imkanlardan yararlanmağa qərar verdilər.

İlk növbədə insanların maraqları təhlil edildi, sonrayararlanacaqları müəlliflər araşdırıldı, ardınca da əsərlər müəyyənləşdirildi.Yerdə qalan artıq sənətkarlıq,texnika və zaman məsələsiydi ki,bunların da hər biri yetərincə Folfqanqda yığılıb qalmışdı...

Rəssam əslində əvvələr də busahədə özünü çox sınamışdı. Hətta klassik, şedevr müəlliflərin də əsərlərini çəkmiş,gözəl nəticə əldə etmişdi. Amma o anlayırdı ki, bütün dünyanın tanıdığı,çoxlarının əzbərdən tanıdığı bu əsərlərin üzünü köçürüb satmaq çoxrisqlidir. Əgər onlar belə bir işə girişsəydilər çox qıssazamanda hər şey korlanardı. Məhz bu üzdəndə Volfaqanq bir qədər ağıllı tərpənərək maraqla qarşılanan, amma sənət dünyasında"ikinci sırada” duran müəlliflərin əsərlərini təkrar, yəni eynisini çəkməyə qərarverdi.


                                                     ƏSL SƏNƏTDƏNAYRILAN YOL

Onda hələ 1980-cı illərinortalarıydı. Köhnə çərçivələri, köhnə kətanları əldə edə biləcəkləriyerlərə baş vurub onları almağa, bir sıra rəsm qalareyaların rəsmi nişanı,damğası hazırlanmağa başlandı. Çünk hər şey seçilmiş rəssamların dövrünə uyğunvə inandırıcı olmalıydı. Çünki vasvası rəsm kolleksionerləri almaq istədikləriəsərin ora-burasını yoxlamağı xoşlayırdılar.Və belə texniki detalllar heç bir şübhə oyatmamalıdı.

Bütün bunlardan sonra VolfqanqAvropanın ən öndə gedən bir neçə klassikmodernist rəssamlarının əsərlərinin saxtasını yaratmağa başladı. Əlbəttə,bu o qədər də asan bir şey deyildi. Həttademək olardı ki, bu cür iş orijinal əsərin özü qədər çətin idi.

Çünki müəlliflər tabloyaradarkən nə qədər sərbəst, ideyaların ifadəsində nə qədər azad seçim imkanlarına malik idilərsə, bir o qədər də Volfqanq bütün ştrixləri,bütün cizgiləri istisnasız təkrarlamaq məcburiyyətindəydi. Bundan başqao, həm də əsərini işlədiyi rəssamlarındaxili enerjisini, koloritini də,psixoloji effektini də tamaşaçıyaçatırmağa borcluydu. Çünki bunlarsızonun gördüyü işin heç bir dəyəriolmayacaqdı.

Hələ erkən vaxtlarından başlayaraq bir sıra tanınmış rəssamın yaradıcı vətexniki maneralarını mükəmməl şəkildə öyrəməsi Volfqanqın uğurlarına təminatverə bilərdi. Və o, arvadıyla birlikdə bu yola çıxdı…

(Ardı qəzetin 30 iyun sayında)

[email protected]

babekyusifoglu.blogspot.com


TƏQVİM / ARXİV