adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
22 Iyun 2015 13:44
3261
MƏMLƏKƏT
A- A+

Dövlət qulluqçularının sayı açıqlandı

Bu il yanvarın 1-nə olan məlumata əsasən, Azərbaycanda dövlət qulluqçularının sayı 30 108 nəfər olub, onların 28,5 faizini qadınlar təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, dövlət qulluqçularının 3,8 faizi inzibati vəzifələrin ali - 3-cü təsnifatları üzrə, 76,5 faizi 4-7-ci təsnifatları üzrə və 19,7 faizi dövlət qulluğunun yardımçı vəzifələrində işləyir.

Dövlət qulluqçularının 8,7 faizi 1 ilə qədər, 26,9 faizi 1 ildən 5 ilə qədər, 22 faizi 5 ildən 10 ilə qədər, 16 faizi 10 ildən 15 ilə qədər, 26,4 faizi isə 15 il və daha çox qulluq stajına malikdir.

Dövlət qulluqçularının yaş qrupları üzrə bölgüsünə uyğun olaraq, 30 yaşa qədər olanlar dövlət qulluqçularının ümumi sayının 16,7 faizini, 30-34 yaşda olanlar 14,5 faizini, 35-44 yaşda olanlar 22,3 faizini, 45-54 yaşda olanlar 25,8 faizini, 55-62 yaşda olanlar 16,9 faizini, 63-64 yaşda olanlar 2,6 faizini və 65 və yuxarı yaşda olanlar 1,2 faizini təşkil edib.

4-7-ci təsnifatlar üzrə inzibatı vəzifələrdə çalışanların 1,3 faizini yerli icra hakimiyyəti başçısının müavinləri, 14,9 faizini şöbə müdirləri, 10,7 faizini şöbə müdirinin müavinləri, 8,5 faizini sektor müdirləri, 26,5 faizini baş məsləhətçilər, 4,7 faizini böyük məsləhətçilər, 12,7
faizini aparıcı məsləhətçilər və 20,7 faizini məsləhətçilərdir.

Dövlət qulluqçularının ölkə üzrə orta aylıq əmək haqqı 2014-cü ildə 617,6 manat təşkil edib.