adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
22 Iyun 2015 12:55
5224
ƏDƏBİYYAT
A- A+

Tanınmış şairə vəfat etdi

Tanınmış şairə, Azərbaycan Yazıçılar Birliyinin üzvü Zivər Ağayeva vəfat edib. Bu barədə AYB-nin mətbuat katibi Xəyal Rza məlumat yayıb. 

Uzun müddətdir xəstəlikdən əziyyət çəkən Z.Ağayeva bu gün səhər saatlarında dünyasını dəyişib. Vida mərasimi şairənin Bilgəhdəki bağ evində olacaq.

Xatırladaq ki, Zivər Ağayeva 1934-cü ildə Hacıqabul rayonunun Qarasu kəndində anadan olub. Bakı Tibb Texnikumunu və ADPU-nun dil və ədəbiyyat fakültəsini bitirib. "Azərbaycan qadını" jurnalında işləyib.

Azərbaycanın bır çox tanınmış müğənniləri Zivər Ağayevanın sözlərinə yazılan mahnılar oxuyublar. 

Çox sevilən bu mahnının sözləri də Zivər Ağayevaya aiddir: