adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
22 Iyun 2015 21:26
6896
GÜNDƏM
A- A+

4 boksçumuz Avropa Oyunlarının medalını təmin etdi - YENİLƏNİB

Məhəmmədrəsul Məcidov 1/4 finalda türkiyəli rəqibinə heç bir şans verməyərək yarımfinala adlayıb. Bununla da artıq 4 boksçumuz Avropa Oyunlarının medalını təmin edib.


***


Avropa çempionumuz T. Məmmədov rəqibini 3:0 hesabı ilə məğlub edərək, 1/2 finalda iştirak hüququ qazanıb


***


Məmişzadə 1/4 finalda rəqibini 2-1 hesabı ilə məğlub edərək yarımfinalda iştirak hüququ qazanıb.


***


Tayfur Əliyev hər 3 raundda üstün olaraq yarımfinala yüksəlib.


***


Əlizadə sonrakı raundlarda üstünlüyü əldən verib. Beləliklə də İrlandiya bokçusu 2-1 hesabı ilə qalıb gələrək növbəti mərhələyə adlayıb.


***


İlk raundu bokçumuz üstün tamamlayıb.


***


Bu dəqiqələrdə 49 kiloqram çəkidəki təmsilçimiz Salman Əlizadə 1/4 final döyüşünü keçirir.


***


Bu gün Avropa Oyunlarında boks yarışlarının 1/4 final mərhələsi start götürür.


Adalet.az-ın "Bakı - 2015"-ə ezam olunan müxbirinin məlumatına görə, 5-i kişilər, 2-si qadınlar arasında olmaqla 7 çəkidə yarımfinalçıların adına aydınlıq gələcək.

 

 

 

49 kq

Yeniyetmələrin Olimpiya Oyunlarının mükafatçısı, Avropa çempionu Salman Əlizadə mübarizəyə 1/4 finaldan qoşulacaq. Boksçumuz ilk cəhddə irlandiyalı Brendan İrvinlə görüşəcək.

 

52 kq

Elvin Məmişzadə bolqarıstanlı Daniel Asenovla döyüşəcək. Bu, Avropa çempionatının gümüş mükafatçısının ikinci görüşüdür. O, bundan əvvəl İrlandiya təmsilçisini rinqdən başıaşağı yola salmışdı.

 

56 kq

"Böyük İpək Yolu" turnirinin qalibi Tayfur Əliyev 1/4 finalda danimarkalı Frederik Yansenlə qarşılaşacaq.

 

81 kq

 1/4-ə qədər iki görüş keçirən Olimpiya Oyunlarının və dünya çempionatının mükafatçısı Teymur Məmmədov yarımfinal uğrunda Hollandiya təmsilçisi ilə qarşılaşacaq.


+91 kq

İkiqat dünya çempionu Məhəmmədrəsul Məcidov 1/4 finalda türkiyəli Ali Dəmirəzənlə qarşılaşacaq. 


Xatırladaq ki, qadınların mübarizəsində hər iki çəkidə təmsilçilərimiz öncəki mərhələdə məğlub olaraq mübarizəni dayandırıb.


Qeyd edək ki, bu gün qalib gələn boksçular əmn azından bürünc medalı rəsmiləşdirəcək.



Sahib ƏSƏDBƏYLİ