adalet.az header logo
  • Bakı 19°C
22 Iyun 2015 22:02
7818
GÜNDƏM
A- A+

Samboçularımız Avropa Oyunlarını 4 gümüş medalla başa vurur - YENİLƏNİB

Vasif Səfərbəyov da final görüşündə rəqibinə məğlub olub. Beləliklə, Azərbaycan samboçuları Avropa Oyunlarını 4 gümüş medalla başa vurdu.


***


Bir neçə dəqiqə sonra sonuncu finalçımız olan Vasif Səfərbəyov həlledici görüşə çıxacaq. Onun rəqibi Rusiya samboçusu olacaq. 


***


Amil Qasımov həlledici görüşdə Belarus təmsilçisinə məğlub olub.


***


Bu dəqiqələrdə təmsilçimiz Amil Qasımov final görüşünə çıxır.


***


İslam Qasımov final görüşündə rusiyalı rəqibinə məğlub olaraq gümüş medalla kifayətlənməli olub.


***


Xəlilova rusiyalı rəqibi ilə bacarmayıb. Rəqib 5-0 hesabı ilə qalib gələrək Avropa Oyunlarının qalibi olub.


***


Bu dəqiqlələrdə Azərbaycan təmsilçisi Nəzakət Xəlilova final görüşünə çıxır.


***


Bu gün Avropa Oyunlarında sambo yarışları keçirilir.


Adalet.az "Bakı-2015"-ə ezam olunan müxbirinin məlumatına görə, elə bu gün başa çatacaq 8 dəst medalın sahibi müəyyənləşəcək.


Həm kişilər, həm qadınlar 4 çəki dərəcəsində mübarizə apardığı yarışa millimiz 8 samboçu ilə qatılıb.

 

57, 74, 90 və 100+ çəkili kişilərin mübarizəsində ölkəmizi müvafiq olaraq İslam Qasımov, Amil Qasımov, Kənan Qasımov və Vasif Səfərbəyov təmsil edib.


Qadın samboçuların mübarizəsində isə 52, 60. 64 və 68 kiloqram çəki dərəcələrində Nəzakət Xəlilova, Şəhanə Hüseynova, Fəridə Qurbanova və Nərminə Əlizadə döşək üzərinə çıxıb.


Həmyerlilərimiz İslam Qasımovun ilk mərhələdə rumıniyalı Orlando Qruia ilə görüşən samboçumuz asanlıqla qələbə qazanıb. Rəqibini 9:0 hesabı ilə məğlub edən həmyerlimiz yarımfinalda Vaxtanqi Çidraşvili ilə mübarizə aparıb və 3-1 hesabı ilə qalib gəlib.




Amil Qasımov 1/4 finalda gürcü Kaxa Mamulaşvili ilə üz-üzə gəlib və görüşdən qalib ayrılıb. Qasımov yarımfinalda Bolqarıstan təmsilçisini də 4-1 hesabı ilə üstələyərək adını finala yazdırıb.

 


 Kənan Qasımov debütdə ukraynalı İvan Vasilçukla qarşılaşıb. Görüş həmyerlimizin çətin qələbəsi ilə başa çatıb - 2:1. Qasımov yarımfinalda rusiyalı Alsim Çernoskulovla qarşılaşıb.  Qasımov bu görüşdə məğlub olub..

 Buna baxmayaraq, o, bürünc medal uğrunda mübarizəsini davam etdirir.

 


 Vasif Səfərbəyov da yarışa 1/4 finaldan başlayıb. Samboçumuz Bayro Maşoviçlə (Makedoniya qarşılaşınb və asan qələbə qazanıb. O, yarımfinalda Ukraynanı təmsil edən erməni əsilli Razmik Tonoyanla mübarizə aparıb və bu dəfə də rəqibini döşəkdən başıaşağı yola salıb.

 


 Xəlilova 1/4 finalda rumıniyalı Sodriana İonesku ilə üz-üzə gəlib. İdmançımız görüşü 4:1 hesabı ilə aktivinə yazıb. İdmançımız yarımfinalda litvalı Ruta Aksionovaya da qalib gələrək, finala adlayıb.


Şəhanə Hüseynova 1/4 finalda Yana Kostenko (Rusiya) ilə qarşılaşıb. Görüş rəqibin üstünlüyü ilə başa çatıb. 

Şəhanənin rəqibi finala çıxdığından, o, təsəlliverici görüşlərə qatılıb. İlk cəhdində qalib gələn təmsilçimiz bürünc medal uğrunda mübarizə aparmaq hüququ qazanıb.

 

Fəridə Qurbanova ilk görüşündə moldovalı Yekaterina Sretu ilə mübarizə aparıb. Döyüş idmançımız üçün uğursuz alınıb: 0-2

 


Nərminə Əlizadə də debütdə uduzub. Samboçumuz Belarus təmsilçisinə yenilib.


Sahib ƏSƏDBƏYLİ