adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

iCAZƏ VERiN, iCAZƏ VERMƏYiM

OQTAY SALAMOV
21297 | 2011-12-17 07:18
Bir yazımda demişdim ki, mənə qəribə, xoşuma gələn və qətiyyən xoşuma gəlməyən frazaları, şəkilləri kompüterimdə bir fayla yığıram və yeri gəldikcə onlardan istifadə edirəm. Bu günlərdə gördüm ki, fayl yaman şişib, boşaltmaq lazımdır. Ona görə də şənbə yazısını mənim yaddaşımda qalan məlumat, hədis, aforizm və sadəcə olaraq qəribə görünən sözlər və şəkillərə həsr etdim. Yazıdan hansısa süjet, bir-biri ilə bağlı hadisə və mənalar axtarmaq lazım deyil, onsuz da axtaranlar olmayanı da tapacaqlar, axtarmayanlar olanı da görməyəcəklər.
   
   Sadəcə olaraq bəzi məqamlara izah gətirmək lazımdır. Beləliklə:
   
   İcazə verin icazə verməyim.
   
   (İclasda müdirin camaat arasında müavininə müraciətindən)
   
   Giriş sözü ilə çıxış etdi.
   
   (Rəsmi "Xəbərlər" proqramından)
   
   SSRİ-ni yalan yıxdı.
   
   (Fakt)
   
   Qəribədir, bizimkilər yaşamağa xaricə gedirlər, ölməyə Azərbaycana gəlirlər? Bineyi- qədimdən belə olub, hətta bayatı da qoşublar:
   
   Mən aşiq gətan yaxşı,
   
   Geyməyə kətan yaxşı
   
   Gəzməyə qərib ölkə,
   
   Ölməyə vətən yaxşıg.
   
   Vətənə qəbiristanlıq kimi baxırıq?!. (düşüncəm)
   
   Administraüii prezidenta RF sroçno trebuötsə klevetniki i melkie pakostniki. Oplata sdelğnaə.
   
   Rus dilindən tərcüməsi: RF Prezident administrasiyasına təcili olaraq şəratanlar və xəbislər tələb olunur. Əməkhaqqı işəmuzdur.
   
   (Şərhsiz, ancaq tərcümədir)
   
   Teysələ ibn Məyyas rəvayət edir ki, "bir gün böyük günahlardan hesab etdiyim bir günahı işlətdim, sonra da bunu ibn Ömərə (r.a) dedim. İbn Ömər: (r.a): "Nədir onlar?"- deyə soruşdu. Mən dedim: "Filan, filan (işləri görmüşəm)". O dedi: "Bunlar ki, böyük günahlardan deyil.
   
   Böyük günahlar doqquzdur;Allaha şərik qoşmaq, adam öldürmək, cihaddan qaçmaq, ismətli qadına böhtan atmaq, sələm yemək, yetimin malını yemək, məsciddə günah işlətmək, (dini) məsxərəyə qoymaq və valideynlərin üzünə ağ olub onları ağlatmaq".
   
   (yazı üslubunu da dəyişmədiyim hədis)
   
   
   
   Siyasət- cəzasız cinayətdir.
   
   Bizə necə də eleqant "atırlar"...
   
   (Yolüstü eşitdiyi sözlər)
   
   Ancaq bizim QAİ-şniklər pulu ciblərindən çıxmadan saya bilirlər.
   
   Bütün QAİ-şniklər soruşurlar ki, "içmisən", Bir nəfər də soruşmur ki, sən yemisənmi?..
   
   QAİ-nin yubileyi nə: Əlinə ağac alan meymun insana çevrildi; əlinə ağac alan adam adam olmaqdan əl çəkdi...
   
   (Guya zarafat edirəm)
   
   Xrennin tərcüməsi - şoqərib imiş...
   
   (Bunu bilmirdim)
   
   Cihazin mədəsi quruldayir acliqdan. Aparım yemek verim ki, danışmağa hali olsun...
   
   (Konturu qurtaran dostumun dediyi)
   
   Gözəl qəlbin üzü uşaq üzüdür...
   
   (yaddaşıma yazılan sözlərdən)
   
   Xoroşee delo brakom ne nazovut- Yaxşı işin adını brak qoymazdılar...
   
   (Köhnə subayın devizi)
   
   Ruhun ekologiyası.
   
   Adamın Ölüm faktı o demək deyil ki, o Yaşayıb...
   
   (Hər gün eşitmədiyim sözlərdən)
   
   Modernləşməyə altdan yuxari baxanda çox qəribə şeylər görünür.
   
   (Hər kəs öz qanacağı müqabilində)
   
   Bu gun iki saat bor maşının konsertinə qulaq asdım,heyranlıqdan ağzıaçıq vəziyyətdə... hələ də çənəm agrıyır...
   
   (Meloman dostumun "yeriniz məlum"u)
   
   Amerika alimləri iddia edirlər ki, Musa peyğımbərin Bibliya və Quranda yazılmış ən böyük möcüzələrindən birini, dənizin suyunu yarıb tərəfdaşlarını xilas etməsinin sirrini açıblar.
   
   Amerika atmosfer tətqitatları Milli mərkəzinin və Koloroda universitetinin alimləri müqəddəs kitablarda yazılan Musa peyğəmbərin möcüzələrindən birinin sirrini açıblar.
   
   Layihənin rəhbəri Karl Druys deyir ki, təsvir edilən yer və hadisə Nil çayının deltasında baş verə bilərdi. Güclü külək müəyyən şərtlər daxilində suyun yarılmasına və 4 saat ərzində keçid kimi qalmasına imkan verə bilərdi. Onların nəzəriyyəsini haxırlanmış kompüterdə yaradılmış model aydınlaşdırır. Əvvəllər rus alimləri də deyirdilər ki, Süveyş kanalı rayonunda, Qırmızı dənizdə külək rifin üstünü aça bilərdi. Amma tədqiqatçılar belə küləkdə adamların rif üzərində hərəkət etməsinə inanmadılar....
   
   (Mənasız iddiadır, Allah-Təalanın peyğəmbərinə verdiyi möcüzəni ancaq Özü istəsə sirrini açmaq olar)
   
   Yazının altına imzamı ürəklə qoyuram. Buradakı fikirləri bir yerdə tapa bilməzsiniz...

TƏQVİM / ARXİV