URRANIN QARŞISINA “Z” YAZMAYIN

ƏBÜLFƏT MƏDƏTOĞLU
57855 | 2015-06-19 15:46

Bəzən ya yerinə düşmür,ya da yaxşı səslənmir

Biz sovet dövrünün yetirmələriyik.Ona görə də «urra!» sözü bizim yaddaşımıza, hətta bir az qanımıza da əməlli-başlıhopub. Və biz də o yaddaşı, o ürəyi özümüzlə gəzdirdiyimiz üçün həmin o keçmişdənqopub ayrıla bilmirik. Hansısa bir tədbirdə, bir mərasimdə, hətta evdə, ailədə,içimizdə baş qaldıran hansısa bir sevinci coşqu ilə qeyd etmək istəyəndə mütləq"urra” qışqırırıq. Düzdü, bunu daha çox cavanlar edir, bir də uşaqlar. Biz isə təbəssümləonlara qoşuluruq…

Heç bilmirəm bu fikir hardanağlıma gəlib doldu və niyə məhz yazını "urra” ilə başlayıram. Elə bilmədiyimə görədə mən nə yazacağımı, nə deyəcəyimi bir az sərbəst, başlı-başına buraxıram. İstəyirəmhər kəs yazdığımdan, oxuduğumdan özü üçün bir ipucu tapsın. Və həmin ipucundan yapışıbqayıtsın bir az dünənə… Qayıtsın keçmişə… Xüsusilə qayıtsın özünün keçmişinə… Görsünki, hardan hara gəlib, necə gəlib və niyə gəlib. Əgər bu sualların cavabını tapabilsə, onda mən də yazını niyə yazdığımı, daha doğrusu, ilk abzası niyə qabartdığımıonda anlayacam, onda başa düşəcəm. Hələlik isə…

Doğurdan da ömür də yolkimidi. Başlayır, gedir, uzanır və getdikcə, uzandıqca da sən bu yolda, yəni buömürdə çox şeylər görürsən, çox hadisələrləqabaqlaşırsan… Kimlərsə önünə çıxır, kimlərinsə önündən keçirsən.

Bax beləcə, ömür, yəni yoluzana-uzana, dağı, dərəni, kəndi, şəhəri, bir sözlə üz tutduğun bütün istiqamətləriköçürür özünə. Əslində bu sənin ömrün, sənin yolundu. Sən ona köçürsən, o da sənə…

Bəli, mən özümü, yəni özyolumun nöqtə-vergülünü hər gün yadıma salmağa, xatırlamağa çalışıram. Bunu bilə-bilə edirəm. Məqsədim də o yolu çaşdırmamaq,o yoldan uzaq düşməmək və o yolun kiminsə yolunu kəsməsinə imkan verməməkdi. Üstəlik,mən həm də bunu ona görə edirəm ki, kimsəmənim yolumu kəsib "urra” qışqırmasın. Necə deyərlər, qışqırmaq, səsini hər kəsəeşitdirmək lazım olanda elə mən özüm həmin o hayqırtını dilə gətirim. Dinləyən dəbilsin ki, ayaqda qalan mənəm, qalib mənəm…

Çox təəssüf ki, tanıdığım,müşahidə etdiyim insanların bir qismi özgənin yolunu özününküləşdirməyə, özünü özgənincildində görməyə təkcə meyl yox, həm də məqsədli maraq göstərir. Mən belə adamlarabaxanda onların nə vaxtsa "urra” qışqıra biləcəyinə şübhə edirəm. Amma hadisələr,zaman göstərir ki, sən demə onlar daha bərkdən "urra” qışqırmaq üçün həmin yolu,həmin cildi seçiblər. Elə işləri-gücləri də kölgəsində, içində olduqları yolun,cildin "urra”sını ifadə etmək imiş, edirlərdə. Bir anlıq özgəsinin yerinə "urra” qışqıranı gözünüzün önünə gətirin. Görün busizə necə təsir edəcək? Məhz siz də həmin an, həmin dəqiqə ona çəpəki baxıb"urra”-sının əvvəlinə "z” və ikinci "r”-nın yerinə "n” hərifini içinizdə də olsadilə gətirəcəksiniz. Çünki o, buna layiqdi. Siz sadəcə tərbiyənizə və əxlaqınızasöykənirsiniz. Ona görə də yalnız içinizdə səsləndirirsiniz həmin şüarı. Nə isə…

Deməli, bütün hallarda yol,ömür, insan, ətraf aləm hamısı bir-birinin içindədi… hamısı bir-birini hardasa davametdirir, tamamlayır. Biz də bunu bilə-bilə bəzən özümüzü unuduruq. Cəhd edirik ki,bütün bunların qarşısını alaq, bunları alt-üst edək. O cəhdimiz də boşa çıxır. Çünkiselə qarşı üzmək hələki heç kimə uğur gətirməyib. Sadəcə, bu, kölgə ilə qılınclaşmaq,kölgəni tutmaq anlamı verir…

Mən hər bir yazımın içindəqəhrəmanlar sırasında mənfi-müsbətliyindən asılı olmayaraq özümü də görürəm, özümüdə yazıram. İstəyirəm ki, dediklərimin, yazdıqlarımın ünvanı kimi mən də oxucu qarşısınaçıxa bilim. Bax, elə bunun üçün də iç dünyamın səsini heç vaxt boğmuram. Təbii ki,yazdıqlarımın, yəni özümə aid olan hissənin bütünlüklə qəbul edildiyinə zəmanətverə bilmərəm. Amma bir fikrə qəti əminəmki, kiminsə bəyənmədiyi istənilən yazının istənilən parçası mənə çox əzizdi. Çünkio, həm də mənim varlığımın bir hissəsidi. Məhz bu səbəbdən də sevincdən çox kədərisərgiləməyim anlaşılmalıdı. Necə deyərlər, ən azı mənim sevinc dolu yazılarımınxatirinə. Elə indi təqdim edəcəyim misralar da sizə dediklərimin bir anının ifadəsidi.

Kədərinə şükür et

Hamıdan boldu səndə…

Damarına su qaçdı –

O, xoşbəxt oldu səndə!..

Yazı, qışı bilmədi

Gözdən yaşı silmədi…

Demə naşı ilmədi -

Yox, yaşıl yoldu səndə!..

Özünə bax, ona bax

Səsindəki tona bax…

Ay Əbülfət, sona bax -

Gör nələr soldu səndə!..

***

İndinin özündə də tədbirlərə qatılıram, mərasimlərdə oluram. Amma tam səmimiyyətləetiraf edim ki, mən o qədər də tədbir adamı deyiləm. Çünki hər şeyə "urraqışqırmağa adətkar olanların sırasındaoturub onların heç nə ifadə etməyən gözlərini, sifətlərini görmək və onlara baxa-baxagözümü döyənək etmək mənə çox ağır gəlir. Üstəlik, hətta oxumadığı kitab barəsindəağızdolusu danışanın mənim ürəyimin qara siyahısına düşməsini də istəmirəm. Bilmirəm,bu yaxşı xüsusiyyətdi və yaxud pisdi, amma neyləyim ki, bu mənim gerçəyimdi, bumənim əxlaqımdı. Və mən də həmin o gerçəyin, o əxlaqın daşıyıcısı kimi daha çoxkənarda dayanmağı, müşahidə etməyi, baxdığından, eşitdiyindən öyrənməyi üstün tuturam.Ona görə də məni seyrək görən, mənimlə az-az qarşılaşan yaxınların iradlarını anlayıram,qəbul edirəm. Yəqin ki, onlar da məni olduğum kimi gördüklərindən bu xüsusiyyətiminüstündən sükutla keçirlər. Bəzən sükut da hər şeydi axı.

Son zamanlar həyatımda baş verən müəyyən olaylar məni dünyaya baxışıma bir növüəlavə işıq calayıbdı. Mən indi bir az da dərindən anlamağa başlamışam ki, artıqçoxunu yaşadığım ömürdə əslində heç nə etməmişəm və heç kim üçün də nümunə ola biləcəkfədakarlığım, əməlim, təcrübəm yoxdu. Bu mənə çox ağır gəlsə də, amma yaxasındantutub dayandığım bir nöqtə var. O nöqtə də öz içimdi, öz ürəyimdi. Daha çox kədərəqapı açan, daha çox ağrı-acıyla dostluq edən bu ürəyin çağırışlardan, şüarlardanxoşu gəlməsə də, özünün bildiyi, özünün yaratdığı şüar da, çağırış da var. Bu daelə mənim kitablarımdan birinin adıdı. Əgər oxuyan varsa, xatırlaya bilər. O kitabınadı bax belədi: "Mənim kimi sevə bilsən.

Həqiqətən də bu dünyada, yəni mənə Tanrı tərəfindən ayrılmış ömrümdə, yolumdaətəyindən tutduğum yalnız sevgidi. Özü də ümidli sevgi, inamlı sevgi. O, hər kəsəfərqli görünə bilər, fərqli də təsir etmək gücünü sərgiləyər. Amma nə olur olsun,mən bütün hallarda saatından, yerindən asılı olmayaraq, onu önümdə, qarşımda, yolumdaməqsəd və məramımda görürəm. Ona görə də hər kəsə, eləcə də sənə yazıram.

Adımı hərdənbir de

Divara dəyib dönsün…

Otaqdakı sükutun -

Budağın əyib dönsün!..

Kilidlənsin bir anlıq

Çevrəmdəki viranlıq….

İçimdəki qaranlıq -

Nur payın geyib dönsün!..

Boylanıb o dağıma

Su səpib oddağıma…

Astaca dodağına -

Sevirəm! – deyib dönsün!..

***

Mənə elə gəlir ki, söz, səs həm də adamın daxilinin təqdimatçısıdı. Yəni təkcəgözlərin, hərəkətlərin deyil, səsləndirdiyin söz, ifadə etdiyin fikir artıq səninhəm kimliyini, bütövlükdə içini də ətrafa təqdim edir, göstərir. Bunun özü də birüsuldu, bir yoldu, bir qaydadı, hətta bir fənddi. Yəni yerli-yersiz susmaq vəyaxud da yerli-yersiz danışmaq həmin o dediyim kimliyi, iç dünyanı bir növü ələyir.İnsan susanda da niyə və nə üçün susduğu ətrafdan izlənir. Və yaxud insan danışandada eyni proses baş verir. Və sonda bir-birindən fərqli olan hər iki məqam yenə kitabkimi açılır və oxunur. Onda görürsən ki, səsini boğan da əslində danışıb. Amma içində.Özü üçün danışıb. O mərhələyə qədər ki, o, nə danışdığını gizlətdiyinə əmin olub.Bundan sonra atdığı ilk addım, dilinə gətirdiyi ilk kəlmə onun "gizlininifaş edib…

Bax elə buna görə də susmağın qızıl olduğunuəsas götürənlər çox vaxt, lap konkret desəm, həmin o susduqları vaxt arxivə atılandansonra dillənəndə ya son dərəcə sərt cavab alırlar, təpki görürlər, ya da özləriöz susqunluqlarının əzabını yaşayırlar. Çünki nəyinsə xatirinə susmaq mənim düşüncəməgörə, haqqa, gerçəkliyə yumuşaq desəm, sayqısızlıqdı. Bu isə nə baş ucalığıdı, nədə üzağlığı…

Yazımın əvvəlində vurğulamışdım ki, ömür də yoldu, yol da ömürdü. Və onun lapilk nöqtəsində isə bir "urraifadəsini müxtəlif baxış altındaişığa çıxarmışdım. İstəmişdim ki, heç olmasa hərdənbir özümüzə dəstək olacaq,həvəs verəcək bir "urraqışqırmaq haqqımız olsun. Yəni onu daxilən səsləndirəndə içimizdə heç nə qırılmasın,nə bir sızıltı, nə bir titrəyiş yaşamasın. Bütünlüklə içimiz o "urranın notlarına köklənsinvə heç kimin də ağlına "z”, "n”hərfləri gəlməsin. Deyə bilərsiniz ki, mən, sən, biz içimizdə qışqırandan sonra onukim eşidəcək, kim duyacaq? Amma yanılırsınız. Hamıdan, hər kəsdən gizlənmək və gizlətməkmümkündü. Təkcə Allahdan başqa. Bunu yadda saxlamaq məhz "urraqışqırmaq haqqının birgöstəricisidi. Özü də ən dəqiq və ən vacib göstəricisi.

Bax, yazı boyu demək istədiyim əslində elə bu idi. Bilmirəm, deyə bildim, yoxsayox. Lakin deyib deyə bilməməyimdən asılı olmayaraq mən bu yazının tamamında sizəbir şeyi də təqdim edəcəm. Çünki mən o şeiri yazıb son nöqtəsini qoyanda həqiqətəniçimdən bir "urragəlibkeçmişdi. Elə bir "urraki, mən onunla sevgimə, sevgiyə, yoluma, ömrümə sanki bir etirazımı, bir diqqətçəkmək tələbimi çatdırmışdım. İndi o şeiri siz də oxuyun. Görəcəksiniz ki, mənim«urra» qışqırmağa, təbii ki, içimdə, bu yerdə, bu məqamda haqqım var.

Bitdi, səni ağrıdan

O acı sevgi, bitdi…

Saldı ürək taxtından -

O tacı,sevgibitdi!..

Günün səpib hədərə

Boyun əydi qədərə…

Yeddi qardaş kədərə -

Bir bacı-sevgibitdi!..

Sənə oldu baş qatmaq,

Oldu başdan başlatmaq…

Əbülfəti yaşatmaq -

Əlacı, sevgi bitdi!..

… Düşünürəm ki, siz mənimlə razılaşarsınız. İçdəki qələbəni, ürəkdəki uğuruancaq «urra» ilə qeyd etmək olar.

Özü də "z”sız…


TƏQVİM / ARXİV