SADƏ, SƏMİMİ VƏ BÜTÖV

ƏBÜLFƏT MƏDƏTOĞLU
61359 | 2015-06-17 16:36

O, ürəyimdə bu titullarınsahibidi

Neçə gündü ki, öziçimdə götür-qoy edirəm. İtirdiyini axtaran adam kimi gözüm uzaqlarda, fikrim, xəyalımnə vaxtsa qayıdacağıma ümidli olduğum yerlərdə… Elə bil ki, özümü tapmaq istəyirəm…elə bil ki, özümü axtarıram… elə bil ki, içində olduğum bu anların qapısını açmaq,kitab kimi vərəqləmək üçün hardan, nədən başlamağın sorağındayam, axtarışındayam.Və bütün bunlar da mənə dinclik vermir. Öz-özümə düşünürəm ki, demək mənim yolumda, yerim də bura qədər imiş. Gəlib çatdım, bitdim, tükəndim. Amma görürəm yox,içimdə hələ nə isə qalıb, ürəyimdə hələ nə isə közərir, dilimin ucunda nə isə göyərir.

Bax, bu nəsələriniçərisində girinc qalmaq, axtarışda olmaq bilirsiniz nə deməkdi? Yəqin bilirsiniz.Ona görə də dərinə baş vurmuram, o sualın cavabını təkrar etmirəm. Sadəcə, bir məqamıdiqqətə çatdırıram. O da insanın nəyi axtardığını bildiyi halda axtarmağı və tapabiləcəyinə inandığı halda tapması bütövlükdə isə bunların cəminin sevincini yaşayabilməməsidi. Deyəsən bir az qəliz oldu. Amma həqiqətən də axtardığını tapacağınainandığın halda tapıb sevinməmək məncə nə qədər adi hal olsa da, onun canında birçatışmamazlıq var, bir qüsur var. Elə mən də bugünkü halımda həmin o çatışmazlığın,o qüsurun göynərtisinə dözməyə məcburam…

Bəli, yol kənarındadayanıb əlini gözlərinə günlük edən bir Allahbəndəsini canlandırın gözlərinizin qarşısında. Bir anlıq düşünün ki, həmin o Allahbəndəsi əlini gözünə günlük edib elə sizi görmək, sizi axtarmaq, sizi tapmaq niyyətindədi.Siz də istəyib istəməməyinizdən asılı olmayaraq ya bir addım irəli gedin, ya dagörünə biləcəyiniz bir nöqtə seçin – qənşərə çıxın. Qoy o Allah bəndəsi sizi görsün.Axı hələ bilmirsiniz o sizi niyə axtarır. Amma mən bilirəm!...

Bilirəm sizi niyəaxtarıram. Axı sizə ürək borcum var, onu qaytarmalıyam. Çox da ki, siz istəmirsiniz,büruzə vermirsiniz, xatırlatmırsınız. Mən ki, bunun nə demək olduğunu zaman-zamaniçimdə çox vərəqləmişəm, çox ələyib ələkdən keçirmişəm. Və görmüşəm ki, bu borcmütləq qaytarılmalıdı…

Hə, ömür yolununkənarında dayanmışam. Uzaq, çox uzaq bir tarixə boylanıram. Əslində o tarix barmaqsayı ilə hesablasaq o qədər də çox uzaqlıqda deyil. Təsəvvür edin ki, mən onunlatanış olanda o, yenicə sayılan, seçilən səlahiyyətlibir vəzifənin sahibi təyin olunmuşdu. Amma buna qədər mən onun universitet dönəmindənxəbərdar idim. Çünki məndən bir neçə kursöndə oxuyurdu. Və bilirdim ki, onun təhsili də, dünya görüşü də, ən vacibi isə ətrafındakılarlatəması o qədər yerli-yerində idi ki, sanki bütün bunları bir zərgər dəqiqliyi iləhesablayıb. İnanın ki, tam səmimiyyətimlə deyirəm, onun verdiyi salamdakı səmimiyyəto qədər təbii, o qədər saf, o qədər içdən gələndi ki, ona dərhal münasibət bildirməmək,onun əlini bütün içinlə sıxmamaq mümkün deyil. Təbiət etibarı ilə ən sadəlöhv adamlarkimi görünən və elə belə də olan Telman müəllim hadisələrə münasibətdə, ədəbi mühitəyanaşmada, xüsusilə mətbuata verdiyi önəmdə çoxlarımızı xeyli ötüb keçibdi. Və hərgörüşümüzdə də mən bu insanın heç dəyişmədiyini, yəni münasibətini olduğu kimi qoruyubsaxladığını, özünü olduğu kimi ifadə etdiyini görüb daxilən heyrətlənmişəm. Axıindi çoxlarımız zamanın, hadisələrin, səlahiyyətlərin diqtəsilə ya dəyişirik. Yaerroziyaya uğrayırıq, ya da ümumiyyətlə ilkinliyimizdən, lap çılpaq desəm, adamlığımızdançıxıb gedirik…

Onunla Beyləqandayaxından tanış oldum. Hadisələrin hələ «daşdövrü» idi. Kəndlərimiz, rayon mərkəzlərimiz o «daş müharibəsinin» fəsadlarını yaşayırdı.Mən də bölgə müxbiri kimi Beyləqana gedib çıxmışdım. İndiki kimi yadımdadı. XankəndindənBeyləqana gəlmişdim. Burda mənə son dərəcə əziz olan və hər gün də ruhuna dualaroxuyub, hər dəqiqə xatırladığım, baməzə söhbətlərini dost-tanışa çatdırdığım ElmanAğayevlə görüşdüm. İş otağına çay gətirtdi. Çay içdik. Qarabağdan, hadisələrdən,övladlardan danışdıq. Sonra Telman müəllimlə görüşmək istədiyimi bildirdim. DərhalElman Ağayev özünəməxsus bir ciddiyyətlə:

- Kişi kimi oğuldu!Onunla görüşməyə dəyər. Görüş, amma çörəyi bir yerdə yeyəcəyik, aradan çıxma – dedi.

Mən onun iş otağındançıxanda əlini telefona uzatdığını hiss etdim. Kabinetinin qapısı həmişə açıq olanElman Ağayev Telman müəllimlə danışırdım. Ona məni təqdim edirdi… Bəli, o vaxtkıXalq Məhkəməsinə, yəni Telman müəllimin çalışdığı idarəyə gəldim. Qapını döyüb özümütəqdim etdim. Oturduğu kürsüdən qalxıb mənədoğru gəldi. Üzündəki təbəssümdən hiss etdim ki, gəlişimdən narazı deyil. Əlimimöhkəm sıxdı. Elə mən də… Əyləşməyə dəvət etdi. Üzbəüz oturduq. Təbii ki, öncə ogünlərin problemindən, yəni Qarabağdan danışdıq. Mənim Xankəndindən gəldiyimi bildiyiüçün oradakı durumla maraqlandı. Ümumiyyətlə, bu işlərin nədən, niyə qaynaqlandığını,prosesin hansı istiqamətə doğru hərəkət etdiyini birlikdə çözməyə çalışdıq. Sözarasıxatırlatdım ki, o, məndən bir neçə il öncəqurtarıb universiteti. Ortaq dostlarımız, tanıdığımız tələbə yoldaşlarımız var.Bax, söhbət dostlara gəlib çatanda:

- Elman Ağayev yaxşıağsaqqaldı, yaxşı da hüquqşünasdı, yaxşı da kişidi! Onunla işləmək çox rahatdı– dedi Telman müəllim. Ardınca əlavə etdi ki, sizi də çox istəyir. Hətta telefondaişarə vurdu ki, gələn mənim qardaşımdı və mənim də qonağımdı...

Telman müəlliminsözləri məndə daha xoş bir ovqat yaratdı və ürəyimdə ağsaqqal qardaşıma qarşı minnətdarlıqhissi bir az da artdı. Elə həmin o duyğuyla da Telman müəllimn sözünə qarşılıq olaraq:

- Elman müəllimlədostluğumuzun kökü çox qədimdi. Onunla oturub-durmaq, onunla həmsöhbət olmaq neçə-neçəkitab oxumağa bərabərdi - həm həyat təcrübəsi böyükdü, həm də ədəbiyyata sevgisi.Elə sihin barənizdə də mənə ən yaxşı təqdimatı o etdi – dedim.

İndi həmin o ilktanışlığı yaddaşımda bir xatirə kimi təzələyəndə özümdən asılı olmadan içimdən birsızıltı keçdi, ürəyim göynədi. Bu da ağsaqqal dostumun oğul dərdi və bir də özününo dərdə dözməyib dünyamızı erkən tərk etməsi idi. Ruhları şad olsun! Sadəcə, mənindi daha çox anlayıram ki, ürəyimdə gəzdirdiklərim ürəyim döyündüyü ana qədər yaşayır.Ondan sonra başqa bir ürəkdə yeri varsa,orda həyatını davam etdirir. Məhz bu mənada həyat da, ömür də əbədi olur. O kəslərəki, onlar böyük hərflərlə yazılan İNSANdır, ADAMdır, KİŞİdir!!!

Həmin o ilk tanışlıqdansonra Telman müəllimlə bizim münasibətlərimiz getdikcə yaxınlaşmağa, doğmalaşmağabaşladı. Mən öncə elə bildim ki, burda təkcə ağsaqqal dostumun təqdimatı və özününiştirakı əsas yer tutur. Amma zaman-zaman bu münasibətlərin davamında aydınlaşdıki, o təqdimat yaxşı bir şərt imiş, bir körpü imiş və biz bir-birimizə qarşı o şərtlə,o körpüylə keçib gəlmişik. Və bu gün də həmin o davamlı olan münasibət mənim içdünyamın bir hissəsinə hakim kəsilib. Burada vurğulayım ki, mən iç dünyama həsretdiyim içimdəki adamlar sırasında sadəliyin və səmimiyyətin ən yaxşı təmsilçisiməhz Telman müəllimdi. Necə deyərlər, o uşaqla uşaq, böyüklə böyükdü. Üstəlik, ohəm də öyrənib və öyrətməyi də bacarır. Bunu mən elə-belə demirəm. Bu fikrimin dəbir dayanaq yeri var…

Sovet jurnalistikasındaməhkəmə oçerkləri o qədər də geniş yer almamışdı. Daha çox bədii əsərlərdə, məhkəmələrdən,məhkəmə istintaqlarından, məhkəmələrin gedişindən, hakimlərdən yazılar yazılırdı. Amma o dövrün sayca az olanmətbuatı müəyyən əlamətdar günlərdə hakimlər barəsində ya müsahibə, ya onların hansısabir təşkil olunmuş yazısını çap edirdi. Ancaq 80-ci illərin sonlarından başlayaraqbu sahədə müəyyən imkanlar ortaya çıxdı. Artıq hakimlər özləri də mətbuata müraciətedir, onların apardıqları məhkəmə istintaqları barəsində oçerklər, publisist yazılarişıq üzü görürdü. Bax, bu mənada mənim məhkəmələrlə bağlı yazdığım yazıların hazırlanmasında,onların şah damarında Telman müəllimin məsləhətləri dayanırdı. O mənim yazmaq qabiliyyətiməözünün hüquqşünas yanaşmasıyla, lap çılpaq desəm, bir hakim kimi verdiyi məsləhətlərlə sanki bütövlük gətirirdi, yazını tamamlayırdı.Bax, bu da bizim həm əməkdaşlığımızı yaxınlaşdırır, davamlı edir, həm də bizi birziyalı kimi, dost kimi bir-birimizə bağlayırdı. Hər görüşümüzdə mütləq yeni mövzularortaya çıxırdı. Baxıb görürdüm ki, mətbuatla bağlı olan Telman müəllim təkcə ölkədəyox, həm də dünyada baş verən hadisələrə qarşı çox həssasdı. Kiçik bir jurnalist,mətbuat xətasını belə onun gözündən yayındırmaq mümkün deyil. Bu da təbii ki, biryazı adamı ki, mənim də məsuliyyətimi artırırdı. Üstəlik, bizim qaynayıb-qarışandoğmalığımız istənilən mövzunu çılpaqlığı ilə müzakirə etməyə, münasibət bildirməyəimkan verirdi.

Onda gördüyüm buistiqanlılıq məni onun yanında rahat olmağa, fikirlərimi ifadə etməyə, hətta problemlərimibölüşməyə ürəkləndirirdi. Yaşamımı, ailə qayğılarımı, qaçqınçılığın gətirdiyi yükü,evsizliyin faciəsini onunla bölüşəndə onun necə haldan-hala düşdüyünü indinin özündədə unutmuram. Üstəlik, bu insanın mənə özünün düşüncəsinə, dünyasına uyğun olandigər qələm adamlarına olan qayğısı, yanaşması o qədər içdən gəlirdi, o qədər təbiiolurdu ki, bunu bəzən sezmək, görmək mümkün olmurdu. Amma sonra həmin o qayğının səni əhatə etməsiTelman müəllimin nə boyda bir ürək sahibi olduğunu özü göstərirdi…

İllər bir-biriniəvəz etdikcə təbii ki, bu doğmalıq, bu ünsiyyət də bizim xeyir-şər məclislərimizdə, bizim ağrılı-acılıgünlərimizdə cilalanır və mənim üçün bir ürək dostunun simvoluna- obrazına çevrilirdi.Özü də elə bir obraza ki, öncə vurğuladığım kimi onun bütün mahityyəti sadəlik vəsəmimiyyət idi. Bax elə bugünün özündə dəTelman Quliyev mənim üçün həmin o simvoldu, həmin o obrazdı. Mən onun həmkarlarına,iş yoldaşlarına, qohumlarına, ətrafında olan adamlara olan bütün münasibətləriniağlımın süzgəcindən keçirib gəldiyim nəticə odur ki, bu dünyada, yəni var olduğunhəyatda sadə, səmimi, dürüst, mehriban qayğıkeşvə ən vacibi isə bütöv olmaq hər insanın bacardığı iş deyil. Amma Telman müəllimbunu bacarıb, özü də mükəmməl şəkildə. Ona görə də ürəyimdə yeri olan bu dostumuninsanlıq çalarlarını həm yaddaşımda, həm gözümün önündə vərəqlədikcə daxilən birrahatlıq duyuram. Elə bil ki, o rahatlıq məni sözün həqiqi mənasında bir dost dünyasınagötürüb aparır. Elə dünyaya ki, orda ancaq təkrar-təkrar vurğuladığım səmimiyyət,sadəlik və bütövlük hakimdi.

Bəli, insanlarıntaleyi haqqında hökm verən hakimin özü də dost ürəyində hakim olursa, deməli, buelə dostun da hakimliyi və bütövlüyüdü. Məncə bu fikrimlə Telman müəllim də razılaşar.


TƏQVİM / ARXİV