adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Qapıları açın, evinizə kitab gəlir

CEYHUN MUSAOĞLU
61369 | 2015-06-16 13:01

Birvaxtlar 15 respublikanı özündə birləşdirən SSRİ adlı nəhəng dövlətin sistemli şəkildəhəyata keçirdiyi işləri bu gün bir ölkə öz üzərinə götürüb. Əskik vəartıqlarını bir kənara qoyaq, maarifləndirmək sovetin məfkurəsi idi. Sadə birmisal: valideynlərimizin hamısının kitabxanası olub. Əksər evlərdə həm xanımınkitabxanası vardı, həm bəyin.

Birmüşahidə aparmışam: o dövrün adamlarının rəflərindəki kitablar demək olar bütünevlərdə eyni ardıcıllıqla düzülüb. Səbəb: nəşrlər xüsusi qaydada, müəyyənsistem üzrə həyata keçirilirdi. Plan hazırlanır, dərc olunacaq müəlliflərinadları müəyyənləşir və ardıcıllıqla nəşr olunur. Niyəsi: oxucu bir yazıçını tamoxuyub bitirə bilsin. Ardından dərsliklər həmin yazıçını hansı səviyyədəoxuduğunu adamdan soruşurdu. Hıqqandınsa, yaşadığın ərazidə barmaqla göstəriləcəksən,sinifdə qalmaq təhdidi ilə üz-üzə qalacaqsan.

Düzdür,sovet sistemi bu kitablar vasitəsi ilə ideologiyasını yayırdı. Bu gün isə Azərbaycandakitab bazarı sərbəst fəaliyyət göstərir və hansısa müəllifdən ideologiyaya xidmətetmək tələb olunmur. Deməli, bizim başladığımız layihə cəmiyyətə daha çox xeyirverəcək, həqiqətən savadlı, intellektual vətəndaşın yetişməsinə xidmət edəcək.

Artıqbilirsiz, layihəmizin adı "Ev kitabxanası"dır. AzərbaycanRespublikasının Prezidenti Yanında Bilik Fondunun, Bakı BeynəlxalqMultikulturalizm Mərkəzinin, Yaradıcılıq Fondunun, Bakı Slavyan Universitetininbirgə layihəsinin ideya müəllifi Azərbaycan Respublikasının millətlərarası,multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, görkəmli yazıçı KamalAbdullayevdir. Kamal müəllimin"Yazıçını yox, oxucunu formalaşdırmaq" fikrindən yola çıxıb,seçdiyimiz 3 müəllifin kitabını 39 məktəblinin evinə daşıdıq. Tarixi missiyanınbaşlanğıcında rol almağımdan şərəf hissi keçirdim.

Layihəninilk müəllifləri - Şəhriyar Del Geraninin "Darlxmağın adı", Qan Turalın "9 hekayə" və AydınTalıbzadənin "ƏBUHÜBB" kitablarını Xaçmaza apardıq. Rayonun müxtəlifməktəblərinin şagird və tələbələri ilə görüşdük. "Kitabi-Dədə Qorqud"haqqında inşa müsabiqəsində iştirak edənləri, qalibləri də, sabah mütləq qalibolacaq məktəbliləri də mükafatlandırdıq. Haşiyə çıxım: Bilik Fondunun"Epizod" layihəsi var. Uduzanları mükafatsız qoymuruq. Məntiq deyirki, nə əbədi qalib var, nə əbədi məğlub.

Müsabiqədəiştirak edən bütün məktəblilər Fondun hədiyyələrinə layiq görüldü. Hədiyyələriniçərisində ən parlaq görünəni 3 kitab idi. Hər kitab barəsində geniş məlumatverdik: Şəhriyardan şeir oxudum, Qan Turalıdan hekayə. Aydın Talıbzadənin romanınınməzmunu barədə lakonik formalı məlumat verdim. Elə həvəslə dinləyirdilər ki...

Məktəblilərlədanışdıq ki, hədiyyə aldığı kitablarla öz şəxsi kitabxanalarını yaratsınlar.Heç birinin kitabxanası yoxmuş. İndisə var. Razılaşdıq ki, kitabları oxuyub, təəssüratlarınıqələmə alacaqlar, "müəllim istəyirsiz, kitab rəfimizin şəklini çəkib sizəgöndərək" replikasını səsləndirən 11-ci sinif şagirdindən belə mövqe gösləyirdim.Şeir bitəndə o, soruşmuşdu: "Doğrudan şairin anasının 9 barmağıolub?"; "Doğrudan şair ancaq 9-a qədər saya bilir?".

Məktəblilərləgörüş sınaq oldu. Qayıdıb, təəssüratımı danışdım. Layihənin daha geniş sferanı əhatəetməsinə böyük ehtiyac olduğunu dəqiqləşdirdik. Artıq əsasnaməni hazırlayırıq.Yaxın günlərdə böyük təqdimat mərasimi keçirəcəyik. Prosesə hökumət vəqeyri-hökumət təşkilatlarını cəlb etməyə hazırlaşırıq. Yaradıcı insanlararxayın olsunlar: kitabları seçəcək Şura müəyyənləşəcək; müəlliflər və oxuculartəsnifatlandırılacaq. Layihənin hədəf kontingenti məktəblilər, tələbələr-gənclər,orta və yaşlı nəslin nümayəndələri olacaqlaq. Hansı nəslə daha çox hansı kitabıoxumaq vacibdirsə, qapılarına o kitabla gedəcəyik.

Qapılarıaçın, evinizə kitab gəlir.


TƏQVİM / ARXİV