adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

BiZi iZLƏYƏNLƏR - 3

SEYFƏDDİN ALTAYLI
49745 | 2011-11-19 07:54
"Bizim millətimiz, milli mənliyindən uzaqlaşmasından asılı böyük bəlalara düçar oldu. Osmanlı dövləti daxilində yaşayan müxtəlif millətlər, milli mənliklərindən möhkəm-möhkəm yapışıb özlərini xilas etdilər; biz, nə olduğumuzu onlardan öyrəndik! Gücümüzü itirdiyimiz vaxt bizə təpədən baxdılar, başa düşdük ki, yeganə qəbahətimiz özümüzə yadlaşmağımız imiş!
   
   
   
   Atatürk"
   
   
   
   Türk millətinin böyük dövlət və siyasət xadimi Mustafa Kamal Atatürkün yuxarıdaki cümlələri tarix boyu yaratdığımız və inkişaf etdirdiyimiz imperiyaların özülünün milli şüur üstündə yüksəldiyini, onların tənəzzülə uğramasının da bu şüuru itirməkdən bəhrələndiyini vurğulayır.
   
   Metə xaqan tərəfindən yaradılan Böyük Hun İmperiyasının tənəzzülünün əsas səbəbləri, daxildəki degenerasiya, yerlibazlıq, rüşvət və intriqalar; xarici səbəblər isə, dövlətlərimizi məhv etmək istəyənlərin bizi daimi izləyərək həyata keçirdikləri və özlərinin xeyrinə, bizim isə ziyanımıza olan strategiyaların təbii nəticəsi idi. Metə xanın oğlu Kiyokun Çinli prinseslə ailə qurması Hun dövlətinə xaricdən dəyəcək zərbələrin xəbərçisi idi. Guya bu məlikəni görüb-yoxlamaq, ona vətənindən, ailəsindən xəbər vermək adına Hun ölkəsinə gedən Çinli casusların sosioloq gözüylə hər şeyi izləmələri və qayıtdıqda Çin xaqanına təqdim etdikləri ətraflı arayışlar, bu arayışların işığında hazırlanan yeni və dağıdıcı strategiyalar həyata keçirilmiş nəticədə məlum tarixi hadisələr yaranmışdır.
   
   Hun dövlətinin tənəzzülündən sonra illər boyu dövlətsiz, xaqansız və bayraqsız qalan Türk tayfalarının Göytürk dövlətini yaratması Orxun-Yenisey abidələrində bu cümlələrlə ifadə edilir;
   
   "Şərqdə Kadırqan meşəsinə, qərbdə Dəmir Qapıya kimi olan yerdə Türk millətini hökmran qılmış, yiyəsiz və təşkilatsız türkləri tənzim edib yaşamışlar. Bilikli, cəsur xaqanlar imiş. Buyruq sahibləri, bəyləri və xalqın tamamı bilikli və cəsarətliymiş. Ona görə ölkəni yaxşı idarə ediblər, törələri tənzimləyiblər".
   
   Ağıllı, bilikli və cəsur olan dövlət xadimləri, o böyüklükdəki imperiyaları yaratmışdı; dövlətlərin tənəzzülü isə yenə Orxun-Yenisey abidələrinə görə, "sonrakı xaqanlar əvvəlkilər kimi istedadlı, kiçik qardaş böyük qardaş kimi ağıllı və cəsur olmadığından törələrin pozulması" səbəbiylə yaranmışdı. Böyük Səlcuqlu İmperiyası da, Osmanlı İmperiyası da, digər dövlətlərimiz də daim eyni səbəblərlə yaranmış, zirvəyə çatmış və yenə həmin səbəblərlə, rüşvət, degenerasiya, özgəsini özündən üstün tutma, intriqa, ləyaqəti olmayanları nəyin hesabınasa dövlətin strateji yerlərinə təyin etmə, biliyə, texnolojiyə önəm verməmək ucbatından dövlətlərimiz gücünü və qüdrətini get-gedə itirmiş, həmin məqamı gözləyən ac canavarlar da hərtərəfli hücumlarla onları məhv etmişdir. Yəni bir sözlə, dövlətlərimizin də, imperiyalarımızın da tənəzzülə uğramasının yeganə amili özümüz olmuşuq. əmir Teymur-İldırım Bayəzid, Yavuz-Şah İsmail hadisələrində olduğu kimi öz qılıncımız özümüzə qənim kəsildiyindən çox şeyimizi bada vermişik. Tarixin dərin qatlarını axtarsaq, Türk sərkərdələr arasındakı vuruşmaların özülündə yenə xarici qüvvələrin üfunətli simasını görərik.
   
   Yaxşı, gəlin görək dövlətlərimizi məhv etmədə ikinci səbəbi təşkil edənlər bizi izləməkdən əl çəkiblər ya yox?! Elin oğlunun nə cür işlədiyini, nələr etdiyini bir neçə nümunə ilə vurğulamaq istəyirəm.
   
   Xüsusilə bir Fransız vətəndaşını, François Bernard Charmoy adlı şəxsi gəlin tanıyaq. 1793-cü ildə dünyaya gələn bu Fransız 1810 tarixindən tutmuş Parisdə şərqşünas kimi işləməyə başladı. Ömrünün ən məhsuldar illərini kürdləri tədqiq etməklə yola saldı və bu fəaliyyətlərini də "fəzilət" kimi qiymətləndirdi. 1817-ci ildə Rusiyaya getdi, St. Peterburqda Türk və Fars dilləri sahəsində professorluq unvanı götürdü, Fransaya qayıtdığında kürd dili və tarixi ilə bağlı fəaliyyətlərini daha da sürətləndirdi, "Şərəfnamə" adlı əsəri (bu əsər kürd tarixi kimi adlanır) Fars dilindən Fransız dilinə tərcümə etdi, xülasə ömrünü kürd məsələsinə həsr etdi. Yaxşı, François Bernard Charmoy ömrünü kürdləri tədqiqə niyə həsr edib, gəncliyinin ən gözəl illərini stol arxasında əyləşərək kürd mövzusuna qurban verib! Bu sualın cavabı, bugün Yəhudi dinini mənimsəmiş Bərzani tayfasının rəhbərliyində şimali İraqda guya İsraili qorumaq adına bir forpost Kürdüstan, şərqi və cənubişərqi Anadolu, İranın şimal hissəsi və Suriyada yaşayan kürdləri də onlara qat verərək qondarma bir dövlət yaratmaq deyil!? Yaxşı, onlar İraqın qüzey hissəsində bu dövləti niyə yaradırlar, doğrudandamı kürdləri çox istəyirlər? Madəm onları çox istəyirlər, insan sevərdilər, Səddamın zülmündən Türkiyəyə pənah gətirən beş yüz min kürdə niyə can yandırmadılar, onlara niyə baxmadılarə Deməli bu məsələnin altında özgə bir əmma yatır. Yaxşı bilməliyik ki, onlar bu dövləti ona görə yaradırlar ki, həm İsrailin başı salamat olsun, həm də Türkiyə, İran və ərəb dünyasının başı bu cahil kütlə ilə daimi şəkildə ağrısın, qərblilər də bulandırılmış Orta Şərq və Yaxın Şərq suyunda arxayıncasına balıq ovlasınlar.
   
   Bir başqa Fransız alimi Jean-Paul Roux. Xüsusilə "Moğolların və Türklərin əski Dini, "Altay Xalqlarında Ölüm", "Altay Xalqlarında Müqəddəs Heyvanlar və Bitkilər", "Güney TürkiyədəYaşayan Köçərilərin Gələnəkləri" və neçə-neçə əsərin, yüzlərlə elmi məqalənin müəllifi. "Moğolların və Türklərin əski Dini" adlı əsəriylə də Fransız Akademiyası tərəfindən mükafatlandırılmış bir şəxs. Hələ işə baxın, elin oğlu bizim Qədim dinimiz, inamımız, mədəniyyətimiz, dünyaya gəliş və ölümlə bağlı anlayışımıza ömrünü həsr edib və bu fəaliyyətləri səbəbiylə də mükafatlandırılıb! Fransızlar bizim bu dəyərlərimizlə niyə maraqlansınlar ki, onlar bizim əzizimizdir, yoxsa doğmamız?! Deyəsən bunun altından nəsə pis iy gəlir...
   
   On dördüncü əsrdən üzübəri Türk dünyasının hər-hansı bir bölgəsində dünyaya gəlmiş, böyüyüb elmi təhsil almış bir şəxsimizin avropalılar, ruslar ya da başqa bir xalq barədə bu cür ömür çürütdüyünü bilən varə
   
   Türkcənin etimoloji lüğəti hələ təzə-təzə hazırlanmağa başlayıb. Həsən Ərən və Tuncər Gülənsoy adlı alimlərimizin hərəsi bu barədə bir lüğət hazırladılar. Bu millətin sıravi bir nümayəndəsi kimi hər iki alimimizə də dərin minnətdarlığımı bildirirəm.
   
   Lazarı Budakov (yanılmıramsa ermənidir), "Sravnitelınıy Slovarı Turetsko-Tatarskixı Nareçiy" adlı etimoloji lüğəti St Peterburqda 1869-cu ildə çarlığın özünə verdiyi xüsusi tapşırıqla və köməyi ilə hazırlayıb çapdan buraxıb. Yəhudi köklü A. M. Şerbakın hazırladığı "Dvernetyurkskiy Slovarı" adlı əsər 1969-cu ildə Leninqradda (St Peterburq), yenə erməni köklü E. V. Sevortyanın üç cildlik "Etimologiçeskiy Slovarı Tyurkskih Yazıkov" adlı əsəri 1974-cü ildə Moskvada çap etdirilib. Təəssüf ki, bu əsər başa çatdırıla bilməyib. Andrəas Tiətzə adlı Avstriyalı Alman da, "Tarixi və Etimolojik Türkiyə Türkçəsi Lugatı" adlı əsəri hazırlamağa başlasa da ömrü vəfa etmədi və zənnimcə "K" hərfindən sonrasını davam etdirə bilmədi. Sır Gerard Clauson adlı İngilis "An Etimologcal Dictionary of Pre-Thirteenth-Century Turkish" adlı etimoloji lüğətini 1972-ci ildə Oxford Universiteti nəşriyyatı vasitəsilə çap etdirib.
   
   Gəlin fikirləşək görək, bizim etimoloji lüğətlərimizi hazırlamaq üçün bu adamlar ömürlərini niyə çürüdürlər, sadəcə olaraq elmə dayaq olmaq üçünə! Mən qəti şəkildə bu fikirdə deyiləm. Onlar, bizim millət olaraq yaratdığımız sözlərin kökünə enib, morfoloji və semantik xarakterini tədqiq edib bizim ruh dünyamızı çözələməyə çalışıblar, əsl səbəb budur. İki mininci illərdə Amerikada xərçəng xəstəliyindən müalicə olunan Türkiyəli bir həkimə guya yardım olsun deyə Türkiyənin hər tərəfindən qan yığılıb yollanması kampaniyası başladıldı, ancaq dövrün Səhiyyə Naziri Osman Durmuş, "vətəndaşlarımızın qanını yığıb bizim genetik kodumuzu öyrənməyə çalışırlar" deyə kampaniyaya əngəl oldu və yığılan qanlar Amerikaya yollanmadı. Qəzetlər Osman Durmuş haqda mənfi mənada çoxlu söz-söhbət yaysalar da, sonradan nazirin nə qədər ayıq bir insan olduğu yenə onu tənqid atəşinə tutan qəzetlər tərəfindən təsdiq olundu.
   
   Buluddan nəm qapmıram, ancaq indiyə kimi hansı avropalı, Rus vəya Çinli, bizimlə bağlı zahirdə gözəl işlərlə məşğul olubsa axırda altından bir qəmbərqulu çıxıb. Buna da bir misal çəkmək istəyirəm. Türkiyə vətəndaşı, əsl adı "Parseh Tuğlacıyan" olan və əsərlərində adını Prof. Dr. Pars Tuğlacı kimi yazan erməni köklü şəxs, "Okyanus" adlı bəş cildlik bir ensiklopədik lüğət hazırlayıb çap etdirib. Bir nüsxəni aparıb Ankarada o dövrün cümhurbaşqanı olan Fahri Korutürkə təqdim edib və ikisi bir yerdə həmin lüğəti guya tədqiq edərkən fotolarını çəkdirib və sonrakı çaplarda həmin fotonu təntənə ilə lüğətin üzqabında yerləşdirib. Cümhurbaşqanı ilə görüşməsini sübut edən fotosunu əlinə alıb gedib Türkiyənin Milli əgitim Bakanlığına bağlı Talim Tərbiyə Qurumu deyilən təşkilata və ora ərizə yazaraq hazırladığı lüğətin əlaqəli şəxslərə tövsiyyə edilməsinə nail olub. Talim Tərbiyə Qurumunun təsdiqlədiyi əsərlər, "dövlət tərəfindən hamıya tövsiyyə olunur" mənasına gəlir və heç kəs o cür əsərlərə şək-şübhə ilə baxmaz, baxa bilməz. Tuğlacıyanın hazırladığı əsər doğrudan da ensiklopedik xarakterdədir və həddən artıq gözəl hazırlanıb. Bütün sözlərin İngiliscə, Fransızca və Osmanlıca müqayisəsi də aparılıb. Bizdə bir söz var, "ayının yüz oyunu var yüzü də bir armıdın başındadır". Parseh Tuğlacıyan, "Okyanus" adlı beş cildlik əsərinin üçüncü cildində "kayısı" (ərik) maddəsində görün ərik ağacını nə cür təsvir edib: "Rosacəaə ailəsindən, Prunoidəaə alt ailəsindən, doğma vətəninin tarixi Ermənistan (şərqi Anadolu) olduğu zənn ediləng."
   
   Baxın əziz qardaşım, bacım, elin oğlu belə işləyir.
   
   İlkin növbədə yadıma Radloff, Von Gabain, De Groot, Otto Franke, Anne Marie Schimmel, Anohin, Eliadə və digərləri gəlir. Bunların tamamı türkoloqdur. Yaxşı, bu adamlar niyə bizi bu cür tədqiq ediblər, ömürlərini ancaq bizi araşdırmaq yolunda axıra çatdırıblarə!
   
   Çinlilərdən qərblilərə, Ruslara kimi olan imperialist xarakterli millətlər, döyüş meydanlarında bizi məğlub edə bilməməyin yaratdığı komplekslə elmdən yapışıb və bizi tarix boyu izləyibdir. Gücümüzün zirvəyə çatdığı vaxtlarda belə bizi nə cür və hansı vasitələrlə yıxa biləcəklərini araşdırıblar. Güclü olduğumuz anlarda daxildən də, xaricdən də nə qədər cəhd ediblərsə bizə ziyan verə bilməyiblər; çünkü biz türklərin millət olaraq genlərimiz həddən artıq güclüdür. Kiçicik bir Osmanlı bəyliyinin ətrafında cəmləşən tayfalarımızın üç qitədə altı yüz otuz il hökm sürmələrinin altındakı cövhər genimizin güclü olmağıdır. Ancaq haçan ki, törələrimizi pozmuşuq, degenerasiyaya uğrayıb özümüzə yadlaşmışıq, rüşvətə, yerliçiliyə yönəlib elmi-ürfanı bir yana tullamışıq, tənəzzülümüz də o vaxt başlayıb. Bir sözlə, özümüzü qıran baltaya özümüz sap olmuşuq.
   
   Türk dünyasında bugünkü nəsillərin öhdəsinə düşən birinci vəzifə budur:
   
   Bizlər ancaq birləşib güclü ola bilərik. əl-ələ vermədiyimiz müddətcə bizi təkləyəcəklər və anamızı ağlar qoyacaqlar. Elmdə və texnolojidə çağdaş səviyəyə çatıb bütün xalqları geridə qoymalıyıq, buna məhkumuq, özgə yolumuz da yoxdur. Gələcəkdəki varlığımız ancaq və ancaq əl-ələ verməmizdən, elmə yiyələnməmizdən, dövlətlərimizdə ədaləti hökmran qılmağımızdan asılıdır. əgər bunları bacara bilməsək, Türkiyədə PKK terroru, Azərbaycanda Erməni işğalı, İraqda və Suriyada Türkmən qırğını, Çində uyğurların, Rusiyada Türk xalqlarının əsarəti davam edəcəkdir. Qazaxstanda Rus oyunları, Türk dünyasının tamamında başını ABŞ-ın çəkdiyi qərblilərin, Asiyada rusların və çinlilərin imperializm uğrundakı mübarizələri bizim torpaqlarımızda gedəcək, onların hansı qələbə çalarsa çalsın əsl ziyan çəkən isə bizlər olacayıq. İmperializmin ocağını söndürməyin yolu da, açarı da bizim əlimizdədir, təbii ki, özümüzün gücünü və qüdrətini dərk edərsək.

TƏQVİM / ARXİV