İNSANLIĞIN ERROZİYASI

ƏBÜLFƏT MƏDƏTOĞLU
63045 | 2015-06-12 17:20

Səhər-səhər evdənişə tələsəndə ətrafda bir qeyri-adi sakitlik müşahidə etdim. Və mənə elə gəldi ki,hardasa təbiətin sakit bir guşəsində yol gedirəm. Nə avtomobillərin gurultusu eşidilirdi,nə də hər gün şahidi olduğum tıxac yox idi. Həqiqətən də bu mənə qəribə gəldi vəqeyri-ixtiyari saata diqqət yetirdim. Elə saata baxanda da içimdən bir gülüş gəlibkeçdi. Sən demə hələ millət yuxudan indi oyanırmış. Çünki saat hələ 6:20 dəqiqəidi…

Belə tez, yəni sübhdənyola çıxmağın əslində bir gün öncə yaşadığım həmin o tıxacın təsirindən idi. Necədeyərlər, yuxudan oyanan kimi durub iş yerimə tələsmişdim ki, bir gün öncəki gərginliyitəkrar yaşamayım. Elə yolun boşluğu, sakitlik də məhz həmin saatla bağlı imiş. Nəisə… «Hər ziyanda bir xeyir də var» deyiblər. Ola bilsin ki, bu gün hansısa birxoş ovqatın şahidi oldum və özümün özümə verdiyim bu təsəlli ilə redaksiyaya gəldim.Gəldim və gördüm ki, sən demə mənim kimi yuxusuna haram qatmış başqa həmkarlarımda var imiş. Necə deyərlər, nəşriyyatın qapısı açılar-açılmaz artıq onlar iş yerlərindəimişlər və bu da binanın sükutunu əməlli-başlı pozmuşdu. Mənim yol boyu yaşadığımsükutu isə elə binanın girişində dayanmış polisin yanında üz-gözündən yuxu və yorğunluqtökülən bir nəfərin səsi pozdu. Görünür, polis məni ona təqdim etmişdi. Ona görədə ayağımı kandardan içəri qoyan kimi:

- Müəllim, siz Aqilmüəllimlə işləyirsiniz? Onu necə görəbilərəm? – deyə soruşdu.

Doğrusu, bu qəribəadamı başdan-ayağa süzdüm və ona qolumdakı saatı işarə etməklə:

-Siz deyəsən bir az tez gəlmisiniz – dedim.

Oda heç nə olmamış kimi:

-Köməyə ehtiyacım var. Ona görə axtarıram Aqil müəllimi.

O,bu sözləri deyəndə biz onunla az qala üzbəüz dayanmışdıq. Spirtin qoxusu adamınəsəblərini oyadırdı. Hiss etdim ki, bu insandünən içdiyinin havasını hələ canından çıxarmayıb. Ona görə də özünü çatdırıb nəşriyyata.Ola bilsin ki, heç axşam evə də getməyib. İnanın ki, onun hərəkətləri üz-gözündəkiyorğunluqla birlikdə etdiyi jestlərdəki hiylərliq məni o qədər qıcıqlandırdıki, ona sərt cavab verməkdən özümü güclə saxladım. Amma bir az səsimin tonunu qaldırıb:

-Aqil müəllim nəşriyyatda işləmir. Siz onu yanlış yerdə axtarırsınız – deyib ondanaralandım. Hiss etdim ki, arxamca gəlir. Bu mənə bir az da əsəb gətirdi. Ona görə də yarı yolda dayandım:

-Axı mən dedim ki, Aqil müəllim nəşriyyatda işləmir. Ona görə də yuxarı qalxmağınızaehtiyac yoxdu.

Deyəsənbu sözlərim onu bir balaca silkələdi. Ona görə də astaca polis tərəf çevrildi. Mənliftə daxil oldum. Demək olar ki, günün çox böyük hissəsini nə o adamı, nə onunsəsini unuda bildmədim. Hətta özümü bir az qınadım da. Ancaq nahar fasiləsinə düşəndəhəmin adamı nəşriyyatın yeməkxanasında əyləşib qarşısında bir neçə dilim limon vəaraq dolu badə görəndə ona tərs-tərs baxmaqdan özümü saxlaya bilmədim. Görünürkimsə ona «köməklik» göstərmişdi..

Bəli,bu yazdıqlarımın təbii ki, oxucuya heç bir dəxli yoxdu. Amma bir anlıq da olsa mənbu mənzərənin hamımıza dəxli olduğunu düşündüm və istədim ki, bəzilərimizin niyəbu duruma düşdüyümüzü, niyə özümüzü aşağıladığımızı hansısa bir yolla anlayım vəanladım. Doğrudan da insan özü özünə qiymət verməyəndə, özü özünü dəyərləndirməyəndəo çox eybəcər, hətta ürək bulandıran hala düşür. Sözün bütün mənalarında əgər özünözünü görüb, özün özünü saymırsansa, başqasından səni görüb saymasını istəmək ənazı ağılsızlıqdı. Görünür elə həmin duruma düşməyin də başlıca səbəbi ağıl qıtlığı– ağılsızlıqdı…

Məngəldiyim qənaətəgörə bəlkə də kimlərinsə iradına tuş gələcəm. Lakin gerçək olanı demək, yazmaq məncəinsanın heysiyyatınatoxunmaq deyil, ona yerini, yolunu, özünü göstərməkdi. Elə mən də öncə özümü qınasamda, sonda məhz onun öz hərəkətinə görə yaşadığım peşmançılıq hissindən vaz keçdim.Deməli, biz istər fərd, istər toplum olaraq kənardan özümüzə baxmağı ya istəmirik,ya da bacarmırıq. Ona görə də düşdüyümüz durumlar daha çox təəssüf və gülüş doğurur.Və mən də bütün bu təəssüflərin və gülüşlərin içərisində bir ipucu, yəni özününözünə baxmaq qabiliyyətinin elementlərini axtarıram. Amma neyləyim ki, bütün axtarışlar həmişə uğurla başaçatmır. Üstəlik axı, axtaranın özü də kənardan özünə baxmağı bacarmalıdı. Nə isə…

Hə, mən axı yazımınilk cümləsində bir sakitlikdən, bir qəribəlikdən söhbət açmışdım. Hansı ki, o sakitlik,o qəribəlik ölkənin baş kəndinə, yəni paytaxta yaraşmır. Görünür elə yolda qarşılaşdığımınsonluğu məni nəşriyyatın girişində gözləyirmiş. Neyləmək olar, bu da bir qəribəsəhərdi və mənə,o səhərin «xoş ovqatını» misralara çevirmək o qədər də asan olmadı. Axı bu ovqatın içindəkifayət qədər təzad var idi. Təzad isə düşünməyi, düşüncələrə qərq olmağı və nəhayətya dərindən bir ah çəkməyi, ya da əlini dizlərinə çırpmağı daha çox tələb edir.Ona görə də:

Sənə heç nə deməyəcəm

Söz onsuz da atdandüşüb.

Əzilib ürəyim, ruhum –

Ən sonuncu qatdan düşüb!..

Dördnal çapan at var idi,

Pillə-pilləqat var idi,

Birbalaca çat var idi-

Ümidimo çatdan düşüb!..

Çevrəmdəhava tutqundu

Ürəyisıxdım, udqundu…

TayƏbülfət də susqundu -

Şan-şöhrətdən,addan düşüb!..

Hə,hələ orta məktəbdə oxuduğum illərdə o dövrün şüarlarını əzbərləməyi xoşlayırdım.Xüsusilə qısa, cəmi bir-iki sözdən ibarət olan şüarlar mənə ləzzət verirdi. Məsələn:

-Hər şey insan üçündü!

-Əmək insanı ucaldır!

-İş insanın cövhəridir!

-Zəhmət adamına eşq olsun!

-Qələbənin yolu zəhmətdən keçir!

-Bizim fəxrimiz sovet insanıdı!

Vəsairə. Cəmi bir neçəsini sizə təqdim etdiyim şüarların daha təmtəraqlıları da varidi. Onların içərisində hansısa zəhmətkeşlərə Lənkəran xiyarı və yaxud hansısa bölgəninəliqabarlı insanlarına Sumqayıt borusu və sair kimi gülüş doğuran, müxtəlif mənalarverən şüarlar da az deyildi. Amma əsas bu idi ki, şüarlarda daha çox insan amili,insan faktoru önə çəkilirdi. Bütündiqqət, bütün basqı insana idi. İnsan təkcə qanunlarla yox, həm də şüarlarla idarəolunurdular. Ona görə də həmin şüarlar səslənəndə o sıravi zəhmət adamının çöhrəsinikənardan müşahidə etmək məndə həmişə müxtəlif təəsüratlar yaradırdı. Gah adamların şüar xəstəliyinətutulduğuna təəssüflənirdim, gah onların halına acıyırdım, gah da mən də özümü inandırırdımki, doğurdan hər şey insanlar üçün, o cümlədən də mənim üçündü. Deməli, bizi şüarlada idarə etmək olar. Bu yerdə bir məqamı da xatırlatmaq istəyirəm. O böyük sovet imperiyası faşist Almaniyası ilə döyüşdə «Stalin uğrunda!» şüarınınböyük təsir gücünü dünyaya da göstərdi. Deməli, şüarlar elə-belə yazılmırmış, deyilmirmiş…

İndi bu yazını bilgisayaradiqtə edərkən gözümün qabağından çöhrəsi çəkilməyən həmin o səhərki insanın, yənikömək umanın hərəkətləri və sözün tam səmimi mənasında qeyri-insanlığı məndə hansısaşuarı söyləmək istəyi yaratdı. Könlümdən keçdi ki, məhz bu cür adamlar üçün də hansısabir şuarı yazasan, hazırlayasan və təkcə şəhərin yox, dünyanın hər yerində səsləndirəsən.Amma sonra düşündüm ki, daha doğrusu, düşünüb anladım ki, bu adamlar şüarlıq deyil.Çünki anladığıma görə, dua suya düşəndə təsirini itirdiyi kimi, şüar da spirt düşəndə təsirini itirmir. Əksinə, o da sərxoş olur.

Günün ovqatı bayram əhval-ruhiyyəsinə köklənib. Çünkiməmləkətdə möhtəşəm bir tədbir keçirilir. Amma neyləyim ki, mənim ovqatımı səhəringözü açılmamış kimsə ürəyincə olmayan bir səmtə yönəltdi. Görünür, arzulamaq, istəməkaz imiş. Gərək sənin istəyib arzuladığını sənin üçün kimsə diləsin də, arzu etsində. Bəlkə onda niyyət hasil olar. Bu da mənim təxminimdi, mənim fərziyyəmdi. Onagörə də bütün yazı boyu özümü nə qədər sola-sağa vurub, ələyib ələkdən keçirsəmdə, yazmaq istədiyimin, demək istədiyimin tam üst qatına, hamının görə biləcəyiyerə gəlib çıxa bilmədim. Çünki çılpaq yazmaq, düşüncələri lüt-üryan göstərmək əxlaqımauyğun deyil. Digər tərəfdən də lap əxlaqa uyğun olsa belə, onun necə qarşılanacağı,hansı əks-sədanı doğuracağını da nəzərə almaq lazımdı. Bu aspektdən çıxış edərək yazımın səmtini bir balacadəyişirəm. İstəyirəm ki, elə bayram ovqatını necə deyərlər, notlarını siz də barmaqlarınızdaduyğularınızda hiss edəsiniz. Və biləsiniz ki, «Bəyin oğurlanması» filmində deyildiyikimi, bayramda (filmdə «toy»da deyilir – Ə.M.) neyləyələr?

- Deyərlər, gülərlər,yeyib-içib əylənərlər, çalıb oynayarlar.

Bax, buna görə dəbir sevgi şeiri ilə sizin ovqatınıza, daha doğrusu, hamımızın bayram ovqatına birbalaca şirinlik qatıram.

Enib gözlərinin dərinliyinə

Ümid işığına bələnibgəldim

Bir azca ləngidimkirpiklərində-

Canımda nə vardıələnib gəldim.

Gördüm bu dünyanınrəngi bəmbəyaz

Bir yanda günəşdi,bir yanda ayaz

Bütün dəryalarda gözündən dəyaz-

Damla tək sahiləçilənib gəldim.

Bir dünya qazandımLeyli gözündə

Vüsal soraqladımMəcnun izində

Nə qədər həsrət varbu yeri üzündə-

Topladım, mən həttadilənib gəldim.

Özünə dərd gəzənağrı arıyan

Telin şehlə yuyubgünlə darayan

Bil ki, Əbülfətdieşqdən yarıyan-

Dünyana sevginə bələnibgəldim.

Hə, mən yazı boyumüxtəlif mətləblərə toxunmaq, müxtəlif fikirləri sizinlə bölüşmək arzusunda idim.Ancaq günü, hadisələri və xüsusilə səhərin gözü açılanda qarşılaşdığım sifəti xatırlayıbyazının əsas məcrasından, daha doğrusu, yazmaq istədiklərimdən bir növü imtina etdim.Amma həmişəlik yox,çünki insanlığın erroziyasıhər gün davam edir, özü də çox böyük sürətlə. Bunu yəqin ki, siz də hiss edirsiniz.

Əbülfət MƏDƏTOĞLU


TƏQVİM / ARXİV