adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

"AZƏRBAYCAN DÜNYAYA GÜNƏŞ KİMİ DOĞACAQ"

AQİL ABBAS
60575 | 2015-06-12 15:04

Ulu ÖndərHeydər Əliyev bu fikri söyləyəndə müstəqil Azərbaycan hələ təzə-təzə ayaq tutubyeriyirdi. Torpaqlarının 20 faizi ermənisilahlı qüvvələri tərəfindən işğal olunmuş (təbii ki, buna onların gücüçatmazdı məlum dövlətlərdən aldığıdəstək olmasa), iqtisadiyyatı qırx arşın quyunun dibinə düşmüş, türklərdemiş, dəngəsi pozulmuş bir ölkədə bu fikri söyləmək böyük hünər tələb edirdi. Bunu yalnızmillətinə və öz qüdrətinə inanan bir sərkərdə deyə bilərdi. Dedi və özününmüdrik siyasətinin nəticəsində də Azərbaycanı bütün dünyaya bir günəş kimidoğdurdu.

Bəli,Azərbaycan bu gün dünyaya bir günəş kimi doğub . Günəşdən qorxan yarasalar nəqədər çalışsalar da, nə qədər ürəkbulandırsalar da bu günəşin doğulmasına mane ola bilmədilər. Ulu Öndər ölkədə stabilliyi yaratdı,iqtisadiyyatı ayağa qaldırdı, insanlarda həm özlərinə, həm dövlətlərinə inamyaratdı və Azərbaycanı söz sahibi bir dövlətə çevirdi. Yamanlıq eləməkistəyənlərin yamanlıqları da elə özlərinəqaldı. Möhtərəm prezidentimiz İlham Əliyev isə Ulu Öndərin müdrik siyasətini davam etdirərəkAzərbaycanı regionda lider dövlətəçevirdi və bütün dünyaya sübut elədi ki, Azərbaycan öz siyasəti olan,öz sözü olan bir dövlətdir və Avropa ilə Asiyanın qovşağında olan bu dövlətinimzası olmayan çox böyük layihələrhavadan asılı qala bilər.

Bu gündünyanın gözü günəş kimi doğan Azərbaycandadı. O günəşin bir qığılcımıməşələ çevrilib Avropanı gəzir. Bir qığılcımı! Bütün dünyanıngözü də o qığılcımdadı. Darıxmayın, günəşdən belə qığılcımlar çox qopacaq vəbütün dünyanı dolaşacaq və bu qığılcımın istisinə qızınanlar çox olacaq.

Olimpiyaoyunlarına, dünya futbol çempionatlarına ev sahiblik edəcək ölkələrə6-7 il vaxt verilir. Amma yenə görürsən ki, həmin ölkələr bu işinöhdəsindən vaxtında gələ bilmirlər. Eləsonuncu dünya çempionatında Braziliya lap axırıncı gün hazırlıqlarını tamamlaya bilmişdi. Amma Azərbaycan, çox ağırbir yükün altına çiynini verən Azərbaycan, bu möhtəşəm ilk Avropa oyunlarınacəmi 30 ay içərisindəhazır oldu. Əslində bir az da tez. Bu bir daha Azərbaycanın bir qüdrətlidövlət olduğuna sübutdu.

Təbii ki,bunu yeməyənlər də var, daha doğrusu, yemək istəməyənlər, gözü götürməyənlər, Azərbaycanın qüdrətinəsevinməyənlər, Möhtərəm Prezidentimizİlham Əliyevin dünya çapında birmüdrik siyasətçi kimi tanınmasına dilxor olanlar, day nə bilim hansı kərtənkələlər!

Tək Avropayox, dünya bu bayrama diqqət kəsilib. Amma Avropanın bəzi məlum təşkilatları bu bayrama kölgə salmaq üçündəridən-qabıqdan çıxırlar. Milyonlarlainsanın haqlarını pozanlar insanhaqları təşkilatları adı altındaölkəmizə qarşı böyük kampaniyaaparırlar. Eybi yox, Azərbaycan bu təzyiqləri çox görüb, yəqin ki, hələ görəcəkdə. Amma Azərbaycan bu təzyiqlərə həmişəsinə gərib, öz sözünü deyib, öz siyasətini yürüdüb.

Bu xalqıngözəl bir sözü var: «İt hürər, karvan keçər». Azərbaycan adlı bu karvanı itlərin hürüşü saxlaya bilməz, tapdalayıb keçərik.

BAYRAMINMÜBARƏK, AZƏRBAYCAN! BAYRAMINIZ MÜBARƏK, AZƏRBAYCAN XALQI


TƏQVİM / ARXİV