Deyirlər ki, dünya zarafat sevmir. Bunu nə dərəcədə doğru, yaxud qeyri-doğru deyirlər, dəqiq deyə bilmərəm. Bir onu bilirəm ki, dünya böyükdür və onunla zarafat eləyənlər çoxdur. O qədər zarafat eləyirlər ki, dünya bu zarafata dözmür. Dünya zarafata dözməyəndə onda bir də görürsən ki, göy üzündən başımıza elə şeylər yağır ki, qalırıq canımızla əlləşə-əlləşə. Əlimizi göyə qaldırıb Ulu Yaradandan kömək istəyirik. Amma onu bilmirik ki, dünyayla elədiyimiz zarafatlardı, hamısı göydən yerə tökülür...
Bu zarafatlar bir deyil, iki deyil. O qədər çoxdur ki, saymaqla qurtarmaq olmur. Bir ölkə dalbadal kosmosa tədqiqat xarakterli müxtəlif peyklər göndərir, bir ölkə səmada ən müasir silahları sınaqdan keçirir, başqa bir ölkə isə göydə elə bir iş görür ki, ondan çoxları baş açmır. Düzdür, bu ölkələrin göydə gördüyü işlərdən çoxları baş açmır. Ancaq dünyanı yaradan görür ki, onun qurduğu, yaratdığı və sistemləşdirdiyi bütün varlığı insan əli qopardır və özü bildiyi kimi düzür. Hələ ki, Ulu Yaradan insanların bu ədazıllığına, günahına dözür. Vay o günə ki, bu səbr kasası dola və göydən başımıza yekə-yekə daşlar yağa. Bu yekə-yekə daşlar da yağanda heç də işlərimiz yaxşı olmayacaq. Yekə-yekə daşlar yağanda onda görəcəyik ki, ayağımızın altından torpaq qaçır, qalmışıq odla su arasında. Bax, bunu heç cürə başa düşmək istəmirik. Başa düşmək istəmirik ki, dünya ilə bu boyda zarafat eləmək biz insanlara yaxşı şeylər vəd eləmir.
Hələ bu azmış kimi, zəhərli qazlar və nəqliyyat vasitələrindən çıxan dəm qazı göy üzünü bulud kimi alır. Bir də görürsən ki, göydən yerə ya palçıq yağır, ya da sarı yağışlar tökülür. Elə fikirləşə-fikirləşə qalırıq ki, görəsən bu nədi başımıza gəlir. Başımıza gələni başa düşməsək də, gördüyümüzə təəccüblənirik və gözümüz böyüyür. Gözümüz o qədər böyüyür ki, göy üzünü də yaxşı görə bilmirik, yeri də yaxşı görə bilmirik. İçimizdəki təlatümlərdən və qorxu hissindən ayaqlarımız titrəyir...
...Yaxşı-yaxşı baxın, görün dünya nə gündədi. Bu dünya yarananda belə yaranmayıb və bu dünya heç vaxt indiki kimi ağrı-acını və dərdi bu qədər ağır görməyib. Ağır görünən odur ki, artıq dünya insanların elədiyi günahlardan və bəd əməllərdən lap yorulub. Hətta yer üzündə bəzən fəsillərin də yeri səhv düşüb. Bir də görürsən ki, yayın ortasında qar yağdı, yaxud da qışın oğlan çağında bir gün çıxdı ki, sanki yay havasıdı. Qışda gün çıxanda və yay havası olanda hamımız sevinirik. O qədər sevinirik ki, bu günün işığında qızınmaq istəyirik. Amma bir də görürsən ki, göyün qaş-qabağı çatıldı və hər şey bir neçə dəqiqənin içərisində dəyişdi. Külək qalxdı, çovğun oldu, qasırğa başladı...
O qasırğa isə elə-belə qasırğa deyil. Qabağına nə çıxırsa, silib-süpürüb aparır. Amerikada tez-tez tornado qasırğası olur. Bu qasırğa nəinki adamı, hətta ağacı, maşını, binanı belə dağıdır, yerlə-yeksan eləyir. Deyirəm nə yaxşı Amerikada olan qasırğalar bizim məmləkətdə baş vermir. Düzdür, Bakıda da külək, qasırğa və boran tez-tez olur. Amma şükürlər olsun ki, bu Amerikada olan qasırğadan daha yüngül sona çatır. Yoxsa çox şey alt-üst olardı.
Qəribədir ki, biz dünyamızı o qədər də çox istəmirik. Əgər çox istəsəydik, onun başına olmazın müsibətləri açmazdıq. Bir dostum deyir ki, dünya mənim içimdədi. Əgər içimizi qoruduğumuz kimi, dünyamızı da qoruya bilsək, onda başımıza bu oyunlar və müsibətlər gəlməz. Güclülər zəifləri əzir, pullular min hoqqadan çıxır, kasıb-kusublar Somalidəki kimi yavan çörək tapmır, acından ölür. Adam da var ki, qudurduğundan Allahını da tanımır. Nə isə...
Biz insanlar çox şeyin qədrini bilmirik. Nə dünyanın qədrini bilirik, nə özümüzün qədrini bilirik, nə də sabahımızdan qorxuruq. Elə bir təhər günü günə sataraq ömrü başa vurmaq istəyirik. Təki mənim işim düzəlsin. "Başqaları itin günündə də yaşaya bilər" deyirik. Fikirləşmirik ki, günlərin bir günündə nə qədər var-dövlət sahibi olsan da, sənin özün də itin gününə düşə bilərsən. Vəzifədə olanda qabağına qaçan adamların çoxu sən itin günündə olanda görməməzliyə vuracaq, biri gəlib elədiyin yaxşılığı qaytarmayacaq. Ona görə də bir çox imkanlı adamlar və Allahı tanımayan insanlar həmin günlərini fikirləşməli, bu anları yaddan çıxarmamalıdır...
***
Mən heç vaxt fala baxanlara, mollalara, şarlatanlara inanmamışam. Ən azından ona görə ki, tanıdığım mollaların, falabaxanların çoxu savadsız, cahil və nadan insanlardı. Bir çoxları türmədən çıxandan sonra iş tapa bilmir, sonra başlayırlar saqqal uzadıb başlarına papaq qoymağa. Guya kişinin oğlanları molladı, yas məclislərini apara bilər. Bu cür mollalara yəqin siz də rast gəlmisiniz. Amma mənim gördüyüm mollalar çox tamahkar, savadsız, həm də tərbiyəsiz adamlardı. Düzdür, bəziləri onlar yas məclisini apararkən mollanın verdiyi Fatihəyə qulaq asır, üstəlik də salavat çevirirlər. Ancaq o savadsız mollanın həmin məclisdə oturmağa heç cürə haqqı çatmır.
Tanıdığım bir molla vardi. Əvvəllər nağara çalırdı, sonra da cinayət işlədib türməyə düşmüşdü. Türmədən çıxandan sonra saqqal uzadıb başına papaq qoyaraq məclis aparırdı. Düzdü, onu tanıyan yerlərə getməzdi. Getsə də elə gedirdi ki, orda çox danışmaz, elə ancaq fatihə verərdi. Bir dəfə yad məclisdə olarkən həmin molla başladı elmdən, tarixdən, fizikadan, kimyadan, riyaziyyatdan danışmağa. Kişinin oğlu özünü elə aparırdı ki, guya riyaziyyatı beş barmağı kimi bilir. Sən demə, məclisdə də bu mollanı tanıyan riyaziyyat müəllimi var imiş. Molla bir az riyaziyyatdan danışdı, bir az tarixdən, bir az da kimyadan. Mən o fənləri bir o qədər də yaxşı bilmirəm. Amma bir onu yəqin etdim ki, molla çox piyadadı. Bayaqdan bəri səbrini basıb dözən riyaziyyat müəllimi hövsələdən çıxdı:
- Ağsaqqal adamsan, nə özünə hörmət eləyirsən, nə də camaata. Heç Fatihə surəsini düzgün deyə bilmirsən. Hələ başlayırsan elmdən danışmağa. Əgər sən vurma cədvəlini bilirsənsə, mənim atama lənət.
Molla:
- Sən nə bilirsən ki, mən vurma cədvəlini bilmirəm.
- Bilirsənsə de görüm, doqquz dəfə doqquzun neçə eləyər?
Molla rəng verib rəng aldı:
- Noolsun ki, vurma cədvəlini bilmirəm, mən dini çox yaxşı bilirəm.
Müəllim:
- Əgər din elmini bilirsənsə, insafın olsun, heç olmasa Fatihə surəsini düzgün oxu.
Məclisdəkilər mollanın cahil və savadsız olduğunu biləndə əsəbləşdilər. Söz-söhbət yas sahibinə çatdı. O da əsəbi halda gəlib mollaya dedi ki, sən məni dolamısan, yoxsa özünü?! Mən dərd içində, sən də kef içində. Bir ətək pul alırsan, Yasini də düz oxumursan...
Deyəsən, yas sahibinin bu sözləri mollanı daha bərk tutdu. Yerdəkilərin isə etirazları mollanı məclisdən qaçırdı. O, kitab-dəftərini və eynəyini götürüb suyu süzülə-süzülə məclisdən çıxdı...
... Günlərin birində bir qadın fala baxan mollanın yanına gedir. Bu molla həm yas məclisi aparır, həm dua yazır, həm də falabaxanlıq eləyir. Mollanın yanına gedən qadın da əri ilə hər gün dalaşırmış. Ona görə də mollanın yanına gedirmiş ki, ona şirinlik duası yazdırsın. Gəlir mollanın həyətinə, görür ki, qapıda çoxlu adam durub. O da növbə tutub mollanın yanına girməyi gözləyir. Bir neçə saatdan sonra növbə qadına çatır və qadın otağa girir. Molla başını qaldırır, qarşısında gözəl bir xanımın durduğunu görür.
- Ay qızım, içəri girəndə qapını bağladınmı?
Qadın da bildirir:
- Bağladım.
Molla:
- Onda yaxın dur, görüm sənin dərdin nədir?
Qadın:
- Ərimlə yola getmirəm, istəyirəm ki, bir şirinlik duası yazasan.
Molla dərin fikrə gedir və sonra da deyir:
- Hə... Bax, bu məsələ çox çətin olacaq. Şirinlik duası yazmaq üçün bir ətək pul lazımdı. Yüz manat versən məsələni yoluna qoyarıq.
Qadın gətirdiyi yüz manatı mollaya uzadır. Molla pulu görəndə gözü dörd olur və sevincək halda bildirir:
- Onda sinəni aç. Gərək mən bu şirinlik duasını sinənə yazım.
Qadın təəccüblənir:
- Ay molla əmi, biz görmüşük ki, şirinlik duasını kağıza yazarlar və parçaya büküb düyünləyərlər.
Molla :
- Ay qızım, ona görə mən sinənə yazıram ki, dua daha tez yetərli olsun.
Qadın sinəsini açır, molla maddım-maddım onun sinəsinə baxır və sinəsinə duanı yazır. Sonra da deyir ki, icazə versən, duanın qəbul edilməsi üçün bu vacib məsələdi, sinəndən öpərdim.
Qadın görür ki, artıq molla cızığını keçib, əlindəki çantanı onun başına çırpır. Molla görür ki, qadın əsəbləşib və çıxıb camaatın arasında onu rüsvay edəcək, ona görə də onun qılığına girir və yalvarır:
- Sənin başına dönüm, ala bu yüz manatı da, pulun lazım deyil, məndən əl çək. Amma qurban olum, çıxıb söldə ağzına gələni danışma. Bir həftədən sonra görəcəksən ki, mənim yazdığım dua necə düşərlidi. Bax, onda canıma dua oxuyacaqsan.
Qadın evdən çıxır və növbədə olan adamların yanından sakitcə çıxıb gedir. Evə çatan kimi kişi qadının harda olduğunu soruşur. Düzdür, qadın hara getdiyini ona demir, bircə onu deyir ki, həkimə getmişdim. Yenidən onlar arasında mübahisə qızışır və dava-dalaş başlayır. İş o yerə çatır ki, kişi qadının qulağına bir şillə də ilişdirir. Həmin qadın isə bu davadan sonra daha da əsəbləşir və görür ki, mollanın yazdığı şirinlik duası zəhərə çevrilib və onun əri ilə arasındakı münaqişə gündən-günə böyüyür...
O vaxtdan həmin qadın nə mollaya inanır, nə falabaxana, nə də ekstrasensə. Deyir ki, ən böyük səhvim mollanın yanına getməyim oldu. Yoldaşım bunu biləndən sonra ayrıldıq və ağır günlərim başladı.
Həmişə müəyyən zaman kəsiyində falabaxanlar, mollalar, rəml atanlar fəallaşırlar. O yerdə ki, savadsızlıq var, cəhalət var, həmin yerdə nadanlıq baş alıb gedir, mollalar, falabaxanlar, öncəgörənlər at oynadırlar. Bəs bunun günahı kimdədi? Əlbəttə, ilk növbədə onlara üz tutan adamlarda. Əgər bir qədər kimsə savadlı olsa, yaxşını pisdən ayırsa, heç vaxt bu dələduz və fırıldaqçıların toruna düşməzlər. Düşsələr də tez çıxarlar. Özünüzü belə mollalardan, belə dələduzlardan, belə fırıldaqçılardan və ən nəhayət belə öncəgörənlərdən qoruyun!..