Müəmmar Qəzzafinin də hakimiyyətdən getməyini gördük. "Müsibəti Qəzzafi" lap faciəli oldu. Liviya rəhbəri təkcə 42 illik hakimiyyətini yox, həm də həyatını itirdi. Hakimiyyəti əldən çıxandan sonra heç olmasa həyatını qorumaq uğrunda çabaladı, orda-burda gizləndi. Lakin bu dəfə də sübut olundu ki, vəzifəsi əlindən alınan adamın Amerika ilə "gizlənpaç" oynaması mümkün deyilmiş.
Qəzzafi ələ keçdi, təhqir olundu və öldürüldü. Necə deyərlər, su səhəngi suda sındı. "Səhra tülküsü" səhrada dəfn olundu. Heç yas çadırı da qurulmadı. Çadır demişkən, dünyanın bu məşhur bədəvisi çadırı çox sevirdi. Liviyanı elə öz çadırından idarə edir, "Ağ Ev"ə sevimli çadırından meydan oxuyurdu. "Ağ Ev"dəkilər də onun canını elə oxudular ki...
Polkovniki ələ keçirib güllələyən liviyalı Ramazan Cibirli indi elə az qala Qəzzafinin özü qədər populyardı. Hamı ondan danışır, ondan yazır. Amma mən qədər onu çətin ki, kimsə daha yaxından tanısın. Ramazanın uşaq vaxtlarını görmüşəm. Qəndqabıdan qənd oğurlayan günləri gözlərimin qabağında keçib. Elə o vaxtlar da cüvvəllağının təki idi. Valideynləri deyirdi ki, Ramazan bala yox, bəla gəlib. Qonşuluqda yaşayanlara, məktəbdə müəllimlərə qan uddurub. Yadımdadı, bir dəfə ondan fond pulu istəyən müəllimi necə vurmuşdusa məsələyə təhsil naziri qarışmışdı. Ramazanı başqa məktəbə göndərdilər. Müəllimi də işdən çıxardılar. Lakin şagirddən fond pulu tələb etdiyinə görə yox, diplomu saxta olduğu üçün.
Ramazanın əsgərliyə çağırılması lap tamaşa oldu. İki ayağını bir başmağa salıb getmək istəmədi. Yazıq valideynləri bir ətək pul verib üç il onu gizlətdilər. Sonra da qohum-qardaşdan borc tapıb yaxınlıqdakı N saylı hərbi hissəyə saldırdılar. Amma yenə günləri göy əskiyə büküldü. İki dəfə komandirini döydü. Özü də nöyüt iyi verənə kimi. Ramazandan simkart pulu tələb etmək komandirə baha başa gəldi. Bir dəfə də qərargah rəisinin başında lopatka gəzdirdi. Ramazan demişdi ki, məni Liviyanı qorumaq üçün bura gətirmisiz, yoxsa saxladığınız arvada villa tikməyə? Bu hadisədən hamının xəbəri oldu, təkcə müdafiə nazirindən başqa. Generalın heç tükü də tərpənmədi.
Tük demişkən, Qəzzafini saçı ələ verdi. Ramazan Cibirli onu saçından tanıdı və güllələdi. Liviya liderinin ölüm səhnəsi ilə bağlı söz-söhbət bitmək bilmir. Baş verənlərə inananlar da var, inanmaq istəməyənlər də. Ramazanın adı bu olayda çəkilən dəqiqədən inananların dəstəsindəyəm. Çünki Ramazana bələdəm. Qəzzafini saçından ancaq o tanıya bilər, yalnız o vəhşicəsinə güllələyə bilərdi. Tarixən belə olub, dinsizin öhdəsindən həmişə imansız gəlib.
Maraqlıdı ki, bütün dünyanı barmağına dolayan Qəzzafini ələ keçirdiyinə və güllələdiyinə görə Ramazana mükafat kimi cib telefonu veriblər. Vur-tut bircə mobil telefon. Qəzzafiyə güllə atan tanışıma əməlli-başlı "atıblar". Əgər o mən tanıyan Ramazandısa bu işi belə qoymayacaq. Ona mobil telefon hədiyyə edənləri doğulmaqlarına peşman edəcək.
Mən Ramazan dəngəsizin zövqünə də yaxşı bələdəm. Mükafat kimi aldığı telefonu dolduracaq gic-gic mahnılarla. Ramazan uşaq vaxtlarından xalq artisti Səməd Səmədovun heyranıdı. Bütün günü onun toylarda fonoqramla oxuduğu mahnıları dinləyir. Gecə saat 3-də yuxudan oyatsan Səməd Səmədovun hansısa bir mahnısının nəqəratını zümzümə edəcək. Elə bu dəqiqə Ramazana zəng edən olsa avaranın zəngimselində Səməd Səmədovun səsi eşidiləcək. Səmədin ifasından yorulanda Üzeyir Mehdizadəyə qulaq asır. İşləri düz gətirməyəndə isə könlünü Rəqsanəyə tərəf verir, onun mahnılarına qulaq asmağa başlayır. Toya çağırılanda şadlıq evinə ayaq basan kimi "Cancanadı, cancana" mahnısını sifariş verir. Özü də Ramazan oynayanda gərək ortaya heç kim girməsin, yoxsa qan düşər. O qədər adamı şadlıq evindən xəstəxanaya göndərib ki... Səməd Səmədovun pərəstişkarından nə gözləyəsən?
Ramazanın əli ilə sinfi düşmənindən canı qurtulan Liviya hökuməti bu arada bəyan edib ki, Müəmmar Qəzzafini güllələyənlər məhkəmədə cavab verməli olacaqlar. Yəni tanıdığım Ramazan Cibirli mühakimə ediləcək. Heç ağlım kəsmir ki, Ramazanı həbslə-filanla qorxutmaq mümkün olsun. Amma bir iş var. Birdən məhkəməni aparan hakim də Səməd Səmədovun pərəstişkarı çıxdı, onda necə olacaq...