adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Qəddafini "elton con" eliyiblər?

İNTİQAM VALEHOĞLU
20097 | 2011-10-28 07:44
Doğrudan da siyasət bir çirkab imiş, sadəcə mən bunu indi daha dərindən dərk edirəm. Gör dünyanın harasıdır ki, ər dünən gecə bir yastığa baş qoyduğu arvadından imtina edir. Ukraynanın keçmiş baş naziri, hazırda həbsdə olan Yuliya Timoşenkonun kürəkəni, ingilis Şon Karrı deyirəm. Deyilənə görə, Şon çal-çağır əhlidir, rokerdir. Hə də, Timoşenko həbs olunandan sonra ingilis instrumentini də vurub qoltuğuna, çıxıb gedib vətəninə. Keçmiş baş nazirin qızı Yevqeniya da qalıb Ukraynada gözüyaşlı. Gedib, cəhənnəmə gedib. Amma burda diqqətimi çəkən bir məqam var. Düzdür, əslində deyəcəklərimdə qeyri-adilik, yaxud da hansısa anormallıq axtarmaq da lazım deyil. Sadəcə, maraqlı olan odur ki, bu Timoşenkonun özünün cəmi-cümlətanı 50 yaşı var, kürəkəni isə ondan 6 bayram kiçikdir. Yəqin Timoşenko qızı ərə verəndə fikirləşib ki, qocaya gedən quyruq yeyər. Amma tərsinə olub. Qoca qıza quyruq yedirtmək əvəzinə, quyruğunu qoyub belinə fitilləyib İngiltərədəki xarabasına. Elə Yevqeniya xanım da Ukraynadakı həmkarlarımıza açıqlamasında faktı təsdiqləyib.
   
   Onsuz da dünyanın zayı çıxıb. Deyirəm, birdən səhər Timoşenkonu yenidən baş nazir qayırsalar, bu roker geri qayıdar, görəsən? Onda ki, ingilis qanı var, qayıdar. Əbəs yerə dünyanın bir çox yerlərində yaltaq, ikiüzlü, "diplomat" adamları "ingilis bayrağı" adlandırmırlar ki...
   
   Məni qınamayın, amma sizə bir söz də deyim. Sözün düzü, deyəsən bu Timoşenko da cavanlığında bir az başdan o söz olub e... O boyda baş nazirsən, qızını niyə manısa verirsən? Verirsən, verirsən heç olmasa əlinin altında olan nazirlərdən, zaddan, lap pis halda nazir müavinindən birinin gədəsinə ver ki, səhər də qaçmağa yeri olmasın. Ya da görsən ki, qızı boşamaq istəyir, istintaqın gedişatında dədəsinin adını bir-iki dəfə hallandır, gətirib keçirsinlər səndən o tərəfə. Yəni bassınlar qoduxluğa...g
   
   Əgər qızı baş nazir olmamışdan əvvəl ingilisə vermisənsə, bunun da çıxış yolu var. Məsələn, vəzifəyə seçilən kimi denən ki, bu gədənin əsli-əsli bizim əsil-nəslimizə, nəcabətimizə tay deyil. Sən kim, mən kim?
   
   Urusca, yaxud da ukraynca təxminən belə -tı kto, ya kto?))) Vəssalam.
   
   Deyirəm bir az da bu goruçatlamış (bəlkə heç üstünü betonlamayıblar_İ.V) Qəddafidən danışaq. Zalım oğlu nətər adam idisə, iki soyadı, iki təvəllüdü var idi. Camaat deyirdi ki, bu 1940-cı ildə doğulub, özü deyirdi ki, yox anam məni Hitler müharibəni başlayandan bir il sonra-1942-ci ildə çadırda doğub. Elə soyadı da onun kimi. Gah Qəddafi, Gah Qəzzafi.
   
   Bu yaxınlarda da rəhmətliyin haqqında təzə kadrlar yaydılar ki, ölməmişdən əvvəl onu "elton con" eliyiblər. Onun "elton con" olub-olmadığını dəqiq deyə bilmərəm. Amm mən də gördüm ki, kadrlarda kimsə onun türkün məsəli, arxa tərəfinə dəmir idi, nə idi, bir şey uzadırdı. Əsirlikdən qayıdan ağsaqqal demişkən, elə xətrimə dəydi ki)))
   
   Görəsəng Səddam Hüseyni də belə eləyiblərmiş? Amma onu dəqiq bilirəm ki, bu İtalyanın kaftar baş naziri var haaa. Berluskoni, onu yüz faiz elə günə qoyacaqlar. Zalım oğlu elə bir hökumət işinə təzə düzəlib. İşi vaxtında görməsə, işdən qovacaqlar. Gündən biriniggündə birini...
   
   Elə bil ki, plan verir, ya da ki, 75 yaş mənimdir, bunun 26 yaşı var. Zarafat bir kənara, amma Qəddafi öləndən sonra hamı deyir ki, onun əli qana batmışdı. Ən çox da dünya liderləri. Kül bunların lider başına.. Elə mən də deyirəm, lider olmasam da))
   
   Şəxsən özüm bir neçə dəfə elə bu Berluskoninin Qəddafiylə görüşdə liviyalıların keçmiş liderinin əlini öpdüyünün şahidi olmuşdum. Bəs, görəsən Berluskoni, eləcə də digər liderlər Qəddafinin əlini öpəndə həmin qan iyini hiss eləmirdilər??? Sarkozini başa düşdük. Yaşı altmışı keçməsə də, hissiyyatını çoxdan itirib. Karlayla plyaja gedib şəkil çəkdirdiyinə baxmayın, onun-bunun uşağına "qızım" deyir. Bu Berluskoni isə, qoca olsa da, qurdun yekəsidir.
   
   Deyirlər, idman da bir siyasətdir. Köşənin qalan yerinə də idmanla, konkret desəm futbolla bağlı qeydlərimi paylaşım. Yəqin ki, Kamran Ağayevin başına gələn son hadisələrdən xəbəriniz var. Kapitanlıq sarğısını əlindən alıb Rahid Əmirquliyevə veriblər, özünü də göndləriblər əvəzedici heyətə. Orxan Fikrətoğlu demişkən Xub...g
   
   İndi ortada nə əmma varsa, klubun mətbuata tanınmamış rəsmilərini veriblər qabağa ki, futbolçunun haqqında döşəsin.
   
   Məsələn, mən indiyə kimi "Xəzər Lənkəran"da Səməd Mustafayev adlı birinin komandanın rəisi olmasından xəbərsiz idim. Görünür, nəsə var ki, hər zaman mətbuatla işləməyə maraqlı olan Tuyqun Nadirov, Mais Mənsimov məsələyə münasibət bildirməkdən vaz keçiblər.
   
   Bəlkə burda da bir siyasət var, nə bilmək olar?!

TƏQVİM / ARXİV