adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

OLUM VƏ ÖLÜM ARASINDAKI HƏYAT...

BABƏK YUSİFOĞLU
46954 | 2015-06-08 18:35

Kimdənsəeşitmişdim ki, ümid inamın öləzimiş dövrüdü. Yəni, insanın inamı zəiflədikcəümidə çevrilir. Və o da bitdikdən sonra hər şey, mövcudluq belə bitir. Lakingörünən budur ki, onların arasında heç bir çevrilmə yoxdur. Söhbət əsl inamdangedirsə, o ya var, ya da yoxdur. Çevrilirsə demək o artıq inam yox, başqa birşeydi. Ümid haqdasa bunları demək olmaz. O daha kövrəkdi və dəfələrlə yarana, dəfələrləitə bilər.

Əlbəttə,ümidlərsiz və inamsız insan həyatının anlamı və mahiyyəti fərqli olardı. Əslindəonları yasamın stumulu adlandıranlar davar. Və bu qənaəti rədd etmək doğru deyil, çünki həm tarixdə, həm günümüzdə deyilənlərinsaysız-hesabsız, özü də çox ibrətamiz örnəkləri mövcuddur. Bəlkə də ilkbaxışdan belə görünmür, amma insanların həyata bağlanması üçün ümidlərin vəinamın həqiqətən də hava, su qədər əvəzsiz önəmi vardır. Şübhəsiz bu fikirlərintəsdiqini ətrafımıza, mövcud olduğunuz mühitə daha diqqətlə baxarkən tapmaqmümkündü. Ümid və inam zaman-zaman kimləri, nələri xilas etməyib ki?..

Həttamöcüzəyə bənzərlərini, mümkün görünməyənləri belə həyatda gerçəkləşdirə bilib.Əlbəttə, bu haqda çox danışmaq, müxtəlif təhlillər aparmaq mümkündü. Lakin təkcəməşhur alim, elmi fəaliyyətinə görə çoxlu sayda mükafatlar, ödüllər alan StivenVilyam Hokinqin həyatına nəzər salsaq çox mətləblərə şahid olarıq. O StivenHokinqin həyatına ki, hamı həmin insana böyük heyranlıqla baxır...

(Əvvəliqəzetin 2 iyun sayında)

Beləqeyri-adi vəziyyətdə yaşayan, hətta inanılmaz mürəkkəb elmi araşdırmalar üzərindəçalışan, digər alimləri heyrətləndirə biləcək elmi tezislərlə çıxış edən,professor adını qazanan Stiven Hokinq bir vaxtlar təhsil aldığı KembricUniversitetinin tətbiqi-riyaziyyat kafedrasına rəhbərlik etməyə başladı. Yeri gəlmişkən, bu həmin kafedraydıki, yüz illər öncə bəşəriyyətin tərəqqisi üçün möhtəşəm elmi kəşflərə imzaatmış İsaak Nyuton ona başçılıq etmişdi.

                                              

                                                      "ZAMANIN QISA TARİXİ”

Ammadeyəsən həyat onunla başladığı sərt oyunlarını bitirməmiş, necə deyərlər, sadəcəolaraq fasilə vermişdi. Belə ki, əlil arabasından heç yerə tərpənə bilməyən Stiven sətəlcəmlə xəstələndi.Professoru xəstəxanaya yerləşdirsələr də bir sıra cərrahi əməliyyatlarsız vəziyyəti sabitləşdirmək mümkün olmadı. Lakin bu dəfə də Yaradanın rəhmionunlaydı. Hokinq çətinliklə olsa da buimtahandan keçdi.

Onun bir-birininardınca yazdığı məqalələr, irəli sürdüyü elmi tezislər, nəzəri fikirlər elm aləminindiqqət mərkəzindəydi. Kosmos və zaman anlayışının təhlilləri, "Qara dəlik"haqqındakı yeni mühakimələri ciddi elmi müzakirə obyektinə çevrilmişdi. Üzərində işlədiyi əsərlərindən biri - "Zamanın qısa tarixi" 1988-ci ildəişıq üzü görəndən sonra inanılmaz dərəcədə böyük maraqla qarşılandı. Və şöhrətqapılarını onun üzünə açdı.

Bioqraflar qeydedir ki, müəllifin elmi yanaşmalarını, təhlillərini daha anlaşılan dilləyazması nəinki mütəxəssislərin, hətta digər oxucuların da böyük marağına səbəb olmuşdu. Hətta bədiiromanlar kimi. Sadəcə bunu təsəvvür etməkkifayətdi ki, həmin kitabın dünya üzrə satışı 25.000. 000 nüsxəni adladı. Bu inanılmaz bir göstəriciydi.Yeri gəlmişkən Stiven özündən və şəxsi həyatındanda bəhs edən bir kitab yazmışdı. "Mənim qısa tarixçəm" adlanan bu əsərdə oxucular tərəfindən əl-əl gəzdi. Hər kəs inanılmaz bir həyat yaşayan adamhaqqında daha çox bilmək istəyirdi.…

                                         

                                          AYRILAN YOLLARVƏ YENİ EVLİLİK

Bu qəribə elmadamının qazandığı uğurlarda, əldə etdiyi başarılarda, gün işığına çıxmasında,hətta həyatını sürdürməsində arvadı Ceynin əvəzsiz xidmətləri vardı. Onun bütünəzab-əziyyətini, qayğıyla dolu yaşam tərzini,olan-olmayan bütün kaprizlərini bezmədən, yorulmadan qarşılayan bu qadın hər şeyə rəğmən sonunda Stiven Hokinq tərəfindən rədd edildi. Beləbir insana qarşı etdiyi haqsızlıq sözün əsl mənasında bir insan olaraq Stivenəbaşucalığı gətirmirdi.

Sonuncu cərrahi əməliyyatlarseriyasından sonra Stivenin əlavə baxıcılara ehtiyacı yaranmışdı. Çünki həm üçövladının, həm məişətlərindəki gündəlik qayğılarının, həm də bütünlüklə kənaradamdan asılı vəziyyətdə yaşayan Stivenin tələbatlarının öhdəsindən Ceyn təkbaşınagələ bilmirdi. Bunun üçün də belə qərara gəldilər ki, günün müəyyən hissəsidəHokinqə bir baxıcı tutsunlar.

Tutdular. Və hərşey də bundan sonra başladı. Həminvaxtlarda ərlə arvad arasında yaranan narazılıqlar elə bir həddə çatdı ki, cütlük 1991-ci ildəboşandı. 1995-ci ildə isə Stiven baxıcısı- Elayn Mensonla evləndi. Ammabir müddət keçəndən sonra məlum oldu ki, Hokinqin bu seçimi heç də doğrudeyilmiş. Özünün şəxsi maraqları naminə Stivinə ərə gedən baxıcı qadın Ceyni əvəzedə bilməzdi. Birgə yaşadığı dövrlərdə həyatını bütünlüklə sevdiyi və onamöhtac qalan insana həsr etməyi başqa birisi necə bacaracaqdı ki?..

Belə ki, bir müddət sonra başlayan professorunqeyri-stabil ailə həyatı, arvadıyla mübahisələri uzun - 11 il sürsə də nəhayət 2006-cı ildə bitdi. Stiven Elaynla da ayrıldı. ƏslindəStiven Hokinq sonralar həyatda qazandığı hər bir uğurda məhz Ceynin böyük zəhmətiolduğunu söyləyirdi.

İkinciboşanmadan sonra hər bir işi baxıcılarahəvalə edildi. Çox maraqlıdır, hətta ailədəki narazılıqların aşıb-daşdığı birdövrdə belə Hokinq özünün elmi fəaliyyətini davam etdirirdi. Və əslində onunyaşaması üçün ən əsas stimul elə elmi fəaliyyətiydi.

                                                                     

                                                                  MÜKAFATLARI

Onun "Qaradəliyin" şüalanması kəşfi, milyon kilometrlərlə uzaqlıqda kosmosa ötürüləninformasiyaların udulmasıyla bağlı yeni nəzəriyyələri, kainatın yaranmaprosesiylə əlaqədar elmi mülahizələri,kvant kosmologiyasının əsasının qoyulması yolunda əvəzsiz çalışmaları... və digərqiymətli fəaliyyətləri daim Hokinqi elm aləminin ön sıralarında durmasına səbəbolmuşdu. Əlbəttə bütün bunlar diqqətdən kənarda qala bilməzdi. Elə həmin xidmətlərinəgörə idi ki, yalnız bir barmağının, üz əzələləri və göz qapaqlarının ümidinəqalmış bu qeyri-adi adam əldə edilə biləcək bütün mükafatları, təltifləriqazandı.

O,"Eddinqton medalı" (1975), "Hyuz" (1976),"Maksvell" (1976), "Albert Eynşteyn" (1979),"Franklin" (1981), Kral İncəsənət Cəmiyyətinin "Albert"(1999), "Oskar Kleyn" (2003) kimi medallara layiq görülmüşdür.Astranomiya üzrə Kral Cəmiyyətinin Qızıl medalını da almışdır. Bunlardan başqaHokinq riyazi-fizika üzrə "Denni Hayneman" (1976), fizika üzrə "Volf" (1988),"Avstrya Prinsi" (1989), "Endryu Qemant" (1998),"Neylor" (1999), "Yuli Edqar Lilienfild" (1999) və Fundamental fizika üzrə mükafatlarıyla da təltif edilmişdir.

Stiven Hokinqhabelə London Krallıq Cəmiyyətinin (1974), Papa Elmlər Akademiyasının (1986),ABŞ Milli Elmlər Akademiyasının (1992)üzvüdür. (ABŞ-da aldığı mükafatıprezident Barak Obama şəxsən təqdim etmişdir). Nadir hallarda genişauditoriya qarşısna çıxsa da mühazirələriolduqca maraqla qarşılanır, onu dinləməyə gələnlər həyatıyla, elmiylə,bacarıqlarıyla, xüsusən də həyat eşqiylə bir möcüzə yaradan bu adama heyrət və təbəssüm içərisindəbaxırlar. Bütün bunlar həqiqət idimi?..

Bəli, həqiqətidi. Stiven Hokinqin haqqında əsərlər yazıldı, filmlər çəkildi. 21 yaşlarındaykən iki illik ömrünün qaldığı söylənən Stiveninhazırda 73 yaşı var və o, eyni qaydada çalışmalarını davam etdirir.

Hər üç övladı artıqmüstəqil həyata qədəm qoyublar. Və indi bu möcüzə adamın üç nəvəsi də var...

babekyusifoglu.blogspot.com

TƏQVİM / ARXİV