adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

GÜN GÜNÜN EYNİ DEYİL…

ƏBÜLFƏT MƏDƏTOĞLU
64081 | 2015-06-05 17:47

Hər bir gün başqabir günün davamıdı. Yəni bu günlə o biri gün nə qədər yaxın olsalar da, onlarınən ağır çəkili daşın altında sıxsan belə, üst-üstə düşə bilməz. Çünki onların hərbirinin öz missiyası olub və onlar da həmin missiyanı məhz o günün içərisində yerinəyetiriblər. Lap çılpaq desəm, loru ifadələrlə səsləndirsəm, onda deyə bilərəm ki,hər gün boyu biçilmiş donun içərisində olur. Onu sadəcə olaraq o biçimdə görmək hünər istəyir.Təəssüf ki, biz bəzən həmin o günü tarixin arxivinə yola salandan sonra bizdən nəyin,kimin uzaqlaşdığının fərqinə varırıq. Onda isə şəxsən mənim qulaqlarımda qeyri-adisəsin, ifanın simvolu olan Flora Kərimovanın nəfəsi canlanır, eşidilir.

-Baxma, o qatarın dalınca, baxma!

Hə,nə qədər özümüz-özümüzü baxmamağa məcbur etsək də, baxırıq. Çünki biz hisslərin,duyğuların əlindən qurtulanda artıq mövcudluğumuzda başa çatır. Deməli, nəfəsimiz, hənirimiz varsa, ürəyimiz döyünürsə, bütün qadağalararəğmən baxacağam. Özü də «baxma!» deyə-deyə…

Mənhərdən özüm özümü divara dirəyib ən sərt şəkildə haqq-hesab çəkirəm. Bilirsiniz nəyəgörə? Ona görə ki, dünəndən qopub ayrıla bilmirəm. Nostalji hisslər istər ən sevincli,istər ən kədərli anlarımda belə məni tərketmir. Hətta barəmdə fikir söyləyən, yazı yazan qələm dostlarım, könül sirdaşlarım mənə bir yarlıqda tapıblar.Deyirlər ki, mən «köhnə dövrün adamıyam». Mən bu fikrə etiraz etmirəmvə tam səmimiyyətimlə deyim ki,burda qəbahət də görmürəm. Hər halda köhnə dövr nə qədər xatirələr dövrü olsa da,o xatirələrin o dövrün özünün aurası, yaratdığı əks-səda mənim üçün bulaq suyu qədərşəffaf, şəlalə qədər də canlı idi. Amma bu gün hər şey süni bir şəkildə ortaya dinamikaqoyur və yenə tam səmimiyətimlə deyim ki, mən bu günü fonoqramma bənzədirəm. İçi özüm qarışıq hamı arxa plandadı. Ortadaisə fonoqramma səslənir. Təsəvvür edirsiniz, mən, sən, biz, hamımız bir yerdə, pərdəninarxasında dayanmışıq, səhnədə isə bizim cisimlərimiz, çox sevdiyim filmlərimizdənbiri olan «Bəyin oğurlanması»nda rəhmətlik Səməndər Rzayev, yəni sovxoz direktorudemişkən, səs bu yandan gəlir, oynamaq da o biri tərəfdən…

Hə, deyəsən bir azsizi çəkib aparıb dünənin qapısının kandarında əyləşdirdim və siz də dünəninizixatırlamağa və dünən adlı kitabınızı vərəqləməyə başladınız. Oxuyun. Məncə ziyanıolmayacaq. Faydası olmasa da, ziyanı da olmayacaq. Buna əmin ola bilərsiniz. Çünkisiz orda özünüz olacaqsınız, fonoqramanız yox. Mən isə bu gündən danışmaq istəyirəm.Elə içimdə olduğum və sizin də cismininiz yanımda dayandığı bu gündən…

Səhərin gözü açılandanbütün zənglər ancaq bir məqsədə xidmət edir. O məqsəd də mənim tanıdığım, onlarınaxtardığı həmin adamın şəhərdə olub olmaması idi. Təbii ki, mən də artıq adət etdiyimqaydada, dişimlə əsəblərimi elə sıxıb saxlaya-saxlaya onların bütün suallarını dinləyibsonda bircə kəlmə ilə sağollaşırdım. Yəni sadəcə deyirdim ki, «xəbərim yoxdu» buüsul mənə həm uşaqlıqdan aşılanmışdı, həm də həyat məktəbimdən öyrənmişdim. Böyüklər,dünyagörmüşlər birmənalı şəkildəmənə öyrətmişdilər ki, görmədiyin, bilmədiyin heç nə barəsində heç nə danışma. Ondabaşın salamat olar.

Təbii ki, işləyənbaş ağrımalıdı. Əgər ağrımırsa, deməli işləmirdə. Bunu əl boyda uşaq da bilir. Amma ağrı da var, ağrı da. Biri var təbii ağrı– yəni soyuqdəymədən, aclıqdan, susuzluqdan ağrıyan baş...İkincisi əsəbdən, stressdən...Üçüncüsü haqsızlıqdan, dəliqanlılıqdan...Dördüncüsü zəmanədən və bu zəmanəyə olan etirazdan... Beşincisi sözün bütün mənalarında insanolmağından... Altıncısı…. Yeddincisivə s. və ilaxırə. Yəni hər baş özünün çəkdiklərindən ağrıyır, ya da çəkdirdiklərindən.Bax, bütün bunlar da həmin o mənə uşaqlıqdan hopanvə həyat məktəbindən öyrəndiklərimin ümumi fonunda bəzənmisralara da çevrilib – uğurlu və yaxud da uğursuz.

Dahabitdi nağıllar

Almada düşməyəcək!..

Birürək ortalıqda -

Donacaq,üşüyəcək…


Çiliklənmişo şüşə

Ətrafadağılacaq….

Üzdəölən gülüşə –

Təəssüfləbaxılacaq…


Xatirələrqopacaq

Saralmışyarpaqlar tək…

Sənsəbacarsan ancaq –

Əliniüzünə çək!..

***

Çox da uzaq olmayanbir tarix var yadımda. O tarixi bəzən ovcumun içi qədər yaxında hiss edirəm, bəzən bir neçə saatlıq məsafədə.Amma hər ikisində də o,öz təsir dairəsindən məniçıxmağa qoymur, tutub saxlayır məni orda (yəqin ki, yenə nostalji hisslərə kökləndiyimi üzümə çəkməyəcəksiniz– Ə.M.). Ora elə bir yerdi ki, az-çox duyğusallıqqabiliyyəti olan, duyğusallığa meyillilik göstərən istənilən Allah bəndəsi mütləqo səmtə tərəf boylanacaq. Elə ki, boylandı, bir də görəcək artıq ordadı. Bu da odeməkdi ki, həmin o yer, həmin o tarix müxtəlif formada, müxtəlif ovqatda duyğusallarınhər biri üçün yaşanıbdı, mövcud olubdu…

Bu, nisbətən qəlizvə dolaşıq fikirlərin axarını sadəliyə tərəf dəyişirəm. İstəyirəm ki, suyun bərəsinidəyişdiyimiz kimi, bu fikirlərin də istiqamətini dəyişim. Və imkan verim ki, özünüz həmin o, əvvəldədediyim və sizin də artıq baxdığınız səmti, yeri yenidən o illərdə olduğu kimi görübyaşayasınız. Və biləsiniz ki, söhbət ürəyinizə ən yaxın, ruhunuza ən doğma bir kəsləilk dəfə görüşdüyünüz, ilk dəfə qarşılaşdığınız yerdən, gündən zamandan gedir. Bax,bu cümləni yazanda artıq oxuyanların yenidənhəmin səmtə boylandığına heç bir şübhəm qalmır. Çünki onlar da bildilər ki, ilk görüş nə deməkdi. Gəlin əlimiziürəyimizin üstünəqoyub təəssüf hissi keçirməyək, köks ötürməyək. Çünkio ilk görüş yerinin sonu hər kəs üçün fərqli olur. Mən anlayıram, qovuşanlar yenidəno günlərə qayıtmağın şirinlikləri üçün köks ötürürlər, təəssüflənirlər. Qovuşmayanlarhəsrətə, ayrılığa səbəbkar olanlara və bir də özlərinə verdikləri dözümə acıyaraqhəmin «ah»ı çəkirlər. Hər iki halda ünvanbir olur. O da boylandığımız həmin görüş yeridi…

İndi internet səhifələrinə,xüsusilə hər kəsin müxtəlif pozalarda şəkillər yayımlayıb statuslar yazdığı səhifələrəbaxıram və məni bir gic gülmək tutur. Burda ilk dəfə qarşılaşanlar, ilk dəfə görüşənlərgörəsən sabah, on gün sonra hansı hisslərdən danışacaqlar, nələri xatırlayacaqlar? Və yaşadıqlarınınecə ifadə edəcəklər ki, onları dinləyənlərin də duyğularında bir oyanış hiss olunsun.Bu sual bəlkə də nə zamanına, nə də yerinə görə doğru deyil. Amma mən bütün hallardaöz içimi yazdığımdan yəqin ki, məni qınamazsınız. Əks halda, mən də elə internetsəhifəsində ilişib qalardım…

Bəli, günümüzün birgerçək üzü də var. O da mənə görə duyğusal adamların təkcə çiyinlərində yox, həmdə ürəklərində daşıdıqları yükdü. Bununla bağlı mənimlə mübahisə edənlər də olub.Çünki mən hələ 90-cı illərdəki şeirlərimdən birində yazmışdım ki:

Dərdin böyüyü, kiçiyiolmur

Dərdin ölçü vahidi

Ürəyin tutumudu!..

Bəli, yəqin ki, birvaxtlar yazdığım həmin şeirin bu üç misrası nə demək istədiyimi sizə az-çox çatdırdıvə elə həmin o istəyin tam ifadəsi olan bir fikri də indi şərhetmək istəyirəm. O da əvvəldə dediyim həmin o yerlə,ünvanla bağlıdı. O yer ki, həyatımın istənilən anında, istənilən durumunda mənimüçün unudulmaz və hətta birmənalı desəm, varlığımın ifadəsidi. Təbii ki, duyğusalvarlığımın!!!

Dərdim beş cüt quyükü

Zordu çəkmək bu yükü!

Həsrətimin su yükü–

Kirpiyimi nəmlədib…


Göyün balağı duman

Yerin çalağı duman…

Uçuş zolağı, duman-

Kirpiyimi nəmlədib…


Diş ağardan şaxtadı

Əlim donub, taxtadı…

Demə, sevginsaxtadı-

Kirpiyimi nəmlədib!

***

Bütün yazı boyu içimdəolanların hamısını ələkdən keçirmək, xəlbirləmək istəyirəm, amma bacarmıram. Çünkinəyi necə yazmağımın sahibi özüm olsam da, nəyin necə qarşılanacağının sahibi özümdeyiləm. Ona görə də istəraçıq-saçıq, lap elə lüt-üryan, istər bürüncəkli,sətiraltı yazsam belə, marağı olanlar, ya su bulandıranlar mütləq hansısa vergüldənyapışıb bir ağrıya ipucu verirlər. Onda yazdığına da, düşündüyünə də olan bu münasibətbir söz sahibi kimi məni əməlli-başlı sarsıdır. Hətta olur ki, əlimin altındakıvərəqləri cırıb, yumurulayıb zibil səbətinə də atıram. Düşünürəm ki, bununla hərşey bitdi. Daha heç kimlə səmimi olmayacam. Amma neyləyim ki, «qozbeli qəbir düzəldər»deyiblər. Mən də indiki məqamda qəbirə tələsmirəm, hələ görüləsi işlərim var. O işlərin xatirinə və təbii ki, bir də boylanıbbaxdığım o yerin işığına söykənib yenidən öz adətimə, öz düşüncələrimə qulluq edirəm.Yəni dünən yazdığım kimi yazmağa çalışıram… Alınanı da olur, alınmayanı da… Oxunanıda olur, oxunmayanı da. Əsas odur ki, mən özümə, öz qələmimə sadiqliyimdən uzaqdüşmürəm….

Hə, çoxlu sayda oxucumesajları döyür qapımı. Hər bir yazımdan sonra kimsə təşəkkür edib bildirir ki,onu da xatirələr dünyasına apardım…Kimsə köhnə yaraların qabığını qoparma deyir… Başqa birisi «xatirələrlə özümüzüaldada-aldada bu günə qaldıq» söyləyir. Hətta eləsi olur ki, «yığışdır bu nostaljini,bu ağlaşmanı» deyə üzünü bozardır da… Olsun. Mən bütün bunların hamısını normalsayıram. Ona görə ki, onlar həm istəklə, həm hörmətlə, həm də lap elə nifrətlə dəolsa,deməli oxuyurlar yazdıqlarımı. Bax, bunun ümumi nəticəsidə odur ki, demək, hələ yazmaq lazımdır ömrün sonuna qədər, nəfəs çatana qədər.Mən də bu fikirdəyəm, bu qərardayam. Çünki ən azından mənim bir oxucum var – o daSƏNsən. Doğrudur, bilgisayardakı xanım etiraz edir. Bildirir ki, ondan öncə mənyazdım, mən oxudum. Bu haqsızlığımı yəqin ki, o da üzrlü sayar. Axı, o da bilirki, mən hər şeyi sənin üçün yazıram, elə bu şeiri də:

Yüklənmişəm, yükümsözdü

Bir üzü daş, biriközdü…

Heç bilmirəm necədözdü-

Ürəyim sözün altında?!


Daşınası şələ qalır

Çözüləsi cələ qalır…

Vallah, nəsə hələqalır-

Qaralan közün altında!


Bu yurd yeri, buarxacdı

Sel gəldi burdan,arx aşdı…

Əkdiyin çubuq ağacdı-

Dur, dincəl özünaltında!


Baxma ki, yolum qumluqdu

Ruhum gələcək – simurqdu!

Dərdin vurduğu yumruqdu-

Qaralıb gözün altında…


Hə, bütün yazı boyudemək istədiklərim deyəsən elə bu idi…


Əbülfət MƏDƏTOĞLU


TƏQVİM / ARXİV