adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

RiYAKARIN... SƏFƏRi

BABƏK YUSİFOĞLU
27655 | 2011-10-08 07:35
Xeyli müddətdir ki, Fransa prezidenti Nikola Sarkozinin Cənubi Qafqaza baş tutacaq səfəri haqqında danışılır. Və bir çoxları belə hesab edir ki, Cənubi Qafqazdakı hələlik susdurulan münaqişələri, xüsusilə Dağlıq Qarabağ problemini həll etmək missiyasını Rusiyadan sonra Fransa öz üzərinə götürüb. Hətta belə düşünənlər də var ki, bu növbəlilik prinsipi ilə davam edəcək və həmin istiqamətdə təşəbbüslər Birləşmiş Ştatlara ötürüləcək. Əslində isə bütün bu hoqqabazlıqların məqsədi regionda sülh yaratmağa deyil, hazırkı status-kvo-nun uzadılmasına xidmət etməkdir. Çünki bu situasiya həmsədr dövlətlərin ayrı-ayrılıqda hər birinin işinə yarayır. Artıq bunun bir gerçək olduğunu hər kəs bildiyi üçün onun üzərində dayanmağı lazım bilmirəm. Yalnız bir məsələyə - Fransanın türk-müsəlman düşmənçiliyinə diqqət çəkmək və bu səfərin də münaqişənin çözümünə heç bir dəxli olmadığını göstərmək istəyirəm.
   
   Əslində bilərəkdən Qərb tərəfindən çox dolaşıqlığa salınmış Dağlıq Qarabağ münaqişəsinin Fransa, daha doğrusu ölkə lideri kimi Sarkozi tərəfindən çözülə biləcəyini düşünməyin özü belə çox absurd bir şeydir. Çünki Sarkozinin bir dövlət başçısı tək çox yararsız, bir insan kimi bambılı olduğunu görməmək mümkün deyil. Əlbəttə, mənim bir dövlət başçısını bu cür dəyərləndirməmin Fransanın ermənipərəstliyindən qaynaqlandığını söyləyənlər ola bilər, lakin bunun məsələyə heç bir dəxli yoxdur. Çünki onun necə biri olduğunu göstərmək üçün heç mənim nələrisə sadalamağıma uzun-uzadı izaha ehtiyac da yoxdur. Portuqaliyanın çox məşhur yazıçısı və şairi, ədəbiyyat üzrə Nobel mükafatçısı, Milli mədəniyyəti müdafiə cəbhəsinin yaradıcısı, ictimai xadim Joze de Soza Saramaqon Nikola Sarkozi haqqında deyib: "Mən bu cənab haqda elə çox düşünməmişəm, yəqin bundan sonra daha az düşünəcəm... Sarkozinin siyasi riyakarlığı dərhal diqqəti cəlb edir..." Nikola Sarkozi çox yəqin Avropanın digər ağıllı adamlarının da onun haqqında dediklərindən xəbərdardır.
   
   Məncə bu haqda danışanda onun milli mənşəyini xatırlamaq pis olmazdı. Çünki bu bir sıra hallarda insanın qərarlarında, hərəkətlərində özünü göstərə bilir. Onun haqqında yazılanlar göstərir ki, Nikola Sarkozi fransız deyil. Onun bir tərəfi macar, bir tərəfi isə yəhudidir. Və görünür müsəlmanlara nifrət onda yəhudi geninin dominantlığı ilə əlaqədardır. Çünki böyük bir dövlətin lideri olaraq Sarkozinin hərəkətləri, münasibətləri adamı belə düşünməyə vadar edir. Başqa səbəbsə tapmaq olmur. Türkiyənin Avropa Birliyinin bir nömrəli əleyhdarı hazırda məhz o sayılır. Bir müddət öncə Fransada qondarma "erməni soyqırımı"nı Fransa ərazisində inkar edənlərin cəzalandırılması haqqında parlamentdə qərar qəbul edilib, hazırda qüvvəyə minməsi üçün öz təsdiqini gözləyir. Hal bu ki, bu cür qanun Ermənistanın özündə belə yoxdur. Məhz onun hakimiyyəti zamanı ölkənin müsəlman əhalisi üçün olmazın qadağaları tətbiq edilib.
   
   Türk-müsəlman düşmənçiliyində digər həmkarlarından seçilən Nikola Sarkozi iki gün öncə Ermənistana etdiyi səfər zamanı qondarma "erməni soyqırımı" abidəsini ziyarət edib, türk tarixindən qandığı bir qrafa olmasa da Yerevandan Türkiyəni hədələyib: "Erməni soyqırımı tarixi faktdır. (yalançının atasına lənət -B.Y.) Onun kollektiv şəkildə inkar edilməsi, bir nəfərin onu inkar etməsindən qat-qat pisdir. Türkiyə böyük dövlətdir və öz keçmişinə düzgün baxmağı bacarmalıdır, öz tarixinin işıqlı hissələrinə olduğu kimi, qaranlıq səhifələrinə də düz baxmağı bacarmalıdır. Bunu digər böyük dövlətlər, məsələn, Almaniya da edib. Dövlət öz tarixini etiraf və qəbul edəndə böyük olur. Əks halda, bu o deməkdir ki, o, özünə hörmət etmir". Ermənilərin əhatəsində "açar"ını itirərək daha da çoşan Sarkozi basıb-bağlayıb: "Əgər Türkiyə öz tarixi borcunu yerinə yetirsə, biz dayandığımız, durduğumuz yerdə də duracağıq. Əgər Türkiyə bunu etməsə, biz bir qədər də irəli gedib cavab addımları atacağıq. Fransa bu hadisələrin inkar edilməsini cinayət sayan qanun qəbul edə bilər. Bizdə artıq xolokostun inkarının cinayət sayılması ilə bağlı normativ akt var".
   
   İçindəki kin, nifrət onu danışdırsa da görünür o verdiyi bəyanatların, hədələrin fərqində deyil. Sarkozi anlamır ki, hələ ötən əsrin əvvəllərində, Türkiyənin ən çətin, ən məşəqqətli dövrlərində Avropanın bir neçə nəhəng dövləti birləşərək onun üzərinə hücuma keçdi, amma çox çəkmədi ki, həmin avropalılar öz müasir silahlarını da götürüb, dabanlarına tüpürərək qaçdılar. İndi qüdrətli bir orduya malik, nüfuzlu bir dövlətlə belə danışmaq Sarkozinin yalnız boşboğaz olduğunu sübut edir.
   
   Cənubi Qafqazla bağlı verdiyi bütün açıqlamalarda, bəyanatlarda Fransanın daim Ermənistanın yanında olduğunu söyləyən Nikola Sarkozi Ermənistan səfərindən sonra Bakıya da təşrif buyuracaq, burada dövlət rəsmləri ilə görüşlər keçirib danışıqlar aparacaq. Və mən inanmıram ki, Sarkozinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli təklifləri, yaxud təşəbbüsləri olsun. Çünki artıq onun kimliyi, hansı yuvanın quşu olduğu, məşhur Nobel mükafatçısının söylədiyi kimi "dərhal diqqəti cəlb edən siyasi riyakarlığı" dünyda hər kəsə məlumdur. Şəxsən mən belə düşünürəm ki, bütün bu keyfiyyətlərindən hətta onun özünün də xəbəri olmamış deyil. Çünki hamının bildiyindən o boyda prezident xəbərsiz qala bilməz. Amma faydasız...
   
   Məncə Sarkozi Bakıda Yerevandakı davranışlarını təkrarlaya bilməyəcək. Burada siyasi etiketləri pozmadan "xala xətrin qalmasın" danışıb çıxıb gedəcək. Və onun hansısa problemi çözəcəyinə ümid edənlər, gözləyənlər faktiki heç bir addımın şahidi olmayacaqlar. Əslində heç rəsmi Bakı da, qeyri-rəsmi Bakı da Sarkozinin nəyisə həll etməsinə imkan verməz. Çünki davranışları ilə ən azı riyakar adı qazanan bir adamdan ədalətli heç nə gözləmək olmaz....

TƏQVİM / ARXİV