adalet.az header logo
  • Bakı 18°C

QIMIŞIQ GüNü

OQTAY SALAMOV
27346 | 2011-10-08 07:35
Daha gülməyə nə həvəs var, nə qüvvə, nə də səbəb. Deyir, biri dostuna şikayətlənir:-İşim yoxdur, borcum çoxdu, evim yoxdu, pulum yoxdu, ağzımda dişim də yoxdu deyən gülə də bilmirəm. Dostu qımışıb deyir:- Bədbəxt oğlu, hansı gününə gülmək istəyirsən?.. O dost kimi, gülmək olmasa da, qımışmağa yer var, səbəblər var. Qımışmağa deyəsən mədəni dildə təbəssüm deyirlər. İşsiz-gücsüz alimlər təbəssümün də növlərini təsnifata alıblar; acısı var, soyuğu var, tənəlisi var, candərdisi var, göstərməsi, xatirlər xatirinə olanı var, növbətçisi var, bir də bəzən ürəkdən gələni var. Sizdə hansındandı?..
   
   Bu yazını yazanda Ümumdünya Təbəssüm Günü idi. Təəccüblənməyin, belə gün də var, dünyada hər il oktyabrın ilk cümə günü Ümumdünya Təbəssüm Günü kimi qeyd olunur. Təbəssümün bayram gimi keçirilməsinin özü hansısa hadisə ilə bağlı deyil, daha doğrusu gülməli, qımışmalı tarixi yoxdur. 20-ci əsrin ortalarında Amerikada yaşayıb, yaradıcılığı xüsusi heç nə ilə fərqlənməyən rəssam Xarvi Belə günlərin birində "State Mutual Life Assurance Company of America" sığorta şirkəti qurumun vizit vərəqəsi üçün parlaq və yadda qalan simvol düşünməsi üçün müraciət edib. Xarvi uzun-uzadı düşünmədən indi hər kəsin dünyada təbbəssüm işarəsi kimi istifadə etdiyi smaylı - gülümsəyən sarı simanı şirkətə təqdim edib. Bu, 1963-cü ildə baş verib... Sonra dag Ümumdünya Təbəssüm Günü ilk dəfə 1999-cu ildə qeyd olunub.
   
   O yuxarıda qeyd etdiym alimlərin təqqiq etdikləri təbəssümlərin, qımışmaların bir neçə növünü bu günkü yazı üçün yazı üçün materal toplayanda sınaqdan çıxardım. Bu hissləri yazını oxuyanda sizlər də keçirə bilərsiniz. Ən azından "Ədalət"in köşə yazarının, "Madrid "Real"ının qolkiperi İker Kasilyasın sevgilisi Sara Karbonero iş yerini dəyişib və indi köşə yazarı olacaq" kimi xəbəri eşidəndə necə qımışdığını bildiyiniz üçün qımışa bilərsiniz.
   
   İlk acı təbəssüm "Azərbaycanın gənc ifaçısı sinəsini sığortalatmaq istəyir" yazısını oxuyanda yarandı. Sən demə, gənc müğənnilərdən olan Sehri Rəhimova "sponsor söhbətləri"ndən qorxaraq, oxumaqdan imtina edibmiş.Artıq"qorxmayan" mücənni Day, Az saytına deyib ki, "Cəmi 18 yaşım var idi. Elə vəziyyətlər yaranırdı ki, razılaşa bilmirdim. Çox çətin idi. Zaman keçdikcə anladım ki, oxumaya bilmirəm. Baş verənləri izah etməyə çətinlik çəkirəm. Barışa bilmədiyim söhbətlər sponsor söhbətləri idi".
   
   Həmin vaxtdan bir neçə il keçdikdən sonra, deyəsən, S.Rəhimova əvvəllər barışa bilmədiyi vəziyyətlə barışmalı olub: "İndi böyümüşəm. 5 ildən artıq vaxt keçib və anlamışam ki, bu faktla barışa bilərəm. Gecə-gündüz oxuyuram. Məhz oxumaq arzum məni bütün bunlarla barışmağa vadar edir. Əvvəllər həyatı başqa cür təsəvvür edirdim. Onda sadəlöhv idim. Amma indi həyatı olduğu kimi yaşayıram. Nəyəsə nail olmaq istəyiriksə, onun parametrlərinə cavab verməliyik".
   
   
   
   Azərbaycan şou-biznesində özünü sığorta etdirməyin son zamanlar aktuallıq qazandığına dair sualı cavablandıran S.Rəhimova deyib: "Mən ilk növbədə burnumu sığortalatdırardım. Çünki o, əməliyyat olunub. Sinəmi və ayaqlarımı da sığortalatmaq istərdim".
   
   
   
   Bir tanışımın sığorta elətdiyi maşını vurmuşdular. Allah-Allah, sığorta pulunu almaq üçün də rüşvət verməli oldu. Görəsən bu "zapçast"larını sığorta eləyənlər də rüşvəti pulla verəcəklər, yoxsag
   
   O günyerli kriminal xəbərlərdə deyirdilər ki, cavan oğlan bir qarını zorlayıb. Qarıdan müsahibə də götürmüşdülər. Adamın qəzəbli qımışması gəlirdi. Eyni hadisə başqa personallarla başqa yerdə baş verəndə məzəli təbəssüm yaranır-"nəişdi"? Deyir, Şotlandiyanın Eyşir bölgəsindəki qocalar evində 81 yaşlı qadına təcavüz edən 79 yaşlı Robert Klark həbsdən qurtulub. Əlil arabasına məhkum olmuş Klark şərti cəza alıb. O, 2010-cu ilin sentyabrında Seltkots şəhərindəki qocalar evində depressiyada olan 81 yaşlı qarını bu qoca kişinin , yəni özünün onun əri olduğuna inandırmışdı. Xəbərdə Şotlandiyanın "Qocalar evi"nin şəkli də verilmişdi. Niyəsə adamın acı qımışması gəlirdig
   
   
   
   Yaponiyada küçələrdə dolaşan avtomobillərdən "Köhnə məişət texnikasını təhvil verin!" çağırışları eşidilir. Belə köhnə texnika evlərdən yığılır, xüsusi anbarlara daşınır və oradan da Çinə göndərilir. Çində həmin texnika sökülür və yeni texnika yığılır.
   
   Küçədə "üs manat, beı manat" deyən çinli alverçiləri görəndə qışımığınızın hansı "sor"tdan olduğunu müəyyənləşdirə bilirsinizmi? Sovetin sonu, müstəqilliyimitzin əvvəli vaxtı bir lətifə vardı: Bizimkilər işlənmiş prezervativləri iranlılara satmaqları ilə fəxt edirdilər. İranlılar isə deyirdilər ki, onlardan aldığımız rezinlərdən saqqız düzəldib özlərinə satırıqg
   
   Bu xəbəri oxuyanda sevindim ki, bizim məmurların xəbər-məbər oxumağa vaxtları yoxdur, onlar pul qazanmaqla məşğuldurlar. Elə siz də tanış məmura bu xəbər haqda məlumat verməyin, duşər-düşməzi olar. Deyir, Macarıstanda "çips vergisi"qoyulub. Artıq qüvvəyə minmiş qanuna görə ölkədə çox şirin və çox duzlu məmulatlar vergiyə cəlb olunur. Hökumət bu yolla büdcəyə ildə 74 milyon avro cəlb etməyi planlaşdırır.
   
   Sözsüz ki, yeni qanunun ölkə vətəndaşlarının sağlamlığına və artıq çəkidən azad olmasına xidmət etliyi bildirilir. Oranın məmurları arxayındır ki, vətəndaşlar bu vergidən sonira şokolada, qazlı sulara, çips və peçenyelərə olan iştahlarına "tət" deyəcəklər.
   
   Xəlvətcə onu da deyim ki, 2009-cu ildə Danimarkada parlament də piylərə, şirniyyata və şokolada görə vergiləri artırımışdı. Bizim məmurların xəbər oxumağa vaxtları olmamasına görə nə qədər pulun vergidən yayınmasına təəccüblü qımışmağı düşünürsünüzmü?
   
   Bu xəbəri dişləri olmaanların hansı qımışıqla qarşılayacağını təsəvvür edirəm. Deyir, Almaniyada bir qadın, öz ayıb da olsa, "boy-frend"i ilə dalaşandan sonra kişinin protez dişlərii də götürüb aradan sçıxıb.
   
   43 yaşlı kişi polisə zəng eləyib və deyib ki, rəfiqəsi ilə dalaşıb və onun gəlişi ərəfəsində ağzından çıxardığı protezlərindən məhrum olub. Polis qadını axtarmaba başlayıb və tapıb. Amma protezlər onun üzərindən tapılmayıb. Qadım protezləri götürdüyünü inkar etməsə də, onları hara qoyduğunu unutduğunu söyləyib. Təzə diş protezləri nemesə iki min avroya başa gələcək. Görəsən bu xəbəri ona deyəndə bədbəxtin qımışması hansından olub?...
   
   Yuxarıda demişdim ki, işsiz-gücsüz alimlər oturub qəribə-qəribə şeyləri tədqiq edirlər. Buna misal kimi, ABŞ-ın Rocester universitetinin alimlərinin təqdiqatlarını göstərmək olar. Onlar sübut ediblər ki, ilk görüşə gedən qadınların geyimi qırmızı rəngdə olanda onlar kişilərə daha çox şirin gəlirlər.
   
   Deyir, eksperimentdə 100 aspirant iştirak edib. Onlara müxtərif rəngli geyimdə olan qadın fotoları təqdim edilib. Onlardan soruşublar ki, sizə 100 dollar versək, onu hansı qadına xərcləmək istəyərsiniz. Sonra isə bir qadının müxtəlif rəngli geyimdə şəklini göstəriblər. Kişilərin əksəriyəti qırmızı bluzkada olan şəkili daha cəlbedici sayıb.
   
   Psixoloqlar bu müşahidəni qadınların cəlbediciliyi ilə deyil, kişilərin primitiv instiktləri ilə izah ediblər. Məsələ belədir ki, təbiətdə qırmızı şirinkləşdirici rəng sayılır. Məsələn, babuin və şimpanze kimi meymunlar dişiləri cəlb etmək üçün qırmızı rənglərdən istifadə edirlər.
   
   Mənbilmirəm bu yerə qədər hansı qımışmadan istifadə etmisiniz, burada təbəssümünüzün rəngi dəyişəcək. Deyir, maraqlısı budur ki, qırmızı rəng ancaq seksual mənada qadının cəlbediciliyini təmin edir. Qadının intelekti, təravəti, xeyirxahlığı əynindəki paltarın rəngi ilə ölçülmür.
   
   Təbəssüm, qımışıq günüdü. Bütün dünyada. Siz də bu dünyadansınız axı...g

TƏQVİM / ARXİV