SÖZÜ RƏNGİNDƏN TANIYAN İNSAN

ƏBÜLFƏT MƏDƏTOĞLU
61989 | 2015-06-03 18:08

Həyat çox qəribədir. Nəyin harda,nə vaxt başlayacağını bilmirsən. Sənə elə gəlir ki, bu dünya elə məhz səninarzunla... istəyinlə... sənin təkanınla yaşayır, mövcuddur, hərəkətdədir... rənglərdə sənin ürəyincədir... baş verən hadisələr də... hətta göy gurultusu da, yağışyağmağı da... Amma...

Amma bu dünya nə mənlə mövcuddur,nə mənlə nəfəs alır, nə də mənim çaldığım havaya oynayır. Mən daha çox onauyğunlaşmağa, onun hansısa bir işinin qulpundan tutmağa, onun istəklərinə özistəklərimi uyğunlaşdırmağa cəhd edirəm, maraq göstərirəm, hətta bəzən israredirəm. Bütün inadkarlıqlar mübahisəlidi. Necə ki, bütün müqayisələr uğursuzdu.Bunu hamı bilir. Bax, bütün bunlardan çıxış edərək bir məqama yanaşmaq, bir məqamaüz tutmaq niyyətim var. O da təbii ki, içimdəki adamların mənə bəxş etdikləri vəbu dünyayla baş-başa gələndə tək qalmamağımçün yanımda olduqlarıdı. Lap çılpaqdesəm, mən içimdəki adamlarla güclüyəm, dəyanətliyəm. Onların mənəvi dəstəkləriməni sınmağa, yıxılmağa qoymur. Deməli, bu dünyanın arxalı, güvəncliadamlarının sırasında mənim də yerim var. O yerimin mövcud olmasında məhz içimdəkiadamlar, yəni dostlarım öz varlıqlarıyla mənə stimul veriblər. Və mən də ən ağrılı, ən narahat çağımda gözümü tavanazilləyib bu dünyayla haqq-hesab çəkmək istəyəndə onların nəfəsini duymuşam,onların səsini eşitmişəm. O nəfəs, o səs 40 arşınlıq quyuya atılan kəndir kimimənim yenidən qayıdışıma, qaranlıqdan işığa dönməyimə bir yol olub, bir körpüolubdu...

Bəli, onunla tanış olduğum günü dəqiqxatırlamıram. Mənə elə gəlir ki, onu hardasa elə doğulduğu və Azərbaycan cəmiyyətindəözünü təsdiq etdiyi gündən tanıyıram. Çünki o adamın işi, gücü fəaliyyətikağızın, dəftərin, sözün içərisində olub həmişə. Bu gün də belədi. Həmsöhbətolanda, qarşılaşanda mütləq ilk eşitdiyim söz mənim və yaxud digər dostlarınınyeni yazısı, yeni kitabı, yeni fikirləri barəsində olubdu. Fikirləşmişəm ki, buqədər qayğıların, problemlərin içərisində mənim sözümü diqqətə almağa vaxttapan, zaman ayıran hər kəs, o cümlədən də barəsində indi yazdığım bu dəyərliinsan çox böyük adamdı. Mən bu ifadəni fiziki anlamda işlətmirəm. Çünki o,bir insan olaraq cismani cəhətdən çoxnormal, hətta bir az arıq bir Allah bəndəsidir. Sadəcə, səliqəli geyinməyi, səliqəlidavranışı, sözünün vergülündən nöqtəsinə qədər hər bir ara məsafəsini kifayət qədərdəqiqliyi ilə gözləyən, bilən və mənə də məhz sözə verdiyi real qiymətə görədoğma olan bu Kişi heç vaxt düşündüyündən, əmin olduğundan artıq nəyisə büruzəverməyib. Mən heç vaxt onu ehtimalla, tərəddüdlə nəyisə dilinə gətirdiyinieşitməmişəm. Nə deyibsə, nəyə işarə edibsə, o həmişə bir kriteriya kimi, ölçükimi özünü ortaya qoyub. Deməli, yüz ölçüb bir biçib münasibət bildirmək bu insanınmənə bəlli olan ən yüksək keyfiyyətlərindən biridir...

Uzun müddətdir ki, içimdəgötür-qoy edirdim. Düşünürdüm ki, onun barəsində fikirlərimi mətbuat səhifəsinəçıxaranda necə yazım ki, onu tanıyanlar, xüsusilə onun özü mənim yazdıqlarıma hansı səmtdən baxırbaxsın, bir uyğunsuzluq, bir boğazdan yuxarı deyilmiş və söz xatirinə yazılmışsözə rast gəlməsin. Çünki əvvəldəxatırlatdığım kimi, bu adam sözü rəngindən, yazılma yerindən və nəhayətdeyilişindən tanıyır, oxuyur, duyur, qiymətləndirir. Deməli, sözü rəngindəntanıyan bir Kişi haqqında, yəni İçimdəki Adam haqqında yazdığım bu yazıda mənbir etirafı dilə gətirmək istəyirəm və tam səmimiyyətimlə deyirəm ki, mən buyazını öncə və öncə Allahverdi müəllimin sözü rəngindən tanıdığına görəyazıram. Üstəlik, bir də ona görə yazıram ki, bu adam kağızın, sözün içindəola-ola ölçüsüz-biçisiz söz işlətmir. Eləbil sözə bir ehtiramla, bir sayqıyla, həm də bir az ehtiyatla yanaşır. Sözünruhunun inciyəcəyinə, sözün qəlbinə toxunacağına ehtiyat edən adam kimi...

Allahverdi müəllimi "Azərbaycan"nəşriyyatında tanımayan yoxdu. Amma "Azərbaycan" nəşriyyatından kənardada Allahverdi müəllimin sözə verdiyi qiyməti çox-çox adam bilir və onu bu cür dətanıyır. Həyatımda sözlə bağlı aldığım ən böyük dəstəklərdən birini mənəAllahverdi müəllim təqdim edib. Bir dəfə iş telefonuma zəng gəldi. Telefonu qaldırdım, danışan Allahverdi müəllimidi. "Ədalət" qəzetindəki bir yazımla bağlı fikirlərini söylədi.Düşündüm ola bilsin ki, bu keçəri birmünasibətdi. Amma sonralar bu zənglər, bu fikir bildirmələr artıb çoxaldı. O, mənimşeirlərimi misra-misra təhlil edib alt qatlarını da çox ustalıqla həm mənəyenidən göstərdi, həm də öz baxış bucağında onun nələri ifadə etdiyini dilə gətirdi.Bax ondan sonra demək olar ki, hər gün görüşdüyüm,hər gün qarşılaşdığım bu insan anladım ki,özü ilə birlikdə bir söz xəzinəsini də gəzdirir. O xəzinəyə də ürəyinə,ruhuna yaxın sözləri yığıb toplayır. Yatır kimi yox, sadəcə dəyər kimi, nəfəsalan canlı sözlər onun özünə də, onun münasibətdə olduğu adamlara da bir rənglərdünyası bağışlayır. Həmin rənglərin harmoniyasında Allahverdi müəllim həm dincəlir,istirahət edir, həm düşünüb münasibət bildirir, həm də özünün ikinci birünvanını qazanır. O ikinci ünvan da dost ürəyidi. Zənnimcə xoşbəxt adam həm dədost ürəyində yaşayan adamdı.

Biz onunla nəşriyyatın 5-ci mərtəbəsindəkiiş otağında dəfələrlə müxtəlif mövzularda fikir mübadiləsi etmişik. Xüsusilə bədiisözə, poeziyaya onun baxışı mənim üçün həmişə maraqlı olub. Çünki peşəsiləpoetik söz arasında yerlə göy qədər məsafə olan bir insanın şeiri hava kimi, sukimi qəbul etməsi çox maraqlıdı. Üstəlik, bu insan həmin o bədii sözlə yaşayan,ömrünü onun içərisində əridən dostlarına qarşı o qədər həssas və diqqətlidirki, gözündən heç nə yayınmır. Sözün rəngindən onun hansı ovqatla yazıldığını vəo yazılma anının yaşantılarını da görüb qiymətləndirən Allahverdi müəllim hərdənpessimist, ruh düşkünlüyü yaradan misralara görə iradını da bildirməkdən çəkinmir.O, fikirlərini, istəklərini o qədər səmimi ifadə edir ki, burda inciməyə,narazı olmağa iynə ucu boyda olsa da yer, imkan qalmır. Deməli, bunun özü dəsözü rəngindən tanıyan bir insanın ziyalılıq göstəricisidir. Mənə görə fikriniolduğu kimi ifadə edən, dilinin altına çöp qoymadan danışan hər bir Allah bəndəsihəm göründüyü kimi var, həm də olduğu kimi. Böyük Mövlanənin söylədiyi olduğunkimi görünmək fikrinin bütün parametrləri sanki Allahverdi müəllim kimiinsanlara istinadən deyilibdi.

Mən Allahverdi müəllimlə müxtəlifməclislərdə də qarşılaşmışam, bir yerdə həmin məclislərin iştirakçısı olmuşam.Bunu xüsusi vurğulayıram. Çünki iş yerindən kənarda da bu insanlara diqqətyetirmək mənim üçün maraqlı məqamlardan biridi. Həmin məqamlarda mən adamlarıöz oturduğu kürsüdən kənarda daha rahat görürəm. Onların standartlardançıxmağı, obrazlı desək, öz əsl geyimlərində olmaları insan üçün sirr qapısıkimi açılır. Baxıb görürsən ki, məclisdə, yol yoldaşlığında bu insan daha hansıxüsusiyyətlərə malikdir, daha nələri özündə ifadə edir. Çox sevinirəm ki, ürəyimdəyeri olan, içimdəki adamlardan biri kimi mənim öz dünyamda hər gün həmsöhbətolduğum Allahverdi müəllim ikili həyat yaşamır. Onun rəngindən tanıdığı sözlərkimi həyatı da elə mənimçün tanıdığım kimidi. Mən ondakı hər şeyi geniş ürəklə, səxavətlə (və bəlkə də təkrarkimi səslənsə də - Ə.M.), amma həqiqətən olduğu kimi təqdim etmək qabiliyyətininönündə ancaq susmuşam. Bu gün isə məhz ürəyimin istəyiylə o susqunluğunqapısını açıram. Dostlarımın sırasında içimdəki adamların yanında yeri olanAllahverdi müəllimi İçimin Adamı kimi oxucularıma da təqdim edirəm. Düşünürəmki, bu mənim haqqımdı. Özü də birmənalı şəkildə haqqımdı! Çünki onun dəstəyi, ənvacibi isə onun sözü rəngindən tanıması mənə bu haqqı veribdi. Hər halda mənyazdıqlarımın, yəni ürəyimin söylədiklərinin arxasında elə ürək rahatlığı ilədayanmağı bacarıram. Və deməli, Allahverdi Məmmədov mənim üçün haqqındayazdığım və artıq xeyli müddətdir ki, davam edən "İçimdəki adamlar” silsiləminsırasında layiqli yeri olan bir Kişidi!

Heç kimə sirr deyil ki, birinsanın, bir Allah bəndəsinin baxışı, münasibəti hər şeyi həll etmir və hər şeydə demək deyil. Amma içdən gələn, ürəyin səsiylə, duyğuların diliylə ifadəolunanlar zənnimcə çox şey deməkdi. Ona görə də mənim dostlarım barəsindəyazdıqlarım məhz mənim ürəyimin dedikləri, duyğularımın pıçıltılarıdı. Mən də qələmimin,sözümün gücünə söykənib onları bir növü açıb hamıya göstərirəm, çatdırıram. Zənnimcəbunların necə alınmağı və bu təqdimatların necə qarşılanmağı həm zamanından, həmdə ovqatdan asılıdı. Odur ki, siz təkcə mənim içimdəkilərə yox, həm də öziçinizdə olanlara zamanın və ovqatın gözündən baxın. Onda siz də ürəyin səsinə,duyğuların pıçıltılarına qulaq asarsınız.Əgər belə etsəniz, yanılmayacaqsınız... əgər belə yanaşsanız, ondaİçinizdəki Adam da sizi yanıltmayacaq.

Əbülfət MƏDƏTOĞLU

TƏQVİM / ARXİV