adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Sıxızdırır küçələr

AYSEL ƏLİZADƏ
62462 | 2011-10-05 14:01
Hər yerdən utanıram
   
   Səni sevdiyim üçün
   
   Hamıdan günahkaram..
   
   Sən hardasa yox olmusan
   
   ya bəlkə heç olmamısan..
   
   Bakıdayam
   
   təmtəkcəyəm
   
   hiss edirəm, eybəcərəm
   
   nə qədər gözəl baxa bilirdim oysa
   
   haçansa..
   
   üzümün dərisində qaldı
   
   sözlərindəki boşluq...
   
   saçlarıma qoşulub
   
   kipriklərim də töküldü,
   
   ürəyim alçaldı bir anın içində
   
   hiss edirəm hər şey endi, düşdü, itdi...
   
   səni sevdikcə eybəcərəm
   
   barmaqlarım əyildikcə
   
   dırnaqlarım qopub düşmək istəyir
   
   məni tərk etmək istəyir hər şey
   
   ilk dəfədir,
   
   ilk dəfədir kimisə sevmək
   
   bu qədər azaldır, kiçildir...
   
   
   
   ***
   
   Nə ümid istəyirəm
   
   Nə də şirin ayrılıq.
   
   Bura büsbütün sənsiz
   
   Bura alaqaranlıq.
   
   Tək gecə deyil səni
   
   başqasına aparan,
   
   Günəş altda gəzirəm
   
   axı yenə onunsan.
   
   Bağırır səs içimdə
   
   bağla özünə məni
   
   ayağına zəncirlə
   
   saxla özündə məni.
   
   Azadlıq istəmirəm
   
   acığım tutur ona
   
   Dişləm-dişləm bitirir
   
   yeyib çıxır sonuma.
   
   Hesab sor, cavab istə
   
   silkələ, coşub çığır
   
   "Gözünü çək dünyadan"
   
   deyib, üstümə bağır.
   
   Bədənimi ayırıb
   
   təbiətdən dönərəm.
   
   Ürəyinə çağırsan
   
   ayağına gələrəm.
   
   Yəni dəyməzmi buna?
   
   Bağla özünə məni
   
   zəncirlə ayağına...

TƏQVİM / ARXİV