adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

Yediyi qaba...

İNTİQAM VALEHOĞLU
18505 | 2011-09-21 07:06
İndi mən baxdıqlarımdan və gördüklərimdən bəzilərini yazım, siz də oxuyun.
   
   Yəqin ki, xəbəriniz var, futbol üzrə milli komandamız Avstriya ilə vacib oyuna hazırlaşarkən Elnur Allahverdiyev Rauf Əliyevi ay yarım futbolsuz qoyub. Doğrudan da xoş xəbər deyil. Amma xoş olmayan təkcə Raufun zədələnməsi yox, həm də Elnurun hərəkətləridir. Səhv etmirəmsə, iki il əvvəl Elnurun bir müsahibəsini oxumuşdum. Keçmişindən, gələcəyindən danışırdı. Özü də elə pafosla ki...nə bilim "ilk məvacibim 7 "şirvan" olub", "heç vaxt keçmişimi unutmaram", "Qarabağ"da məni adam, daha doğrusu futbolçu eləyib üzə çıxardılar" kimi fikirlər.
   
   Elə xoşuma gəlmişdi ki, həmin müsahibə. Düşünmüşdüm ki, kişi adamdır, keçmişini unutmur. Amma çempionatın son turunda Elnur elə bir hərəkət elədi ki, indi vaxtında Elnur haqda belə düşündüyümə peşmanam.
   
   Hətta hər zaman təmkinli davranışıyla diqqət çəkən Rəşad Sadıqovun da Elnurun bu hərəkətinə necə reaksiya verdiyini gördünüz. Həqiqətən sözüm yoxdur...
   
   Düzdür, futbolçu rəqibə qarşı amansız olmalıdır, hətta bəzi epizodlarda məşqçisinin "gözünə girmək" üçün çalışmalıdır da. Amma daha yediyi qaba...
   
   Elə bundan da xəbərdar olmamış deyilsiniz ki, SPACE adlı telekanal yeni layihəyə start verib. Hələ ki, veriliş cəmi bir dəfə efirə gedib. Deməli, 2 qız (qız haaaaaa-İ.V). 2 oğlanı mindirirlər üçbucaq səhnənin üstünə. Hərəsinə də 4-5 min manat pul verirlər ki, həmin o üçbucaq yerdə qaldığınız müddətdə ürəyiniz istədiyini alın. Qiymətlər isə çox yüksəkdir. Məsələn, yastıq 250 manat, yorğan 500 manat, su 200 manat. Bəlkə də, pis layihə deyil. Amma ilk buraxılışda elə hadisələr baş verdi ki...
   
   "Pişik Günel" kimi tanınan xanım (nə edəsən ki, cinsiyyəti ona belə deməyi tələb edir-İ.V) veriliş boyu həmin səhnədə elə pozlar verdi ki, tamaşasına iki göz gərəkdi ki, baxıb "kayf tutsun". Bu da başadüşüləndir məncə. Yəni kimlərəsə göstərmək ki, mən bunu da bacarıram, belə də bacarıram.
   
   Bu verilişdən bir az sonra isə telekanalların birində xalq artisti camaata itini göstərirdi. Amma mən bir neçə gün öncə bir qəzetdə oxumuşdum ki, həmin xalq artisti möhtəşəm layihə hazırlayır. Görünür, elə layihə bu imiş...

TƏQVİM / ARXİV