adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
29 May 2015 22:58
3720
DÜNYA
A- A+

Minsk sammitində razılıq əldə olunub

Rusiya prezidenti Vladimir Putin Ukrayna böhranı ilə bağlı Minsk sammitində razılıq əldə olunduğunu bəyan edib.

Rusiya prezidenti razılaşmada bu ilin fevralın 15-dən atəşkəs elan edilməsi və ağır silahların münaqişə zonasından çıxarılması nəzərdə tutulduğunu qeyd edib.

Ukrayna prezidenti Pyotr Poroşenko isə bildirib ki, ağır silahların münaqişə zonasından çıxarılmasına atəşkəsin qüvvəyə minməsindən 2 gün sonra başlanacaq.

O həmçinin ukraynalı pilot Nadia Savçenkonun azad edilməsi ilə bağlı razılıq əldə olunduğunu qeyd edib.

Fransa prezidenti Fransua Olland sammitdən sonra Ukrayna böhranı ilə bağlı qlobal siyasi razılaşma əldə olunduğunu deyib.

Minsk sammitində Ukrayna prezidenti Pyotr Poroşenko, Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Fransua Olland və Almnaiyanın kansleri Angela Merkel iştirak edirlər.

Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində gedən döyüşlərdə 5300-dən çox adam ölüb.

ABŞ və Avropa Birliyi Rusiyanı Ukraynanın şərqindəki rusiyapərəst separatçıları dəstəkləməkdə günahlandırır.

Rusiya isə ittihamı rədd edir və bu münaqişəyə görə Kiyevlə Qərbi günahlandırır.(Anspress)