adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
29 May 2015 21:15
2249
SİYASƏT
A- A+

Elmar Məmmədyarov Meksika səfirini qəbul edib

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Meksika Birləşmiş Ştatlarının ölkəmizə yeni təyin olunmuş ilk səfiri Xuan Rodriqo Labardini Floresi qəbul edib.
 
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, E. Məmmədyarov X. Floresi ölkəmizə səfir təyin olunması münasibəti ilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.
 
Görüş əsnasında Azərbaycanla Meksika arasındakı münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunaraq, iqtisadi, xüsusilə enerji sektorunda əməkdaşlığın genişləndirilməsi baxımından perspektivlərin olduğu qeyd edilib.
 

Səfir fəaliyyəti dövründə Azərbaycan və Meksika arasında münasibətlərin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
X.Flores etimadnaməsinin surətini E. Məmmədyarova təqdim edib.