adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
29 May 2015 21:04
2675
GÜNDƏM
A- A+

İlham Əliyev Nepal prezidentini təbrik edib

Prezident İlham Əliyev Nepal Federativ Demokratik Respublikasının prezidenti Ram Baran Yadava bu ölkənin milli bayramı münasibətilə təbrik məktubu göndərib.


Adalet.az-ın xəbərinə görə, təbrikdə deyilir:

 

"Nepal Federativ Demokratik Respublikasının milli bayramı – Respublika günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Nepal xalqına sülh və firavanlıq arzulayıram".